Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1567/2024 14.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 və Biləsuvar rayon Notariat Kantoruna qarşı vərəsəlik payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Biləsuvar rayon Notariat Kantoruna qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə vəfat etmiş mərhum atası X1 xüsusi mülkiyyətçisi olduğu, ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak kütləsinə daxil olan yuxarıda ünvanı göstərilən ev əmlakında vərəsəlik payının müəyyən edilməsi, həmin paya vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Biləsuvar rayon Notariat Ofisinin İddiaçı cavab məktubunda X1 vəfatından sonra ondan miras qalmış əmlakla bağlı araşdırma aparılarkən həqiqətən yuxarıda adı göstərilən şəxsin vəfat etməsi və vərəsələrinin qalmasının müəyyən edildiyi, vərəsələrin dairəsinin müəyyən edildiyi, vərəsələrin mirasın qəbulu və ya imtinası ilə bağlı həmin şəxslərin vərəsəliyə çağırılarkən gəlmədiyi, vərəsələr arasında ciddi ixtilaflar olmasının müəyyən edildiyi, həmin səbəbdən işə məhkəmədə baxılmasını xahiş etdikləri göstərilmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan (qeydiyyat tarixi xx.xx.2012-ci il, reyestr nömrəsi **********29-10301) görünür ki, Biləsuvar şəhəri, Nizami küçəsi 11 saylı fərdi yaşayış evi X1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa şəxslərin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. İddia ərizəsindən görünür ki, İddiaçı iddia tələbində miras əmlaka dair vərəsəlik hüququna dair Şəhadətnamənin verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, miras qoyan X1 xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə miras açılmışdır. Lakin İddiaçı xx.xx.2024-cü il tarixdə, yəni mirasın açıldığı vaxtdan altı ay keçmədən Biləsuvar rayon Notariat Ofisinə müraciət edərək valideynlərinin vəfat etməsindən sonra miras qalmış yaşayış evinə vərəsəlik payına dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Biləsuvar rayon Notariat Ofisi isə vərəsələr arasında ixtilaflar olmasını və iddaçının isə işə məhkəmədə baxılmasını xahiş etməsini əsas gətirməklə miras əmlakın bölgüsü ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Azərbaycan Respublikası MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlapvə edilmiş sənədləri geri qaytarır: 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlərlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; İddia ərizəsindən görünür ki, iddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Biləsuvar rayon Notariat Ofisinə xx.xx.2024-cü il tarixdə müraciət edərkən MM-nin 1322-ci maddəsinin «vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir» tələbinə əməl etməmişdir. Qeyd olunanlara əsasən İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Biləsuvar rayon Notariat Kantoruna qarşı vərəsəlik payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Biləsuvar rayon Notariat Kantoruna qarşı vərəsəlik payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat pul ona geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(022)-1567/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1567/2024
14.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver