Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-224/2025 17.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi, maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə (maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, 18 iyul 2004-cü il tarixdə Biləsuvar Rayonu Ağalıkənd kəndində anadan olmuş qızı X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında bildirmişdir ki, 18 iyul 2004-cü ildə anadan olmuş X10 onun doğma qızıdır. Qızı Nigar uşaqlıqdan xəstə olmuşdur, bu günə kimi müalicələr alır. Onda “Proqressivləşməyə meyilli ekstropiramid və hərəki pozulmalar. Spastik tetraplegiya. Əzələ gücü “0” baldır” xəstəliklər vardır və qızı bu diaqnozla uzun illərdir müalicələr almışdır. Azərbaycanda müxtəlif xəstəxanalarda, Elmi tədqiqat institutlarınada müalicələr almasına baxmayaraq müsbət istiqamətə doğru heç bir yaxşılaşmalar olmamışdır. Onun xəstəliyi sağalması mümkün olmayan xəstəliklərə aiddir. Qızı Nigarın neçə illərdir ətraf aləmlə münasibəti yoxdur, hərəkətlərinin mənasını dərk etmir, zəruri ehtiyacları yalnız onun köməkliyi ilə yerinə yetirir. Qızı Nigar İ dərəcəli əlil olmaqla orqanizminin funksiyasının 81-100 % pozulmasına görə onun əlilliyi müəyyən edilmiş, əmək qabiliyyətinin itirmə faizi 0 dərəcəsi olmaqla əmək qabiliyyətsizdir, əlillik və sağlamlıq imkanlarının məhdudluğu müddətsiz olaraq birinci dərəcəli əlil kimi qiymətləndirilmişdir. Bütün bunlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazildiyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair Forma 88 üzrə axtarış məlumatında qeyd edilmişdir. AR Səhiyyə Nazirliyi Tibbi Realibitasiya Xəstəxanasının 0642 nömrəli xəstəlik tarixinə dair çıxarışdan görünür ki, kəllə-beyin sinirlərinin müayinəsi zamanı onda həmçinin iki tərəfli dəyişkən çəpgözlük, daha ifadəli aşağı ətraflarda olmaqla əzələ hipertoniyası, hiperrefleksiya, topuqda konus, nitqin aydın olmaması, ətraflarda aktiv hərəkətsizliyin məhdud olması, sərbəst yerişin mümkünsüzlüyü və s... xəstəliklər müəyyən edilmişdir. Həmçinin məlum olmuşdur ki, qızı Nigarda irsiyyət inkar olunmur, bu səbəbdən qardaşı da xəstədir. Nigar qüsurlu olması səbəbindən müstəqil olaraq öz hüquqlarını həyata keçirə bilmir. O, bir ana olaraq onu daim himayəsində saxlasa da, hər hansı bir dövlət qurumuna müraciət etdikdə onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan və onun qəyyumu təyin edilməməsi səbəbindən Nigarı təmsil edə bilmir, onun qanunla qorunan mənafeyi dövlət orqanlarında müvafiq formada həyata keçirilmir. Bu və ya digər səbəblərə görə yuxarıda qeyd etdiyi kimi qızı Nigara əlil və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə İ dərəcəli əlillik, bu əlilliyin müddətsiz olması, əmək qabiliyyətsiz olmasına görə ona AR ƏƏSMN tərəfindən sosial müavinət və təqaüd ayrılmışdır.Lakin bir neçə aydır ki, Kapital Bank tərəfindən qızı Nigar sosial müavinətini ala bilmir. Onun Banka gəlib imza etməsi tələb olunur, bu da mümkün deyildir, o, hərəkətlərinə cavab verə bilmir, yerimə qabiliyyəti tamamilə pozulub, əlil arabasında gəzdirilir. Bankda həmçinin bildirildi ki, əks təqdirdə mütləq o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və ona qəyyum təyin edilməlidir. Onun əsas məqsədi də məhz elə budur ki, qızı X6 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə zəruri ehtiyacı vardır. Sonda ərizəçi ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi X3 məhkəmə iclasında X2 ərizəsinin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X4 xx.xx.2025-ci il tarixli 722 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs X7 “DƏQİQLƏŞDİRİLMƏMİŞ DEMENSİYA (AĞİL ZƏİFLİYİ)” (F02.8) qeyd olunur. Bunu anamnestik məlumatlar (yaddaşının zəifləməsi, davranışının qeyri-adekvat olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və bir qədər gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları anlamaması, əhvali ruhiyyəsinin dəyişkən olması, maraq dairəsinin dar olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. 18 iyul 2004-cı il tarixdə Biləsuvar rayonu Ağalıkənd kəndində anadan olmuş X10 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. X9 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X10 “DƏQİQLƏŞDİRİLMƏMİŞ DEMENSİYA (AĞİL ZƏİFLİYİ)” (F02.8) xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, 18 iyul 2004-cı il tarixdə Biləsuvar rayonu Ağalıkənd kəndində anadan olmuş X10 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 18 iyul 2004-cı il tarixdə Biləsuvar rayonu Ağalıkənd kəndində anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Hazırkı qətnamə X10 üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X11
Məhkəmə qərarları › İş №2(022)-224/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-224/2025
17.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver