Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1749/2025 03.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Məlikov Elnur Rafiq oğlunun katibliyi ilə, Ərizəçi, maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyəti yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə (maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyəti yanında qəyyumluq və himayəçilik komissiyası) dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2007-ci il tarixdə Biləsuvar rayonu Nəsimi kəndində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirmişdir ki, o, xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan onun 2 övladı vardır. Övladlarından xx.xx.2007-ci il təvəllüdlü X6 anadan gəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir. Oğlu Elşən uşaq vaxtlarından xəstə olmuş və artıq neçə illərdir ki, xəstəliyi ilə əlaqədar həkim qeydiyyatında olmaqla müvafiq müalicələr alır. Həkimlər ona "Kvadroplegik spastikt serebral iflic. Süst tetraplegiya. İmmobillik" dianqnozu qoymuşlar. Xəstə olduğuna görə müvafiq tibbi komissiya tərəfindən ona müddətsiz 1-ci dərəcəli əlillik təyin edilmişdir.Onun övladı hərəkətsiz olmaqla bərabər, öz hərəkətlərinin mənasını başa düşmür və mütəmadi olaraq nəzarət altında saxlanılmasına zərurət vardır. Hazırda övladı onun himayəsindədir. Xəstəliyi səbəbindən səhhətində yaranmış qüsurları olması ilə əlaqədar müstəqil olaraq öz hüquqlarını həyata keçirə bilmir. O, övladının hüquqlarının həyata keçirilməsi ilə əlaqədar hər hansı dövlət qurumuna müraciət etdikdə, oğlunun məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz elan edilməməsi və onun oğlunun qəyyumu təyin edilməməsi səbəbindən onu təmsil etmək hüququnun olmadığı ona bildirilmişdir. Nəticədə oğlunun qanunla qorunan mənefiyi dövlət orqanlarında müvafiq formada həyata keçirilmir. Hazırki vəziyyətdə oğlu Elşənin məhkəmə qaydasında fəaliyyət qabiliyyət olmayan elan olunmasına zərurət vardır. Odur ki, xx.xx.2007-ci il tarixdə Biləsuvar rayonu Nəsimi kəndində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyəti yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X2 məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə ərizəçini dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsi barədə məlumatdan görünür ki, X5 xx.xx.2025-ci il tarixdən Kvadroplegik spastikt serebral iflic. Süst tetraplegiya. İmmobillik" Onurğa döş tipli dördüncü dərəcə skolioz deformasiyası diaqnozu ilə müddətsiz birinci dərəcəli əlillik verilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixotrik Ekspertiza Mərkəzi” X8 ambulator məhkəmə psixotrik ekspertizasının xx.xx.2025-ci il tarixli 4434 saylı rəyində göstərilmişdir: «X4 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. X4 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2007-ci il tarixdə Biləsuvar rayonu Nəsimi kəndində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2007-ci il tarixdə Biləsuvar rayonu Nəsimi kəndində anadan olmuş, Biləsuvar rayonu Nəsimi kəndində yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Hazırkı qətnamə X6 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №2(022)-1749/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1749/2025
03.03.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver