Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-282/2023 06.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 qıznın və Ərizəçi2 (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Abbasova X3 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, X4 və X5 adına verilmiş JN-426 saylı Dövlət Aktının onlara, yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi2 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli 30 nömrəli qərarına əsasən ailələrinin ümumi birgə mülkiyyətinə 8,25 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir.Bu barədə onlara Torpağın Mülkiyyətə verilməsinə dair JN 426 saylı kod 80800078 olan Dövlət Aktı verilmişdir. Rəsmi soyadı, ad və ata adı Ərizəçi2 və Ərizəçi1 olsa da, ad və soyadları səhvən X14 və X2 yazılmışdır. Hazırkı məsələ ilə bağlı DƏDRX Cəlilabad rayon 8 saylı ərazi idarəsinə müraciət etsə də, orada Dövlət aktına düzəliş edilməmişdir.Halbuki, bu onun deyil, həmin orqanın Dövlət Aktı tərtib olunarkən etdiyi texniki səhvdir. Sonda ərizəçi X4 və X5 adına verilmiş JN-426 saylı Dövlət Aktının onlara, yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçilərin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar RİHB-nin Nəsimi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 694 saylı arayışından görünür ki, JN-426 nömrəli Şəhadətnamə tərtib olunarkən texniki səhv nəticəsində üçüncü şəxs kimi Ərizəçi2 adı səhvən Sevinc, yeddinci şəxs kimi göstərilən Ərizəçi1 adı səhvən Sahilə kimi yazılmışdır. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-426 saylı kod 80800078 Dövlət Aktından görünür ki, Biləsuvar rayonu Nəsimi kənd sakini X11,X12, X6, X7, X8, X19, X9, X16, X13, X10 və X17 Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli 30 nömrəli qərarı ilə 8.25 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. Dövlət Aktında ərizəçilərin adı və soyadı X14 və X2 qeyd edilmişdir. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X18 daşınmaz əmlakın çıxarışında düzəliş edilməsi ilə əlaqədar müraciət etmiş, lakin ərizənin icrasından imtina edilmişdir. MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən Dövlət aktılərdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə işdə olan sənədlərə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Torpağa Mülkiyyət Hüququna dair JN-426 saylı (kod ********) Dövlət X1 qızına aid hissədə Ərizəçi2 və X9 aid hissədə Ərizəçi1 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-426 saylı (kod ********) Dövlət X1 qızına aid hissədə Ərizəçi2 və X9 aid hissədə Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-282/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-282/2023
06.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver