Məhkəmə qərarları › İş №2(022)-351/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-351/2024

16.02.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-351/2024 16.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı mediasıya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə xx.xx.2024-ci ildə Mediasiya prosesində bağlanmış MŞL/MTO14/2024-00063 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2009-cı il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 85 manat, iki uşağa görə cəmi 170 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərmişdir ki, o, Maraqlı şəxs ilə rəsmi nikaha girməklə ailə qurmuşdur. Lakin nikahları sonradan pozulmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2009-cı ildə X2 və xx.xx.2013-cü ildə X3 adlı uşaları olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Yaşar uşağa baxmadığından və uşağın xərclərini qarşılmadığından nikahın pozulması və alimentin ödənilməsi ilə bağlı Biləsuvar rayon məhkəməsinə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-24/2019 saylı 04 aprel 2019-cu il tarixli qətnaməsi ilə hər bir uşağa görə 80 manat alimentin qarşı tərəfdən alınıb ona verilməsi ilə bağlı qətnamə qəbul edilmişdir. Lakin həmin məbləğ uşaqları saxlamağa yetmədiyindən yenidən alimentin artırılması ilə bağlı mediasiyaya müraciət etmişdir. Yaşar ilə xx.xx.2024-cü ildə mediasiya prosesində MŞL/MTO14/2024-00063 saylı barışıq sazişi imzalamışlar. Cavabdeh işləmklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşmışlar ki, Maraqlı şəxs bir nəfər uşağın saxlanılması üçün hər ay hər bir uşağa görə 85 manat alimenti ona ödəyəçəkdir. Lakin Yaşar barışıq sazişini imzaladıqda sonra 170 manat alimenti ona ödəməmişdir.Odur ki, Maraqlı şəxs ilə xx.xx.2024-cü ildə mediasiya prosesində MŞL/MTO14/2024-00063 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs bir nəfər xx.xx.2009-cı il təvəllüdlü X2 və xx.xx.2013-cü ildə X3 adlı uşaqların saxlanılması üçün hər ay hər bir uşağa görə 85 manat, iki uşağa görə cəmi 170 manat alimentin Maraqlı şəxs alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə ərizəçini dinləyərək, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. İş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Abbasov X1 şəhəri H.Aslanov küçəsi ev 105-də qeydiyyatdadır. İş materiallarında olan AZ-İİİ № 089493 saylı doğum haqqında arayışdan görünür ki, X3 xx.xx.2013-cü il tarixdə doğulmuşdur,uşağın ata adı qrafasında Maraqlı şəxs, ana adı qrafasında Ərizəçi qeyd olunmuşdur. İş materiallarında olan AZ-İİ № 243679 saylı doğum haqqında arayışdan görünür ki, X2 xx.xx.2009-cu il tarixdə doğulmuşdur, uşağın ata adı qrafasında Maraqlı şəxs, ana adı qrafasında Ərizəçi qeyd olunmuşdur. Habelə, işdə olan xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki: 1.İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra, Biləsuvar rayon məhkəəmsinir xx.xx.2019-cu il tarixli, 2(022)-24/2019 saylı qətnaməsi üzrə təyin edilmiş hər bir uşağa görə 80 manat, ik uşağa görə cəmi 160 manat alimentin miqdarını təkrar müəyyən edir, xx.xx.2009-ci il təvəllüdlü X2 və xx.xx.2013-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlaması üçün hər ay hər bir uşağa görə 85 manat iki uşağa görə cəmi 170 manat alimenti ikinci tərəf Ərizəçi ödəməsinə öhdəlik götürür.

2. Alimentin hesablanması 2024-cü ilin fevral ayının 01-dən başlamaqla, hər ayın 01də gün ərzində nağd qavdada, köçürmə yolu ilə, poct və ya bank vasitəsi ilə ödəyəcəkdir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin № 2(022)-24/2019 saylı 04 aprel 2019-cu il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs və Ərizəçi arasında 19 fevral 2009-cu il tarixdə Biləsuvar rayon Qeydiyyat şöbəsində 63 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. MPM-in 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. MPM-in 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən qanunla müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Mediasiya prosesi nəticəsində aşağdakı şərtlərlə bağlanılmış MŞL/MT014/2024- 00063 saylı Barışıq sazişi təsdiq edilməlidir: 1.İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra, Biləsuvar rayon məhkəəmsinir xx.xx.2019-cu il tarixli, 2(022)-24/2019 saylı qətnaməsi üzrə təyin edilmiş hər bir uşağa görə 80 manat, ik uşağa görə cəmi 160 manat alimentin miqdarını təkrar müəyyən edir, xx.xx.2009-ci il təvəllüdlü X2 və xx.xx.2013-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlaması üçün hər ay hər bir uşağa görə 85 manat iki uşağa görə cəmi 170 manat alimenti ikinci tərəf Ərizəçi ödəməsinə öhdəlik götürür.

2. Alimentin hesablanması 2024-cü ilin fevral ayının 01-dən başlamaqla, hər ayın 01də gün ərzində nağd qavdada, köçürmə yolu ilə, poct və ya bank vasitəsi ilə ödəyəcəkdir. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə şərh olunanlara əsasən və MPM-in 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Mediasiya prosesi nəticəsində aşağdakı şərtlərlə bağlanılmış MŞL/MT014/2024-00063 saylı Barışıq sazişi təsdiq edilsin: 1.İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra, Biləsuvar rayon məhkəəmsinir xx.xx.2019-cu il tarixli, 2(022)-24/2019 saylı qətnaməsi üzrə təyin edilmiş hər bir uşağa görə 80 manat, ik uşağa görə cəmi 160 manat alimentin miqdarını təkrar müəyyən edir, xx.xx.2009-ci il təvəllüdlü X2 və xx.xx.2013-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlaması üçün hər ay hər bir uşağa görə 85 manat iki uşağa görə cəmi 170 manat alimenti ikinci tərəf Ərizəçi ödəməsinə öhdəlik götürür.

2. Alimentin hesablanması 2024-cü ilin fevral ayının 01-dən başlamaqla, hər ayın 01də gün ərzində nağd qavdada, köçürmə yolu ilə, poct və ya bank vasitəsi ilə ödəyəcəkdir. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar