Məhkəmə qərarları › İş №2(022)-1756/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1756/2025

21.10.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1756/2025 21.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Mediasıya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə müraciət edərək Salyan 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024cü il tarixli “Barışıq Sazişi”nin təstiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, o, cavabdeh Maraqlı şəxs ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşdur.Birgə nikahlarından 17 noyabr 2021-ci tarixdə X3 adlı uşaqları anadan olmuşdur.Cavabdeh Maraqlı şəxs ilə ailə həyatı qurduqları ilk vaxtlar münasibətləri normal olsa da, sonralar o, heç bir əsaslı səbəb olmadan evdə dava-dalaş salmış, onu döymüş və münasibətləri pozulmuşdur.Bundan sonra qarşılıqlı razılaşma əsasında Salyan 1 saylı Mediasiya təşkilatına müraciət etmişlər və aralarında 31 iyul 2024-cü il tarixli barışıq sazişi əldə olunmuşdur. Barışıq sazişinə əsasən Maraqlı şəxs övladları X1 onun yanında qalmasına razı olmuş və hər ay 235 (iki yüz otuz beş) manat aliment ödəməyi öhdəsinə götürmüşdür. İlk əvvəllər Fərmail alimenti ödəsə də, sonradan isə ümumiyyətlə ödənişdən boyun qaçıraraq ödəniş etmir.Cavabdeh uşağının saxlanması üçün ona heç bir maddi yardım etmir. Uşağını çətinliklə dolandırır və onun təlim-tərbiyyəsi ilə məşğul olur. Uşağının yaşaması üçün ata-anasının köməkliyi ilə çətinliklədə olsa uşağını saxlaya bilir.Cavabdeh Maraqlı şəxs şirkətdə işləyir və onun qazancı və gəlirləri gün ərzində 30-40 manat olmaqla, ayda təxminən 1000 ( min) manatdan yuxarı təşkil edir. Biləsuvar Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2(022)- 1328/2024 saylı qətnaməsi ilə Maraqlı şəxs ilə aralarında olan nikah qeydi pozulmuşdur. Ərizəçi nümayəndəsi X5 məhkəmə iclasında dəqiqləşmə ərizəsi verərək, Salyan 1 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli Barışıq sazişinin 2-ci bəndinin, yəni “tərəflər Maraqlı şəxs ilə birgə nikahdan olan xx.xx.2021-ci il təvəllüdlü X3 adlı övladları yetkinlik yaşına çatana qədər saxlanılması üçün anası Ərizəçi hesab kartına hər ayın son 10 günlüyündə 235 ( iki yüz otuz beş) manat aliment ödəyəcəyini öhdəsinə götürür” hissəsində təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəni, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. İş materiallarında olan AZ-İV № 678673 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə doğulmuşdur. Uşağın ata adı qrafasında Maraqlı şəxs, ana adı qrafasında Ərizəçi göstərilmişdir. İş materiallarında olan X4 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki: həmin barışıq sazişinin 1-ci bəndinə əsasən tərəflər Maraqlı şəxs və Ərizəçi birgə nikahdan olan xx.xx.2021-ci il təvəllüdlü X3 adlı övladlarının anası Ərizəçi yanında saxlanılmasına razılıq vermiş, 2-ci bəndinə əsasən tərəflər Maraqlı şəxs ilə birgə nikahdan olan xx.xx.2021-ci il təvəllüdlü X3 adlı övladıları yetkinlik yaşına çatana qədər saxlanılması üçün anası Ərizəçi hesab kartına hər ayın son 10 günlüyündə 235 ( iki yüz otuz beş) manat aliment ödəyəcəyini öhdəsinə götürmüşdür. MPM-in 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. MPM-in 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən qanunla müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Mediasiya prosesi nəticəsində aşağdakı şərtlərlə bağlanılmış Barışıq sazişi təsdiq edilməlidir:

2. Tərəflər Maraqlı şəxs ilə birgə nikahdan olan xx.xx.2021-ci il təvəllüdlü X3 adlı övladları yetkinlik yaşına çatana qədər saxlanılması üçün anası Ərizəçi hesab kartına hər ayın son 10 günlüyündə 235 ( iki yüz otuz beş) manat aliment ödəyəcəyini öhdəsinə götürür”. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə şərh olunanlara əsasən və MPM-in 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Salyan 1 saylı Mediasiya Təşkilatında bağlanılmış Barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin:

2. Tərəflər Maraqlı şəxs ilə birgə nikahdan olan xx.xx.2021-ci il təvəllüdlü X3 adlı övladları yetkinlik yaşına çatana qədər saxlanılması üçün anası Ərizəçi hesab kartına hər ayın son 10 günlüyündə 235 ( iki yüz otuz beş) manat aliment ödəyəcəyini öhdəsinə götürür. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar