Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-277/2023 07.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, ərizəçilər X11 və Ərizəçi3 iştirakı ilə, Ərizəçilər X11, Ərizəçi2 və Ərizəçi3 (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər X22, Ərizəçi2 və Ərizəçi3 Biləsuvar Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, JN 951 saylı kod 80807018 Torpağa Mülkiyyət Hüququna dair Dövlət X2 hissəsində Ərizəçi1, X20 hissəsində Ərizəçi2, X23 hissəsində xx.xx.2019-cu il tarixdə vəfat etmiş X15, X31 hissəsində xx.xx.2014-cü il tarixdə vəfat etmiş X28, X35 hissəsində xx.xx.1998-ci il tarixdə vəfat etmiş X9, X43 hissəsində xx.xx.2013-cü il tarixdə vəfat etmiş X29 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi X22 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Biləsuvar rayon Aqrar İslahat komissiyasının 06 iyun 2000-ci il tarixli 06 nömrəli qərarına əsasən ailələrinin ümumi birgə mülkiyyətinə 2.53 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir.Bu barədə onlara Torpağın Mülkiyyətə verilməsinə dair JN 951 saylı kod 80807018 olan Dövlət Aktı verilmişdir. X44 Ərizəçi1 kimi deyil, soyadı X45 kimi, Ərizəçi2 adı və soyadı X3, atası X12 ata adı səhvən X5, anası X4 və ata adı məlumatları X10 yazılmışdır. Dövlət Aktında ad və soyada dair məlumatların səhv yazılması səbəbindən həmin torpağa dair mülkiyyət hüququnu həyata keçirdikləri zaman problemlərlə qarşılaşırlar. Odur ki, JN 951 saylı kod 80807018 Torpağa Mülkiyyət Hüququna dair Dövlət X2 hissəsində Ərizəçi1, X20 hissəsində Ərizəçi2, X23 hissəsində xx.xx.2019-cu il tarixdə vəfat etmiş X15, X31 hissəsində xx.xx.2014-cü il tarixdə vəfat etmiş X28, X35 hissəsində xx.xx.1998-ci il tarixdə vəfat etmiş X9, X43 hissəsində xx.xx.2013-cü il tarixdə vəfat etmiş X29 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi3 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, Biləsuvar rayon Aqrar İslahat komissiyasının 06 iyun 2000-ci il tarixli 06 nömrəli qərarına əsasən ailələrinin ümumi birgə mülkiyyətinə 2.53 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir.Bu barədə onlara Torpağın Mülkiyyətə verilməsinə dair JN 951 saylı kod 80807018 olan Dövlət Aktı verilmişdir. X54 atası X7 ata adı məlumatları səhvən X14 və anası X25 ad və soyadı səhvən X19 yazılmışdır. Odur ki, JN 951 saylı kod 80807018 Torpağa Mülkiyyət Hüququna dair Dövlət X8 hissəsində xx.xx.1998-ci il tarixdə vəfat etmiş X9, X43 hissəsində xx.xx.2013-cü il tarixdə vəfat etmiş X29 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçiləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar RİHB-nin Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 dekabr 2022-ci il tarixli 1554 saylı arayışından görünür ki, JN 951 saylı kod 80807018 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında Ərizəçi1 kimi deyil, soyadı X6, Ərizəçi2 adı və soyadı X3, X12 ata adı səhvən X5, X4 və ata adı məlumatları X10, X7 ata adı məlumatları səhvən X14 və X25 ad və soyadı səhvən X19 yazılmışdır. İş materiallarında olan AZ-İ seriyalı № 685780 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X36 10,10.2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı № 023782 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı № 316583 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı № 316582 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X37 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(022)-3480/2022 saylı qətnaməsindən görünür ki, 28 dekabr 1929-cü il tarixdə doğulmuş X7 08 oktyabr 1998-ci il tarixdə, 1942-ci ildə doğulmuş X25 17 may 2013-cü il tarixdə Masallı rayonu, Seybətin kəndində ölmələri faktı müəyyən edilmişdir. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-951 saylı kod 80807018 Dövlət Aktından görünür ki, Biləsuvar rayonu Xırmandalı kənd sakini X17, X27, X13, X21, X30, X32 və X18 Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli 06 nömrəli qərarı ilə 2.53 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. Dövlət Aktında ərizəçinin soyadı X22, atası X23, anası X31, bacısı X20, qohumları X35, X19 qeyd edilmişdir. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi1 daşınmaz əmlakın çıxarışında düzəliş edilməsi ilə əlaqədar müraciət etmiş, lakin ərizənin icrasından imtina edilmişdir. MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən Dövlət aktılərdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə işdə olan sənədlərə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Torpağa Mülkiyyət Hüququna dair JN-951 saylı (kod ********) Dövlət X1 aid hissədə-Ərizəçi1, X17 aid hissədə-X15, X27 aid hissədə X28, X13 aid hissədə-Ərizəçi2, X30 aid hissədə-X9 və X32 aid hissədə-X29 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-951 saylı (kod ********) Dövlət X1 aid hissədə- Ərizəçi1, X17 aid hissədə-xx.xx.2019-cu il tarixdə vəfat etmiş X15, X27 aid hissədəxx.xx.2014-cü il tarixdə vəfat etmiş X28, X13 aid hissədə-Ərizəçi2, X30 aid hissədəxx.xx.1998-ci il tarixdə vəfat etmiş X9 və X32 aid hissədə-xx.xx.2013-cü il tarixdə vəfat etmiş X29 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-277/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-277/2023
07.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver