Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-178/2024 13.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X27 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2005-ci il tarixli, 04 saylı qərarına əsasən tərtib olunmuş JN-856A seriyalı, 80801004 kodlu torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamədə qeyd olunan adların 4-cü sırasında X6 aid hissədə Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Rəhimova X12 rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2005-ci il tarixli, 04 saylı qərarına əsasən tərtib olunmuş JN-856A seriyalı, 80801004 kodlu torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamədə qeyd olunan adların 4-cü sırasında X6 aid hissədə Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, Biləsuvar rayon Aqrar islahat Komissiyasının 30 iyun 2005-ci il tarixli, 04 saylı qərarına əsasən onun nənəsi X8 və həmin şəxsin və ailə üzvlərinin, o cümlədən onun atası X2 və ailə üzvlərinin mülkiyyətinə Biləsuvar şəhəri ərazisində 0,09 hektar ölçüdə həyətyanı torpaq sahəsi və həmin torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə torpaq sahəsinin birgə mülkiyyətçisi qismində onun nənəsi M.N.Rəhimovanın, atası B.Ə.Rəhimovun adı ilə yanaşı, anası X1, onun və digər bacıalrının adı qeyd edilmişdir. Lakin həmin şəhadətnamədə onun bacısı X3 adı səhvən iki dəfə qeyd edilmiş və onun adı isə ümumiyyətlə qeyd edilməmişdir. Onun nənəsi M.N.Rəhimova və anası X.X.Hümbətova vəfat etmişdir. O və digər ailəz üzvləri həmin torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsi almaq istəsələr də, onun adının həmin sənəddə qeyd edilməməsi, bacısı Simuzərin adının isə 2 dəfə göstərilməsi səbəbindən onlara vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilir. Buna görə o, torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı ərazi idarəsinə müraciət etmişlər. Həmin inzibati orqan isə torpağa mülkiyyət hüququna dair sənəddə yol verilmiş yanlışlığı aradan qaldırmaqdan imtina edərək, bu barədə məhkəməyə müraciət etməsini onlara tövsiyə etmişdir. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Sonda, Ərizəçi xahişinin təmin edilməsini və Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2005-ci il tarixli, 04 saylı qərarına əsasən tərtib olunmuş JN-856A seriyalı, 80801004 kodlu torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamədə qeyd olunan adların 4-cü sırasında X6 aid hissədə ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X13 ifadəsinda göstərdi ki, Ərizəçi onu bacısıdır. Biləsuvar rayon Aqrar islahat Komissiyasının 30 iyun 2005-ci il tarixli, 04 saylı qərarına əsasən onun atasının və ailə üzvlərinin, o cümlədən onun mülkiyyətinə Biləsuvar şəhəri ərazisində 0,09 hektar ölçüdə torpaq sahəsi və həmin torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmin sənəddə onun adı şəhadətnamənin adlar qeyd edilmiş hissəsinin 4 və 8-ci abzaslarında iki dəfə qeyd edilmişdir, lakin onun bacısı Ərizəçi adı isə qeyd edilməmişdir. Ərizəçi ona həmin həyətyanı torpaq sahəsində olan payını verməmişdir. Onun fikrincə həmin sənəddə onun adının iki dəfə qeyd edilərək, bacısı Ərizəçi adının qeyd edilməməsi texniki səhv nəticəsində baş vermişdir. İş üzrə şahid qismində dindirilmiş X14 məhkəmədə şahid Ərizəçi ifadəsi ilə eyni məzmunlu ifadə verərək, bildirdi ki, . Biləsuvar rayon Aqrar islahat Komissiyasının 30 iyun 2005-ci il tarixli, 04 saylı qərarına əsasən onun anasının, onun və ailə üzvlərinin mülkiyyətinə Biləsuvar şəhəri ərazisində 0,09 hektar ölçüdə torpaq sahəsi həmin torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə verilmişdir. Lakin həmin sənəddə onun qızı X3 adı səhvən iki dəfə qeyd edilərək, digər qızı Ərizəçi adı isə ümumiyyətlə qeyd edilməmişdir. Onun cəmi 5 qızı var və Ərizəçi da onun qızıdır. Buna görə də həmin şəhadətnamədə sonuncunun da adı qeyd edilməlidir. İş materiallarında olan AZ seriyalı, 070654 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X16 və X9 28 dekabr 1971-ci il tarixdə nikah bağlamışlar. Mülki işdə olan AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 03 sentyar 1971-ci il tarixdə Puşkin rayonunda doğulmuşdur. Onun atası X15, anası X4r. İş materialların aəlavə edilmiş 295330 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 22 avqust 1974-cü il tarixdə Puşkin rayonunda doğulmuşdur. Onun atası X15, anası X4r. Mülki işdə olan AZ-İİ seriyalı, 067335 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 31 dekabr 1996-cı il tarixdə insult, hipertoniya xəstəliyi səbəbindən ölmüşdür. İşdə olan JN-856A seriyalı, 80801004 kodlu torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2005-ci il tarixli, 04 saylı qərarına əsasən X8, X10 və ailə üzvləri – X1, X3, X11, X5, X7 və X3 mülkiyyətinə Biləsuvar şəhəri ərazisində 0,09 hektar ölçüdə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. Mülki iş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 098650 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 25 sentyabr 2020-ci il tarixdə bazilyar arteriyadan subaraxnodial qansızma səbəbindən ölmüşdür. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 08 sentyabr 2023-cü il tarixli, 3-21-3-44/2- R-00xx-xx/2023 saylı arayışından görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN- 856A seriyalı, 80801004 kodlu şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir və Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Mülki iş materiallarında olan Biləsuvar rayonu Biləsuvar bələdiyyəsinin 22 noyabr 2023-cü il tarixli, 661 nömrəli məktubundan görünür ki, Biləsuvar şəhər sakini X8 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 15 avqust 2005-ci il tarixli, JB-856A, Kod ********* saylı həyətyanı toqpa şəhadətnaməsində 4-cü və 7-ci sırada səhvən X3 adı iki dəfə göstərilmiş, onun bacısı Ərizəçi adı isə qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər inzibati ərazi üzrə nümayəndiliyi tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli, 5- 39-1/2-418/2024 saylı arayışından görünür ki, X2 həqiqətən də X3, X11, X5, X7 və Ərizəçi adlı 5 qızı vardır. Beləliklə, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2005-ci il tarixli, 04 saylı qərarına əsasən Biləsuvar şəhəri ərazisində yerləşən 0,09 hektar ölçüdə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi ərizəçinin nənəsi M.N.Rəhimovanın və onun ailə üzvlərinin, o cümlədən Ərizəçi atası B.A.Rəhimovun, anası X.X.Hümbətovanın və bacıları Ərizəçi, G.B.Rəhimovanın, N.B.Rəhimovanın, R.B.Rəhimovanın mülkiyyətinə verilmişdir. Həmin şəxslərin qeyd olunan torpaq sahələri üzərində mülkiyyət hüququ müvafiq olaraq JN-856A seriyalı, 80801004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təsdiq olunmuşdur. Lakin həmin sənəddə Ərizəçi adı qeyd edilməmişdir. Belə ki, torpağın mülkiyyətə verilməsinə dair JN-856A seriyalı, 80801004 kodlu şəhadətnamədə ərizəçinin bacısı Ərizəçi adı sənədin 4-cü və 8-ci qrafalarında olmaqla, iki dəfə qeyd edilmişdir. Buna görə də müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət aktına düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.1-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2005-ci il tarixli, 04 saylı qərarına əsasən tərtib olunmuş torpağın mülkiyyət verilməsinə dair JN-856A seriyalı, 80801004 kodlu Şəhadətnamənin, həmin sənəddə ümumi mülkiyyətçilər siyahısında 4-cü qrafada göstərilmiş X6 aid hissədə ona məxsus olmasını başqa qaydada təsdiq etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2005-ci il tarixli, 04 saylı qərarına əsasən tərtib olunmuş torpağın mülkiyyət verilməsinə dair JN-856A seriyalı, 80801004 kodlu Şəhadətnamənin, həmin sənəddə ümumi mülkiyyətçilər siyahısında 4-cü qrafada göstərilmiş X6 aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi xahişi təmin edilsin. Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2005-ci il tarixli, 04 saylı qərarına əsasən tərtib olunmuş torpağın mülkiyyət verilməsinə dair JN-856A seriyalı, 80801004 kodlu Şəhadətnamənin, həmin sənəddə ümumi mülkiyyətçilər siyahısının 4-cü qrafasında göstərilmiş X6 aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-178/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-178/2024
13.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver