Məhkəmə qərarları › İş №2(022)-363/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-363/2024

25.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-363/2024 25.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi vəkil Nümayəndə, Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə Şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə (Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyası) dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, oğlu X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinın nümayəndəsi vəkil X7 məhkəmə iclasında bildirmişdir ki, ərizəçi Biləsuvar rayonunun Aranlı kəndində yaşayır. X9 ərizəçinin doğma oğludur. O, 10 mart 2005-ci ildə doğulmuşdur. Oğlu doğulduğu vaxtda "Susit paraplegiya, Tetrapalagiya, Ətrafların İflici, Serebral iflic" xəstəliyindən əziyyət çəkir. Əmək qabiliyyətsiz olmaqla, Orqanizmin funksiyaları 100 faiz pozulmaqla müddətsiz, əmək qabiliyyətsiz olmaqla 1-ci dərəcəli əlildir. Hesab edir ki, onun üzərində qəyyum təyin edilməlidir. Lakin məhkəmənin bu barədə qərarının olmaması onu çətin bir vəziyyətə salmışdır. Sonda Ərizəçi nümayəndəsi vəkil Nümayəndə X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsi X2 məhkəmə iclasında Ərizəçinın ərizəsinin təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinə məlumatından görünür ki, X9 "Susit paraplegiya, Tetrapalagiya, Ətrafların İflici, Serebral iflic" xəstəliyindən əziyyət çəkir. Əmək qabiliyyətsiz olmaqla, Orqanizmin funksiyaları 100 faiz pozulmaqla müddətsiz, əmək qabiliyyətsiz olmaqla 1-ci dərəcəli əlil hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 xx.xx.2024cü il tarixli 1361 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, X6 DƏRİN ƏQLİ GERİLİK UŞAQ SEREBRAL İFLİCİ NƏTİCƏSİNDƏ (F73) aşkar olunur. Bunu anamnestik məlumatlar –erkən yaşlarından nevroloji əlamətlərin qeyd olunması, psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, X10 İran İslam Respublikasında nevroloji klinikalarında müalicədə olması, İ dərəcəli əlilliyin təyin edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər-bələdliyinin pozulması, sualları başa düşməməsi, davranışının şəraitə qeyri-adekvatlığı, maraq dairəsinin məhdudluğu, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlirəm ki, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. X9 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X6 DƏRİN ƏQLİ GERİLİK UŞAQ SEREBRAL İFLİCİ NƏTİCƏSİNDƏ (F73) xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, 10 mart 2005-ci ildə Biləsuvar rayonunda anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizəçinın ərizəsi təmin edilsin. 10 mart 2005-ci ildə Biləsuvar rayonunda anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Hazırkı qətnamə X9 üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar