Məhkəmə qərarları › İş №2(022)-165/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-165/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-165/2023 02.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X3 Cavabdeh1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğuna qarşı müqavilənin ləğv edilməsi və borcun ödənilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğuna qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə X5 arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli D050 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, mənzildən istifadə etdiyi müddət ərzində hesablanmış 63696 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla Az 1118, Bakı şəhəri, Niami rayonu, Məmmədəli Şərifli küçəsi 239, M3, m.6) saylı mənzilə olan istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılaraq İddiaçı MMC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Faktor Lizinq” MMC ilə X5 arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli D050 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, mənzildən istifadə etdiyi müddət ərzində hesablanmış 63696 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qvydada tutularaq İddiaçı MMC-yə ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla Az 1118, Bakı şəhəri, Niami rayonu, Məmmədəli Şərifli küçəsi 239, M3, m.6) saylı mənzilə olan istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılaraq İddiaçı MMC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 izahatında göstərmişdir ki, Cavabdeh1 İddiaçı MMC-nə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla Az 1118, Bakı şəhəri, Niami rayonu, Məmmədəli Şərifli küçəsi 239, M3,m.6) saylı mənzilini lizinqə götürməklə əldə etmək istədiyini bildirmişdir.Bundan sonra mənzilin alınması və sonradan lizinqə verilməsi məqsədi ilə əmlakın əvvəlki mülkiyyətçisi ilə 08 noyabr 2019-ciu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Mənzil alındıqdan sonra İddiaçı MMC ilə Cavabdeh1 arasında 08 noyabr 2019-cu il tarixdə D050 saylı daxili lizinq müqaviləsi bağlanmışdır.Həmin müqaviləyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan qeyd olunan mənzilin (lizinq obyekti) lizinq məbləği 130.000 (yüz otuz min) manat, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 27 faiz olmaq şərti ilə lizinqə verilmişdir. Zamin qismində Cavabdeh2 çıxış etmişdir.Lizinq üzrə ödənişlər müqavilə ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi.Lakin, Cavabdeh1 müqavilə üzrə öhdəliklərini mütəmadi olaraq pozmuş, lizinq ödənişlərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Sonda iddiaçının nümayəndəsi X6 iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək hazırda Cavabdeh1 İddiaçı MMC-yə qarşı daxili lizinq və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair Bakı şəhəri, Xətai rayon məhkəməsində iddia tələbi üzrə mülki işin məhkəminin icraatında olduğunu, daxili lizinq və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün kifayət qədər əsasların olduğunu əsas gətirməklə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 oğu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AN-İ № ******* saylı 08 noyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə yerləşən 1 saylı evin (Yeni qaydalarla Az 1118, Bakı şəhəri, Niami rayonu, Məmmədəli Şərifli küçəsi 239, M3,m.6) 13 saylı mənzilini lizinqə vermək üçün əldə etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış № D050 saylı 08 noyabr 2019-cu il tarixli daxili lizinq müqaviləsindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifi küçəsi 2524 məhəllə ev 1, 13 saylı mənzili (AZ 1118 Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifi küçəsi 239, M3, m6) 130.000 manata illik 27 faiz olmaqla 12 ay müddətinə hər ay 5.308.00 manat ödəmək şərti ilə lizinqə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş 0068/21 saylı xx.xx.2021-ci il tarixli borca dair arayışdan görünür ki, Cavabdeh1 İddiaçı MMC-yə arayışın verildiyi tarixədək lizinq məbləği üzrə 120113 (yüz iyirmi min yüz on üç) manat, lizinq mükafatı (faiz məbləği üzrə) 32162 (otuz iki min yüz altmış iki) manat və 43.368 (qırx üç min üç yüz altmış səkkiz) manat hesablanmış cərimə olmaqla ümumilikdə 195643 manat öhdəliyi mövcuddur. Lizinq predmeti 16 ay istifadə edilmiş, bu müddət ərzində cəmi 4 ay ödəniş olmuşdur. İstifadə olunmuş və ödənilməyən müddət üçün aylıq 5308 manat nəzərə alınmaqla cəmi 63.696 manat borc hesablanmışdır. İş materiallarında olan İddiaçı MMC ilə X4 arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli D050 saylı zaminlik müqaviləsinə əsasən X4 İddiaçı MMC ilə Cavabdeh1 arasında 08 noyabr 2019-cu il tarixli D050 saylı daxili lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh1 öhdəliklərinin icrasına zamin durmuşdur. İş materiallarında olan bildiriş-xəbərdarlıq məktubları və həmin məktubların çatdırılması barəldə poçt qəbzindən görünür ki, cavabdehlər lizinq müqaviləsinin ləğv olunacağı və borcun tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vatından əvvəl ləğv etməu hüququ vardır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə X5 arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli D050 saylı daxili lizinq müqaviləsinə əsasən lizinqə verən İddiaçı MMC Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin (Yeni qaydalarla Az 1118, Bakı şəhəri, Niami rayonu, Məmmədəli Şərifli küçəsi 239, M3,m.6) 13 saylı mənzilini 130.000 manata illik 27 faiz olmaqla 12 ay müddətinə hər ay 5.308.00 manat ödəmək şərti ilə lizinq alan X1 və istifadəsinə vermiş, lizinq alan X5 isə lizinq obyetindən 16 ay istifadə etməsinə baxmayaraq cəmi 4 ay müddətində hər ay 5308 manat ödəniş etsə də, sonrakı müddət ərzində ödənişlər etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtlərlə icra edilməsi) başa düşülür. İş materiallarında olan 08 noyabr 2019-cu il tarixli D050 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 08 noyabr 2019-cu il tarixli D050 saylı müqavilə üzrə Cavabdeh1 üzərinə düşən öhdəliyi tam yerinə yetirənədək ona zamin durmuşdur. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə belə hesab edir, İddiaçı MMC ilə X5 arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli D050 saylı daxili lizinq müqaviləsinə əsasən lizinqə verən İddiaçı MMC Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin (Yeni qaydalarla Az 1118, Bakı şəhəri, Niami rayonu, Məmmədəli Şərifli küçəsi 239, M3,m.6) 13 saylı mənzilini 130.000 manata illik 27 faiz olmaqla 12 ay müddətinə hər ay 5.308.00 manat ödəmək şərti ilə lizinq alan X1 və istifadəsinə verməklə öz öhdəliyini yerinə yetirmiş, həmin müqavilə üzrə lizinq alan X5 heç bir əsaslı səbəb olmadan müqavilə şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq ödənişlərini vatında yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC ilə X5 arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli D050 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, mənzildən istifadə etdiyi müddət ərzində hesablanmış 63696 manat məbləğində borc və 30 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməli, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla Az 1118, Bakı şəhəri, Niami rayonu, Məmmədəli Şərifli küçəsi 239, M3,m.6) saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməli və mənzil boşaldılaraq İddiaçı MMC-nə təhvil verilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə xərclənmiş 30 manat məbləğdə pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı MMC ilə cavabdeh X5 arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli D050 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdehlər X5 və Cavabdeh2 63696 (altmış üç min altı yüz doxsan altı) manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla Az 1118, Bakı şəhəri, Niami rayonu, Məmmədəli Şərifli küçəsi 239, M3, m.6) saylı mənzilinə X2 istifadə hüquqları itirilsin və mənzil boşaldılaraq İddiaçı MMC-nə təhvil verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar