Məhkəmə qərarları › İş №2(022)-251/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-251/2023

16.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-251/2023 16.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Biləsuvar Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, X3 adına verilmiş JN-297 saylı Dövlət Aktının və JN-208A saylı Şəhadətnamənin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 01 dekabr 1997-ci il tarixli 31 nömrəli qərarına əsasən ailələrinin ümumi birgə mülkiyyətinə 2.63 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir.Bu barədə onlara Torpağın Mülkiyyətə verilməsinə dair JN 297 saylı kod 80805018 olan Dövlət Aktı verilmişdir. Bundan başqa Aqrar İslahat Komissiyasının həmin qərarı ilə onlara 0,15 ha həyətyanı torpaq sahəsi də verilmi.dir.Buna dair onlara JN-208A saylı şəhadətnamə verilmişdir.Rəsmi soyadı, ad və ata adı Ərizəçi olsa da, hər iki sənəddə adı səhvən Pərvanə kimi yazılmışdır.Qızlıq soyadı Şirməmmədova olmuş, hazırda ərinin soyadı olan İsmayılova kimi gedir.Hazırkı məsələ ilə bağlı DƏDRX Cəlilabad rayon 8 saylı ərazi idarəsinə müraciət etsə də, orada Dövlət aktına düzəliş edilməmişdir.Halbuki, bu onun deyil, həmin orqanın Dövlət Aktı tərtib olunarkən etdiyi texniki səhvdir. Sonda ərizəçi X3 adına verilmiş JN-297 saylı Dövlət Aktının və JN-208A saylı Şəhadətnamənin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçilərin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar RİHB-nin Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 456 saylı arayışından görünür ki, JN- 208A nömrəli Şəhadətnamə tərtib olunarkən texniki səhv nəticəsində Ərizəçi X2 yazılmışdır. İş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Cəlilabad rayonu, Alar kəndində qeydiyyatdadır. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-297 saylı kod 80805018 Dövlət Aktından görünür ki, Biləsuvar rayonu Günəşli kənd sakini X5, X14, X4, X11, X6 və X7 Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 01 dekabr 1997-ci il tarixli 31 nömrəli qərarı ilə 2.63 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. Dövlət Aktında ərizəçinin adı və soyadı X2 qeyd edilmişdir. İş materiallarında olan Torpsğın Mülkiyyətə verilməsinə dair JN-208A kod 80805018 saylı Şəhadətnamədən görünür ki, Biləsuvar rayonu Günəşli kənd sakini X5, X14, X4, X11, X6 və X7 Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 01 dekabr 1997-ci il tarixli 31 nömrəli qərarı ilə 0,15 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamədə ərizəçinin adı və soyadı X2 qeyd edilmişdir. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi daşınmaz əmlakın çıxarışında düzəliş edilməsi ilə əlaqədar müraciət etmiş, lakin ərizənin icrasından imtina edilmişdir. MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən Dövlət aktılərdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə işdə olan sənədlərə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Torpağa Mülkiyyət Hüququna dair JN-297 saylı (kod ********) Dövlət Aktında və Torpağın Mülkiyyətə verilməsinə dair JN-208A kod 80805018 saylı X1 aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-297 saylı (kod ********) Dövlət Aktında və Torpağın Mülkiyyətə verilməsinə dair JN-208A kod 80805018 saylı X1 aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar