Məhkəmə qərarları › İş №2(022)-146/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-146/2023

02.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-146/2023 02.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, Ərizəçi, onun vəkili, Biləsuvar rayon vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, Ərizəçi Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş JN-116A seriyalı, 80800078 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X8 hissədə Ərizəçi məxsus olması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Dövlətli X7 Rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş JN-116A seriyalı, 80800078 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X8 hissədə Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən, onun və ailə üzvlərinin mülkiyyətinə Biləsuvar rayonu, Nəsimi kəndi ərazisində 0,12 hektar ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir. Həmin qərara əsasən tərtib olunmuş JN-116A seriyalı, 80800078 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq sahəsinin birgə mülkiyyətçisi qismində onun da adı qeyd edilmişdir. Lakin şəhadətnamədə onun soyadı səhvən Dövlətli əvəzinə kimi göstərilmişdir. Onun soyadının hüquqmüəyyənedici sənədlərdə səhv göstərilməsi onlara hüquqi nəticə yarada biləcək hərəkətlər etməkdə maneə yaradır. Belə ki, onun ailəsi həmin torpaq sahəsinin bir hissəsini satmaq istəsə də, məhz soyad yanlışlığına görə onlar həmin hüququ həyata keçirə bilmirlər. Buna görə də o, sənədlərdə yol verilən yanlışlıqlarla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə 04 oktyabr 2022-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Onun müraciətinə cavab olaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadənatmədə səhvlərin düzəldilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Sonda, Ərizəçi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X8 hissədə Ərizəçi məxsus olması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və onun vəkilini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, işdə olan JN-116A seriyalı, 80800078 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən, X1 və ailə üzvləri – X10 və X4 mülkiyyətinə Biləsuvar rayonu, Nəsimi kəndi ərazisində 0,12 hektar ölçüdə torpaq sahəsi verilmişdir. İşdə olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 avqust 1995-ci il tarixli, 279463 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 07 avqust 1995-ci il tarixdə Biləsuvar rayonu, Nəsimi kəndində doğulmuşdur. Doğum haqqında şəhadətnamədə Ərizəçi atası qismində X3 və anası qismində X10 qeyd edilmişdir. Həmçinin iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 24 oktyabr 2022ci il tarixli, **********49 nömrəli məktubdan görünür ki, JN-116A seriyalı, 80800078 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvlərin düzəldilməsindən imtina edilmişdir. Mülki iş materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Nəsimi kənd inzibati ərazi üzrə nümayəndiliyi tərəfindən Biləsuvar Rayon Məhkəməsinə təqdim edilmək məqsədilə verilmiş 10 noyabr 2022-ci il tarixli, 780 nömrəli arayışından görünür ki, JN-116A seriyalı, 80800078 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi adı texniki səhv nəticəsində X8 yazılmışdır. Biləsuvar rayonu, Nəsimi kəndi ərazisində X8 adlı şəxs yaşamır. İş materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Nəsimi kənd inzibati ərazi üzrə nümayəndiliyi tərəfindən Ərizəçi verilmiş 14 noyabr 2022-ci il tarixli, 788 nömrəli arayışdan görünür ki, Ərizəçi T.S.Şıxəliyev, R.B.Məmmədova, C.T.Səlimli, S.C.Səlimli və H.C.Səlimli tərkibdə ailə üzvləri vardır. İşdə olan Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Nəsimi kənd inzibati ərazi üzrə nümayəndiliyi tərəfindən Ərizəçi verilmiş 14 noyabr 2022-ci il tarixli, 789 nömrəli arayışdan görünür ki, hal-hazırda Ərizəçi Biləsuvar rayonu, Nəsimi kəndi ərazisində yaşayır. İş materiallarında olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 dekabr 2022-ci il tarixli, 05/Q-1486/69 nömrəli arayışdan görünür ki, Ərizəçi, həqiqətən də, 07 avqust 1995-ci il tarixdə Biləsuvar rayonu, Nəsimi kəndi ərazisində doğulmuşdur. 23 avqust 1995-ci il tarixdə Ərizəçi barəsində Biləsuvar rayonu, Nəsimi kənd icra nümayəndəliyi tərəfindən 56 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Həmin qeyddə Ərizəçi atası qismində X3 və anası qismində X10 qeyd edilmişdir. Mülki iş materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Nəsimi kənd inzibati ərazi üzrə nümayəndiliyi tərəfindən verilmiş 06 yanvar 2023-cü il tarixli, 5-39- 12/2-10/2023 nömrəli arayışda göstərilir ki, X1 və X5 birgə nikahından Ərizəçi, X11 və X12 doğulmuşdur. Beləliklə, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən Biləsuvar rayonu, Nəsimi kəndində 0,12 hektar həyətyanı torpaq sahəsi A.B.Məmmədovun və onun ailə üzvlərinin, o cümlədən Ərizəçi mülkiyyətinə verilmişdir. Həmin şəxslərin qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququ müvafiq olaraq torpağın mülkiyyətə verilməsinə dair JN-116A seriyalı, 80800078 kodlu şəhadətnamə ilə təsdiq olunmuşdur. Lakin həmin şəhadətnamədə Ərizəçi adı X2 göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 24 oktyabr 2022-ci il tarixli, **********49 nömrəli məktub ilə torpağın mülkiyyətə verilməsinə dair JN-116A seriyalı, 80800078 kodlu şəhadətnamədə səhvin düzəldilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-116A seriyalı, 80800078 kodlu şəhadətnamənin X6 aid hissədə Ərizəçi məxsus olmasını başqa qaydada təsdiq etmək imkanları yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-116A seriyalı, 80800078 kodlu şəhadətnamənin X8 hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi xahişi təmin edilsin. Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-116A seriyalı, 80800078 kodlu şəhadətnamənin X8 hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar