Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-288/2023 18.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Rüstəmova X11 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Ərizəçi adına verilmiş JN-0141 saylı Dövlət Aktının və JN-187A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 01 avqust 2000-ci il tarixli 08 nömrəli qərarına əsasən ailələrinin ümumi birgə mülkiyyətinə 7,40 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. Bu barədə onlara Torpağın Mülkiyyətə verilməsinə dair JN 0141 saylı kod 80800028 olan Dövlət Aktı verilmişdir. Bundan başqa, Biləsuvar rayon Aqrar İslahat komissiyasının 06 noyabr 1997-ci il tarixli qərarı ilə ona 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Buna dair ona JN-187A saylı torpağa mülkiyyət hüququna dair Şəhadətnamə də verilmişdir. Rəsmi soyadı və ata adı düzgün yazılsa da, rəsmi adı Günay olsa da, səhvən hər iki sənəddə Gülnaz kimi yazılmışdır. Hazırkı məsələ ilə bağlı DƏDRX Cəlilabad rayon 8 saylı ərazi idarəsinə müraciət etsə də, orada Dövlət aktına düzəliş edilməmişdir.Halbuki, bu onun deyil, həmin orqanın Dövlət Aktı tərtib olunarkən etdiyi texniki səhvdir. Sonda Ərizəçi adına verilmiş JN-0141 saylı Dövlət Aktının və JN-187A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar RİHB-nin Dəvrişli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 400 saylı arayışından görünür ki, JN-0141 nömrəli Şəhadətnamə tərtib olunarkən texniki səhv nəticəsində Ərizəçi adı səhvən X2 yazılmışdır. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-0141 saylı kod 80800028 Dövlət Aktından görünür ki, Biləsuvar rayonu Dəvrişli kənd sakini X3, X18, X4, X7, X5, X9, X6 və X10 Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 01 avqust 2000-ci il tarixli 08 nömrəli qərarı ilə 7,40 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. Dövlət Aktında ərizəçinin adı X2 qeyd edilmişdir. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi daşınmaz əmlakın çıxarışında düzəliş edilməsi ilə əlaqədar müraciət etmiş, lakin ərizənin icrasından imtina edilmişdir. MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən Dövlət aktılərdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə işdə olan sənədlərə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Torpağa Mülkiyyət Hüququna dair JN-0141 saylı (kod ********) Dövlət Aktı və JN- 187A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə X6 aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-0141 saylı (kod ********) Dövlət Aktı və JN- 187A saylı torpağın mülkiyyətə verilməsinə dair X1 aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-288/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-288/2023
18.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver