Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-367/2024 07.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Biləsuvar rayon Dövlət Arxivinin verdiyi 08.02.24-cü il tarixli 3-48-10RA/2-31- 2024 saylı arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, uzun illər əmək fəaliyyəti ilə məşğul olmuş, əmək fəaliyyəti 1975-2001-ci il dövrlərində fasiləsiz olmuşdur. Belə ki, o, Biləsuvar rayonunun Bəydili kəndində "Lenin" kolxozda və həmin kolxozun ləğvindən sonra Bəydili Aqroservis və İslahat Komissiyasında işləmişdir. Cari ildə pensiyaya çıxmaq üçün müvafiq sənədləri toplamağa başlamışdır. Əmək stajını təsdiq edəcək əmək kitabçası olmadığı üçün Biləsuvar rayon Dövlət Arxivinə müraciət etmişdir. Arxivdən onun işləməyini təsdiq edən arxiv sənədləri tapılmış və ona müvafiq arxiv arayışları verilmişdir. Biləsuvar rayon Dövlət Arxivinin verdiyi 08.02.24-cü il tarixli 3- 48-10RA/2-31-2024 saylı arxiv arayışlarından görünür ki, onun 1975-2001-ci il dövrlərində fasiləsiz iş stajı olmuşdur. Belə ki, o, Biləsuvar rayonunun Bəydili kəndində "Lenin" kolxozunda və həmin kolxozun ləğvindən sonra Bəydili Aqroservis və İslahat Komissiyasında işləmişdir. Lakin onun 26 il fasiləsiz iş stajının olmasına baxmayaraq, DSMF tərəfindən cəmi 18 il 6 ay staj hesablanmışdır. 1975-1976-cı illərdə sənədlərdə adının Abasova Validə kimi qeyd edilməsi səbəbindən həmin müddətlər sığorta stajına daxil edilməmiş və nəticədə ona əmək pensiyası deyil, sosial müavinət təyin edilmişdir.O, fakt təsdiqi ilə bağlı Biləsuvar Rayon Məhkəməsinə müraciət etmiş və Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-132/2023 saylı qətnaməsi ilə onun 1975-1976-cı illərdə Biləsuvar rayonu "Lenin" adına kolxozda işləməsi faktı müəyyən edilmişdir. Həmin qərardan narazı qalan DSMF qətnamədən apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-985/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Biləsuvar Rayon Məhkəməsinin məlum qətnaməsi ləğv edilmişdir. Tərəfindən verilmiş kassasiya şikayəti AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-1085/2023 saylı qərarı ilə təmin edilməmişdir.Həmin Qərarın 27-ci bəndində əgöstərilmişdir ki, "ərizəçi 1975-1976-cı illərdə Biləsuvar rayonu "Lenin" adına kolxozda işləməsi faktını təsdiq edən arayışını təqdim etmişdir. Sadəcə olaraq həmin arxiv arayışında ad və soyadda uyğunsuzluq olması müəyyən edilmişdir ki, bu da ərizəçinin işləməsi faktının müəyyən edilməsi ilə deyil, həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi ilə aradan qaldırıla bilər. Məhkəmə iclasında Ərizəçi ərizəsinə dəqiqləşmə ərizəsi verərək, "Biləsuvar rayon Dövlət Arxivinin verdiyi 08.02.24-cü il tarixli 3-48-10RA/2-31-2024 saylı Arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Maraqlı şəxs2 iddia tələbini qəbul etməyərək göstərdi ki, 2(022)-367/2024 nömrəli iş üzrə ərizə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır.Yəni müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır.Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. İş materiallarından aydın olur ki, Ərizəçi tərəfindən tələbin əsaslı olmasını təsdiq edən tutarlı və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Ərizəçi ərizəsində göstərilən tələb qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olmadığından təmin olunmamalıdır.Odur ki, ərizənin rədd olunmasını xahiş etdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Biləsuvar rayon Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli № 5- 39-2/2-98 saylı arayışından görünür ki, Ərizəçi Biləsuvar rayonu, Bəydili kəndi, M.Adışov küçəsi ev 34-də yaşayır . İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının məktubundan görünür ki, Ərizəçi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Biləsuvar rayonu Bəydili kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olmaqla hal-hazırda da həmin ünvanda yaşayır. İş materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayon Dövlət Arxivi idarəsinin xx.xx.2022-ci il tarixli № 91 saylı Arxiv arayışından görünür ki, Ərizəçi (Abbasova soyadı ilə) 1975-2001-ci illərdə (Lenin) Bəydili kolxozunda, Bəydili Aqro serviz və islahat komissiyasında katib vəzifəsində işləmişdir. İş materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayon Dövlət Arxivi idarəsinin 08.02.24-cü il tarixli 3-48-10RA/2-31-2024 saylı Arxiv arayışından görünür ki, X5 adı ilə 1975-1976-cı illərdə Lenin adına kolxozda, X10 adı ilə Lenin adına kolxozda 1977-1991-ci illərdə, Bəydili adına kolxozda 1991-1996-cı illərdə və 1997-2001-ci illərdə Bəydili Aqroserviz və islahat komissiyasında katib vəzifəsində işləmişdir. İş materiallarında olan İİİ-JQ № 298257 saylı X4 Şəhadətnamənin surətindən görünür ki, X3 ilə X10 01 avqust 1983-cü il tarixdə 95 nömrə ilə Puşkin rayon VVAQ şöbəsində nikahlarını qeyd etdirmişlər.Nikah bağlandıqdan sonra X9 soyadını qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə həmkəndlidir. Belə ki, o, ərizəçi ilə bir yerdə işləmişdir. Şöləni hamı el arasında Validə kimi tanıyır və Validə kimi çağırırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, ərizəçi ilə həmkəndli olmaqla, qonşuluqda yaşayır. Ərizəçini uzun illərdi ki, tanıyır. Belə ki, 1975-ci illərdə “Lenin” adına kolxozda işləmişdir. Şöləni el arasında hamı Validə kimi tanımış və el arasında Şölə Validə kimi çağırılırdı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun MPM-nın 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəzsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə təfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üs-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin müəyyən edilmiş hallarından görünür ki, 08.02.24-cü il tarixli 3-48-10RA/2-31- 2024 saylı Arxiv arayışına əsasən Ərizəçi «X5» adı ilə 1975-1976-cı illərdə Lenin adına kolxozda, X10 adı ilə Lenin adına kolxozda 1977-1991-ci illərdə, Bəydili adına kolxozda 1991-1996-cı illərdə və 1997-2001-ci illərdə Bəydili Aqroserviz və islahat komissiyasında katib vəzifəsində işləmişdir. Ərizəçinin «Validə» adı və «Abbasova» soyadı ilə yuxarıda qeyd olunan təşkilatlarda işləməsi Arxiv sənədləri ilə təsdiq edilməklə yanaşı, şahid ifadələri onun el arasında «Validə» kimi tanınması, habelə onun nikahda daxil olduqdan sonra «Ağamalıyeva» soyadını qəbul etməsi iş materiallarına əlavə edilmiş İİİ-JQ № 298257 saylı X4 Şəhadətnamə ilə də öz təsdiqini tapmışdır. Məhkəmə işdə olan sənədlərə və şahid ifadələrinə istinadən işin müəyyən edilmiş faktiki hallarına əsasən belə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 1975-2001-ci il tarixlərdə Biləsuvar rayonunun Bəydili kəndində "Lenin" kolxozunda və həmin kolxozun ləğvindən sonra Bəydili Aqroservis və islahat komissiyasında işləməsi ilə bağlı adına tərtib olunmuş Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayon Dövlət Arxivi idarəsinin 08.02.24-cü il tarixli 3-48-10RA/2-31-2024 saylı Arxiv arayışının Ərizəçi məxsus olma faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi 1975-2001-ci il tarixlərdə Biləsuvar rayonunun Bəydili kəndində "Lenin" kolxozunda və həmin kolxozun ləğvindən sonra Bəydili Aqroservis və islahat komissiyasında işləməsi ilə bağlı adına tərtib olunmuş Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayon Dövlət Arxivi idarəsinin 08.02.24-cü il tarixli 3-48-10RA/2-31-2024 saylı Arxiv arayışının Ərizəçi məxsus olma faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X13
Məhkəmə qərarları › İş №2(022)-367/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-367/2024
07.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver