Məhkəmə qərarları › İş №2(022)-1750/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1750/2025

26.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1750/2025 26.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Məlikov Elnur Rafiq oğlunun katibliyi ilə, Ərizəçi, maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyəti yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə (maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyəti yanında qəyyumluq və himayəçilik komissiyası) dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1974-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirmişdir ki, xx.xx.1974-cü il təvəllüdlü X9 onun doğma qardaşıdır. O anadan gəlmə ruhi xəstəlikdən əziyyət çəkir, xəstəliyi ilə əlaqədar həkim qeydiyyatındadır, müvafiq müalicələr alır. Xəstə olduğuna görə müvafiq tibbi komissiya tərəfindən ona müddətsiz 1-ci dərəcəli əlillik təyin edilmişdir. Həkimlər ona "Şizofreniya paranoid forma. Fasiləsiz tip gedişi. Deffekt halı ilə" dianqnozu qoymuşlar.Onun qardaşı öz hərəkətlərinin mənasını başa düşmür və mütəmadi olaraq nəzarət altında saxlanılmasına zərurət vardır. Hazırda qardaşı onun himayəsindədir. Səhhətində yaranmış qüsurları olması səbəbindən qardaşı müstəqil olaraq öz hüquqlarını həyata keçirə bilmir. O, qardaşının hüquqlarının həyata keçirilməsi ilə əlaqədar hər hansı dövlət qurumuna müraciət etdikdə, məhkəmə qaydasında Əlinin fəaliyyət qabiliyyətsiz elan edilməməsi və qəyyumu təyin edilməməsi səbəbindən onu təmsil etmək hüququ olmadığı bildirilmişdir. Nəticədə qardaşının qanunla qorunan mənefiyi dövlət orqanlarında müvafiq formada həyata keçirilmir. Hazırki vəziyyətdə onun qardaşının məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz elan olunmasına zərurət vardır. Odur ki, xx.xx.1974-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyəti yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X2 məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə ərizəçini dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsi barədə məlumatdan görünür ki, X7 xx.xx.2000-ci il tarixdən şizofreniya paranoid forma.Fasiləsiz tip gedişi.Deffekt halı ilə diaqnozu ilə müddətsiz birinci dərəcəli əlillik verilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixotrik Ekspertiza Mərkəzi” X10 ambulator məhkəmə psixotrik ekspertizasınım xx.xx.2025-ci il tarixli 4388 saylı rəyindən görünür ki, X5 şizofreniya paranoid forma, psixi qüsur əlamətləri ilə xroniki psixi xəstəliyi qeyd olunur. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsasə verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1974-cü il tarixdə Biləsuvar şəhərində anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1974-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanında yaşayan X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Hazırkı qətnamə X9 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar