Məhkəmə qərarları › İş №2(022)-220/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-220/2023

31.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-220/2023 31.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Hüseynov X6 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, JN-276 (kod ********) saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı və JN-160A (kod ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1 Alıisgəndər qızı hissəsində Ərizəçi1, X16 hissəsində X3 göstərilməklə həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi2 məhkəmə iclasında ərizəyə uyğun ifadə verərək göstərmişdir ki, Biləsuvar rayon Aqrar İslahat komissiyasının 23 fevral 1997-ci il tarixli 16 saylı qərarı ilə onlara ailə üzvləri ilə birlikdə kənd təsərrüfatı istehsalı üçün 5,04 ha torpaq sahəsi və 0,30 ha ölçüdə həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyətlərinə verilmişdir. Mülkiyyət hüquqları dövlət tərəfindən qeydə alınmaqla onlara JN-276 (kod ********) saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı və JN-160A (kod ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Lakin JN-276 (kod ********) saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı və JN-160A (kod ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvən Ərizəçi1 ata adı “Alıisgəndər” kimi qeyd edilmişdir. X1 və ata adı isə X4 yazılmışdır.Odur ki, X5 və Ərizəçi1 Alıisgəndər qızının adına verilmiş JN-276 (kod ********) saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı və JN-160A (kod ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1 və X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçilərin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar RİHB-nin Amankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 761 saylı arayışında göstərilir ki, JN- 276 (kod ********) saylı Mülkiyyət Hüququna dair Dövlət Aktında birinci sırada adı göstərilən

1. X17-X3 oxunsun. Biləsuvar rayonu, Amankənd kəndində X17 adına şəxs yaşamamışdır.

2. Üçüncü sırada adı göstərilən Ərizəçi1 Alıisgəndər qızı-Ərizəçi1 kimi oxunsun.Biləsuvar rayonu, Amankənd kəndində Ərizəçi1 Alıisgəndər qızı adında şəxs yaşamır. İş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hüseynova X15 rayonu, Amankənd kəndində qeydiyyatdadır. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-276 saylı kod 80803018 Dövlət Aktından görünür ki, Biləsuvar rayonu Əmənkənd kənd sakini X12, Ərizəçi2, Ərizəçi1 Alıisgəndər qızına, X8, X13, X14, X9 və X10 Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1997-ci il tarixli 16 nömrəli qərarı ilə 5,04 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. Dövlət Aktında ərizəçilərin adı Ərizəçi1 Alıisgəndər qızı və X4 qeyd edilmişdir. İş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-160A (kod ********) saylı Şəhadətnamənin surətindən görünür ki, Biləsuvar rayonu, Əmənkənd kənd sakini Ərizəçi2, Ərizəçi1 Alıisgəndər qızına, X8, X13, X14, X9 və X10 Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1997-ci il tarixli 16 nömrəli qərarı ilə 0.30 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamədə ərizəçinin adı Ərizəçi1 Alıisgəndər qızı kimi qeyd edilmişdir. MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən Dövlət aktılərdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə işdə olan sənədlərə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Torpağa Mülkiyyət Hüququna dair JN-276 saylı kod 80803018 olan Dövlət X2 aid olan hissədə- X7, qızına və Ərizəçi1 Alıisgəndər qızına aid hissədə- Ərizəçi1 və həmçinin Torpağın Mülkiyyətə verilməsinə dair JN-160A (kod ********) saylı Şəhadətnamədə Ərizəçi1 Alıisgəndər qızına aid hissədə- Ərizəçi1 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-276 saylı kod 80803018 olan Dövlət X2 aid olan hissədə- X7 və Ərizəçi1 Alıisgəndər qızına aid hissədə- Ərizəçi1 və həmçinin Torpağın Mülkiyyətə verilməsinə dair JN-160A (kod ********) saylı Şəhadətnamədə Ərizəçi1 Alıisgəndər qızına aid hissədə- Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar