Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-193/2023 31.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi4 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ramazanlı X9 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Biləsuvar Rayon Aqrar İslahat komissiyasının 18 noyabr 2002-ci il tarixli 10 saylı qərarı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş 5,75 hektar ölçüdə Torpağa Mülkiyyət hüququna dair JN-170 nömrəli Dövlət aktında X6 hissəsində-Ərizəçi1, Ərizəçi2 Sətdar qızına aid hissəsində Ərizəçi2, X7 aid hissədə-Ramazanova (Dadaşova) Aynur Səyyar qızı və Ərizəçi4 Sətdar oğluna aid hissədə-Ərizəçi4 kimi göstərilməklə həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 məhkəmə iclasında ərizəyə uyğun ifadə verərək göstərmişdir ki, Biləsuvar rayon Aqrar İslahat komissiyasının 18 noyabr 2002-ci il tarixli 10 saylı qərarı ilə onlara ailə üzvləri ilə birlikdə kənd təsərrüfatı istehsalı üçün 5,75 ha torpaq sahəsi ümumi birgə mülkiyyətlərinə verilmişdir. Mülkiyyət hüquqları dövlət tərəfindən qeydə alınmaqla onlara JN-170 (kod ********) saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Lakin JN-170 (kod ********) Torpağa Mülkiyyət hüququna dair Dövlət aktında ad və ata adları səhv qeyd edilmişdir. Belə ki, Ərizəçi1 oğılu-X1, Ərizəçi2-Ərizəçi2 Sətdar qızı kimi, Ramazanova (hazlrda Dadaşova) Aynur Səyyar qızı- X2 və Ərizəçi4-Ərizəçi4 Sətdar oğlu kimi yazılmışdır. Odur ki, Biləsuvar Rayon Aqrar İslahat komissiyasının 18 noyabr 2002-ci il tarixli 10 saylı qərarı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş 5,75 hektar ölçüdə Torpağa Mülkiyyət hüququna dair JN-170 nömrəli Dövlət aktında X6 hissəsində-Ərizəçi1, Ərizəçi2 Sətdar qızına aid hissəsində Ərizəçi2, X7 aid hissədə-Ramazanova (Dadaşova) Aynur Səyyar qızı və Ərizəçi4 Sətdar oğluna aid hissədə-Ərizəçi4 kimi göstərilməklə həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2 və Ərizəçi4 da Ərizəçi1 ilə eyni məzmunda ifadə verməklə ərizələrinin təmin olunmasını xahiş etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçilərin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar RİHB-nin Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 376 saylı arayışında göstərilir ki, Ramazanov X5 rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi1 daşınmaz əmlakın çıxarışında düzəliş edilməsi ilə əlaqədar müraciət etmiş, lakin ərizənin icrasından imtina edilmişdir. İş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ramazanov X5 rayonu, Təzəkənd kəndində qeydiyyatdadır. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-0170 saylı kod 80800088 Dövlət Aktından görünür ki, Biləsuvar rayonu Təzəkənd kənd sakini X4, X3, Ərizəçi2 Sətdar qızına, X7 və Ərizəçi4 Sətdar oğluna Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 2002-ci il tarixli 10 nömrəli qərarı ilə 5,75 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. Dövlət Aktında ərizəçilərin adı və ata adları səhv qeyd edilmişdir. MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən Dövlət aktılərdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə işdə olan sənədlərə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Biləsuvar Rayon Aqrar İslahat komissiyasının 18 noyabr 2002-ci il tarixli 10 saylı qərarı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş 5,75 hektar ölçüdə Torpağa Mülkiyyət hüququna dair JN-170 nömrəli Dövlət aktında X6 hissəsində-Ərizəçi1, Ərizəçi2 Sətdar qızına aid hissəsində Ərizəçi2, X7 aid hissədə-Ramazanova (Dadaşova) Aynur Səyyar qızı və Ərizəçi4 Sətdar oğluna aid hissədə-Ərizəçi4 kimi göstərilməklə həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Biləsuvar Rayon Aqrar İslahat komissiyasının 18 noyabr 2002-ci il tarixli 10 saylı qərarı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş 5,75 hektar ölçüdə Torpağa Mülkiyyət hüququna dair JN-170 nömrəli Dövlət aktında X6 hissəsində-Ərizəçi1, Ərizəçi2 Sətdar qızına aid hissəsində Ərizəçi2, X7 aid hissədə-Ramazanova (Dadaşova) Aynur Səyyar qızı və Ərizəçi4 Sətdar oğluna aid hissədə-Ərizəçi4 kimi göstərilməklə həmin sənədin onlara məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-193/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-193/2023
31.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver