Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-205/2023 23.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Şirvanov X14 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon şöbəsi tərəfindən verilmiş JN-304 nömrəli kod 80806018 olan dövlət aktında göstərilmiş payın mərhum X10 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, Biləsuvar rayon Aqrar İslahat komissiyasının 1998-ci il tarixli 43 nömrəli qərarına əsasən ailələrinin ümumi birgə mülkiyyətinə 8.86 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir.Bu barədə onlara Torpağın Mülkiyyətə verilməsinə dair JN 304 saylı kod 80806018 olan Dövlət Aktı verilmişdir.X28 mərhum oğlu X8 adı X2 göstərilmişdir. Cavadın doğum haqqında şəhadətnaməsində adı Cavad kimi qeyd edilmişdir.Oğlu Cavad xx.xx.1988-ci il tarixdə anadan olmuş, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində dəm qazından ölmüşdür.Odur ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon şöbəsi tərəfindən verilmiş JN-304 nömrəli kod 80806018 olan dövlət aktında göstərilmiş payın mərhum X10 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçilərin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar RİHB-nin Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 848 və 739 saylı arayışlarında göstərilir ki, Şirvanov X14 rayonu, Səmədabad kəndində yaşayır, Torpağa Mülkiyyət Hüququna dair JN 304 saylı kod 80806018 olan Dövlət Aktında adı qeyd olunan X8 adı səhvən Dövlət aktında Cavid kimi qyazılmış, o, bütün sənədlərdə X16 olmuşdur. İş materiallarında olan AZ-İİ № 279098 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2014-cü il tarixdə dəm qazı ilə zəhərlənmədən ölmüşdür. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-304 saylı kod 80806018 Dövlət Aktından görünür ki, Biləsuvar rayonu Səmədabad kənd sakini Ərizəçi, X3, X4, X7, X9, X11, X12, X5, X13, X6 və X1 Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 03 avqust 1998-ci il tarixli 43 nömrəli qərarı ilə 8.86 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. Dövlət Aktında ərizəçinin mərhum oğlunun adı X2 qeyd edilmişdir. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi daşınmaz əmlakın çıxarışında düzəliş edilməsi ilə əlaqədar müraciət etmiş, lakin ərizənin icrasından imtina edilmişdir. MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən Dövlət aktılərdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə işdə olan sənədlərə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Torpağa Mülkiyyət Hüququna dair JN-304 saylı (kod ********) Dövlət aktında X15 hissəsində X10 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-304 saylı (kod ********) Dövlət aktında X15 hissəsində X10 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-205/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-205/2023
23.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver