Məhkəmə qərarları › İş №2(022)-1413/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1413/2024

07.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1413/2024 07.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 və Biləsuvar rayon Notariat Kantoruna qarşı vərəsəlik payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, vərəsəlik payının müəyyən edildiyi həyət evinə köçürülməsi tələbinə dair ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 və Biləsuvar rayon Notariat Kantoruna qarşı Biləsuvar rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, mərhum atası X1 xüsusi mülkiyyətçisi olduğu, ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak kütləsinə daxil olan yuxarıda ünvanı göstərilən ev əmlakında vərəsəlik payının müəyyən edilməsi, həmin paya vərəsəlik şəhadətnaməsinin verilməsi, vərəsəlik payı müəyyən edilən ünvan 1 ünvanda yerləşən həyət evinə ailə üzvləri (İddiaçı, X6, 3-cü qrup əlil X4, X5, X2) köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Biləsuvar rayon Notariat Ofisinə müraciət edərək valideynlərinin vəfat etməsindən sonra miras qalmış yaşayış evinə vərəsəlik payına dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa şəxslərin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. İş materiallarından görünür ki, miras qoyan X3 xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə miras açılmışdır. Lakin İddiaçı xx.xx.2024-cü il tarixdə, yəni mirasın açıldığı vaxtdan altı ay keçmədən Biləsuvar rayon Notariat Ofisinə müraciət edərək valideynlərinin vəfat etməsindən sonra miras qalmış yaşayış evinə vərəsəlik payına dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Bundan əlavə, iddia ərizəsindən görünür ki, iddiaçı mərhum atasının miras əmlakının bölüşdürülməsi ilə bağlı sağ qalan vərəsələrin arasında ixtilafların olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlapvə edilmiş sənədləri geri qaytarır: 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlərlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; İddia ərizəsindən görünür ki, iddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Biləsuvar rayon notariat ofisinə xx.xx.2024-cü il tarixdə müraciət edərkən MM-nin 1322-ci maddəsinin və MPM-nin 149.2.4-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Qeyd olunanlara əsasən İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, vərəsəlik payının müəyyən edildiyi həyət evinə köçürülməsi tələbinə dair dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq. QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 və Biləsuvar rayon Notariat Kantoruna qarşı vərəsəlik payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, vərəsəlik payının müəyyən edildiyi həyət evinə köçürülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat pul ona geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar