Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-35/2025 26.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X7 məhkəmə-iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayədarlıq orqanı cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyətsiz elan olunması barədə” ərizəsinə dair mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi: Ərizəçi övladı, 19 iyul 2006-cı ildə Biləsuvar rayonu, Ağayri kəndində anadan olmuş X2 fəaliyyət qabiliyyətsiz elan olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin ərizədə qeyd edilən halları: Ərizəçi Paşayeva X5 rayonu Nərimankənd kəndində yaşayır. X4 onun doğma qızıdır. 19 iyul 2006-cı ildə doğulmuşdur. Qızı doğulduğu vaxtdan “ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələbli ciddi davranış pozuntusu......” xəstəliyindən əziyyət çəkir. Əmək qabiliyyətsiz olmaqla orqanizmin funksiyaları 100 faiz pozulmaqla müddətsiz əmək qabiliyyətsiz olmaqla 1-ci dərəcəli əlildir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən ərizəçi, ərizədə göstərilən xüsusatlar üzrə izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə maraqlı şəxsin nümayəndəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Biləsuvar rayon Nərimankənd kənd icra nümayəndliyi tərəfindən verilmiş 01 may 2006-cı il tarixli AZ-İ seriyalı 227714 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi ilə X8 01 may 2006-cı il tarixdə nikaha daxil olmuşdur. Bu barədə nikah haqqında akt qeydləri kitabında 01 may 2006-cı il tarixdə 12 nömrə ilə qeyd edilmişdir. AZ-İ seriyalı 814639 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 19 iyul 2006-cı il tarixdə Biləsuvar rayonu Ağayri kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 aprel 2023-cü il tarixli, Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışdan görünür ki, X1 spastik forma. Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələbli ciddi davranış pozuntusu. İQ 20 %, Ağırlaşma G82.4 Spastik tetraplegiya, Spastik kvadroplegyik diaqnozu təsbit olunmuşdur. Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 iyul 2024-cü il tarixli, 5-39-13/2-471/2024 nömrəli arayışından görünür ki, Paşayeva X5 rayonu, Nərimankənd kəndində yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 29 noyabr 2024-cü il tarixli, 3461 saylı rəyindən görünür ki, X3 “uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli gerliklə” müəyyən edilir. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ərizəçini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi ilə X8 01 may 2006-cı il tarixində nikaha daxil olmuş və 19 iyul 2006-cı il tarixdə X4 adlı övladları doğulmuşdur. X4 “ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələbli ciddi davranış pozuntusu......” xəstəliyindən əziyyət çəkir. Əmək qabiliyyətsiz olmaqla orqanizmi funksiyaları 100 faiz pozulmaqla müddətsiz əmək qabiliyyətsiz olmaqla 1-ci dərəcəli əlildir. Belə ki, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, X4 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Qeyd edilən hal Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 29 noyabr 2024-cü il tarixli, 3461 saylı rəyi ilə və işdə olan digər sənədlərlə öz təsdiqini tapır. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 19 iyul 2006-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, X2 üzərində qəyyum təyin edilməsi Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyaya həvalə edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ilə bağlı tələb olmadığından məhkəmə hesab edir ki, həmin məbləğ ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 19 iyul 2006-cı ildə Biləsuvar rayonu, Ağayri kəndində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X2 üzərində qəyyum təyin edilməsi Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyaya həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-35/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-35/2025
26.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver