Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-285/2024 04.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, ərizəçinin nümayəndəsi vəkil X21 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Əkbərov X14 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, JN- 242A (kod ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair X2 hissəsində Ərizəçi kimi göstərilməklə həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi vəkil X27 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Biləsuvar rayon Aqarar İslahat Komissiyasının 30 iyun 2005- ci il tarixli 04 saylı qərarı ilə ərizəçiyə ailə üzvləri daxil olmaqla 0,12 hektar ölçüdə həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyətlərinə verilmişdir. Bu barədə onlara JN-242A (kod ********) saylı Torpaın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamədə əriçi Eltacın adı düzgün yazılmamışdır. Belə ki, aktda Ərizəçi Haziım oğlu X5 göstərilməklə yanlışlığa yol verilmişdir. Şəhadətnamədə yazılmış adla doğum haqqında şəhadətnamədə olan ad düz gəlmədiyindən həmin sənədlər əsasında hər hansı əqdin və digər hərəkətlərin edilməsinə maneçilik yaradır. Bu səbəbdən onların həmin əmlak üzərində olan xüsusi mülkiyyət hüquqları məhdudlaşdırılmışdır. Belə ki, həmin şəhadətnamədə adları qeyd olunan X22 xx.xx.1992-ci il tarixdə və X15 isə 10.03.223-cü il tarixdə vəfat etmişlər.Vəfat etmiş şəxslərin miras əmlaklarının qəbul edilməsindən ötəri hazırkı şəhadətnamə əsasında çıxarış alınmalı və notarial ofisinə təqdim edilməlidir. Şəhadətnamədə Eltacın adının Elton kimi yazılması bu sənədləşdirmənin aparılmasına imkan vermir. Şəhadətnamədə adın düzgün yazılması ilə bağlı cavabdehə müraciıət etmiş, müraciətinə xx.xx.2022-ci il tarixli , **********90 saylı məktubla cavab olaraq məhkəməyə müraciət etməsi bildirilmişdir.Sonda ərizəçinin nümayəndəsi JN-242A (kod ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair X2 hissəsində Ərizəçi kimi göstərilməklə həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçilərin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan XİV-JQ № 264322 saylı doğum haqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə doğulmuş, uşağın ata adı qrafasında X16, ana adı qrafasında X17 qeyd edilmişdir. İş materiallarında olan və Biləsuvar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 mart 2024-cü il tarixli № 05/Q-297/70 saylı arayışından görünür ki, X3 şöbəsinə müraciət etmiş, müraciətinə cavab olaraq akt qeydləri üzrə yoxlama aparılması və X6 Elton adlı övladının olması barədə məlumatın aşkar edilməməsi qeyd edilmişdir. İş materillarında olan Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-39-1/2 938/2024 saylı arayışından görünür ki, həqiqətən ərizəçinin ailəsində Elton adlı övladı yoxdur. İş materillarında olan Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-39-1/99 saylı arayışından görünür ki, X4 şəhəri M.Əsədov küçəsi ev 11-də yaşamaqla, X16, X23, Ərizəçi və X26 adlı ailə üzvləri vardır. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-242A KOD 80801004 saylı şəhadətnamənin surətindən görünür ki, Biləsuvar şəhər sakini X13, X8, X18, X19, X24 və X9 Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2005-ci il tarixli 04 saylı qərarı ilə 0.12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X17 daşınmaz əmlakın çıxarışında düzəliş edilməsi ilə əlaqədar müraciət etmiş, lakin ərizənin icrasından imtina edilmişdir. MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən Dövlət aktılərdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə işdə olan sənədlərə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, JN-242A KOD 80801004 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. JN-242A KOD 80801004 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-285/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-285/2024
04.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver