Məhkəmə qərarları › İş №2(022)-1902/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1902/2025

26.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1902/2025 26.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Məlikov Elnur Rafiq oğlunun katibliyi ilə, Ərizəçi, maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyəti yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə (maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyəti yanında qəyyumluq və himayəçilik komissiyası) dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, X9 ilə birgə nikahlarından xx.xx.2007-ci il tarixdə anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirmişdir ki, o, X9 ilə 13 avqust 2007-ci ildə ailə qurmuş, onların birgə nikahından xx.xx.2007-ci il tarixdə X10 adlı övladları doğulmuşdur. Onun övladı anadan olandan əqli qüsurludur. Belə ki, X4-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsinə dair məlumatda onun spastik serebral iflic, ağır dərəcəli əqli gerilik lQ=20%, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları olması göstərilmişdir. Orqanizmin funksiyalarının pozulması 100%-dir. Bundan başqa dövlət tərəfindən ona 1-ci dərəcəli əlilliyə görə aylıq 670 manat olmaqla ömürlük sosial müavinət təyin edilmişdir. Bundan başqa, X10 özünü idarə edə bilmir, narahatdır, əsəbidir, qıcolma tutulmalarından özünə xidmət edə bilmir, yuxusu pisdir. Hazırda oğlu X6 müalicəyə ehtiyacı var və onun müalicə xərclərini qarşılamaq üçün onun maddi imkanı yoxdur. Odur ki, xx.xx.2007-ci il tarixdə doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyəti yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X3 məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə ərizəçini dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik haqqında arayışından görünür ki, X8 xx.xx.2024-ci il tarixdən spastik serebral iflic, ağır dərəcəli əqli gerilik lQ=20%,qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları diaqnozu ilə müddətsiz birinci dərəcəli əlillik verilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X1 tesraplegiya immobillik, simpsomatik eplepsiya ağır dərəcəli əqli geriliyi müəyyən edilir. İş materiallarına əlavə edilmiş Salyan rayonlararası psixotriya xəstəxanasının 01 fevral 2024-cü il tarixli 78 saylı rəyindən görünür ki, X7 müayinə zamanı F.72.1 ağır dərəcəli əqli gerilik lQ=20%,qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları G80.0, G82.4, R26.3 diaqnozu qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixotrik Ekspertiza Mərkəzi” X15 ambulator məhkəmə psixotrik ekspertizasınım xx.xx.2025-ci il tarixli 4386 saylı rəyindən görünür ki, X10 öz psixi vəziyyətinə görə hərkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X10 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X10 öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2007-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2007-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Hazırkı qətnamə X10 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar