Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-177/2023 28.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, ərizəçilərin nümayəndəsi vəkil X13 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 (maraqlı şəXs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi) sənədin şəXsə məXsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baXaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Şəbiyeva X7 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Ərizəçi1 Əlikişi qızının, Ərizəçi2 Əlikişi oğlunun, X2 və X3 adına verilmiş JN-344 saylı Dövlət Aktının onlara, yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məXsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıXarılmasını Xahiş etmişlər. Ərizəçilərin nümayəndəsi vəkil X17 məhkəmə iclasında ərizəyə uyğun ifadə verərək göstərmişdir ki, Biləsuvar rayon Aqrar İslahat komissiyasının 24 noyabr 1997-ci il tariXli 30 saylı qərarı ilə ərizəçilər və ailə üzvlərinin birgə mülkiyyətlərinə 5.35 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Mülkiyyət hüquqları dövlət tərəfindən qeydə alınmaqla onlara JN-344 (kod ********) saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Lakin həmin aktda onların adları və ata adları düzgün yazılmamışdır.Belə ki, aktda Ərizəçi1 Əlikişi qızının, Ərizəçi2 Əlikişi oğlunun, X2 və X1 yazılmışdır.Əslində isə Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 kimi yazılmalı idi.Dövlət Aktında qeyd edilmiş yanlışlıqlar hüquqlarının həyata keçirilməsinə maneələr yaradır.Odur ki, JN-344 (kod ********) saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 kimi göstərilməklə həmin sənədin onlara məXsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıXarılmasını Xahiş etmişdir. Maraqlı şəXs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi məhkəmə iclasının vaXtı və yeri haqqında lazımi qaydada Xəbərdar edilməsinə baXmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçilərin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar RİHB-nin Nəsimi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tariXli 722 saylı arayışında göstərilir ki, JN-344 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında teXniki səhv nəticəsində ikinci şəXs kimi göstərilən Ərizəçi4 adı səhvən Səbunaz, üçüncü şəXs kimi göstərilən Ərizəçi1 ata adı səhvən Əlikişi, dördüncü şəXs kimi göstərilən Ərizəçi2 ata adı səhvən Əlikişi və səkkizinci şəXs kimi göstərilən Ərizəçi3 adı səhvən Qəndab kimi getmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəXsi 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2022-ci il tariXli məktubundan görünür ki, Ərizəçi4 8 saylı Cəlilabad ərazi idarəsinə Torpağın mülkiyyətə verilməsinə dair JN-344 nömrəli dövlət aktında düzəlişlə bağlı müraciət emiş, lakin, onun müraciətindən imtina edimişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəXsi 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2022-ci il tariXli məktubundan görünür ki, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 8 saylı Cəlilabad ərazi idarəsinə Torpağın mülkiyyətə verilməsinə dair JN-344 nömrəli dövlət aktında düzəlişlə bağlı müraciət emiş, lakin onun müraciətindən imtina edimişdir. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-344 saylı kod 80800078 Dövlət Aktından görünür ki, Biləsuvar rayonu Nəsimi kənd sakini X15, X5, Ərizəçi1 Əlikişi qızına, Ərizəçi2 Əlikişi oğluna, X14, X4, X8, X6, X9 və X10 Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tariXli 30 nömrəli qərarı ilə 5.35 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. Dövlət Aktında ərizəçilərin adı və ata adları Ərizəçi1 Əlikişi qızı, Ərizəçi2 Əlikişi oğlu, X12 və X1 qeyd edilmişdir. MPM-in 307.2.5-ci maddəsinə əsasən şəXsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəXsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən Dövlət aktılərdən başqa) həmin şəXsə məXsus olması faktını məhkəmə müəyyən edir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə işdə olan sənədlərə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Torpağa Mülkiyyət Hüququna dair JN-344 saylı kod 80800078 olan X24 Rəhimə Əlikişi qızına aid olan hissədə- Ərizəçi1, Ərizəçi2 Əlikişi oğluna aid hissədə-Ərizəçi2 oğluna, X6 aid hissədə- Ərizəçi3, X5 aid hissədə- Ərizəçi4 məXsus olması faktı müəyyən edilməlidir. YuXarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-344 saylı kod 80800078 olan X24 Rəhimə Əlikişi qızına qızına aid olan hissədə- Ərizəçi1, Ərizəçi2 Əlikişi oğluna aid hissədə- Ərizəçi2, X6 aid hissədə- Ərizəçi3, X5 aid hissədə- Ərizəçi4 məXsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəXslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-177/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-177/2023
28.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver