Məhkəmə qərarları › İş №2(022)-390/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-390/2023

18.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-390/2023 18.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mitzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və evdən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, JN-932A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən mülkiyyətində olan torpaq sahəsindən və oradakı evindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci ol tarixli 06 saylı Qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə 0,08 ha torpaq sahəsi verilmişdir.Buna dair onlara JN-932A saylı Torpağa mülkiyyət hüququna dair Şəhadətnamə də verilmişdir.Həmin torpaq sahəsində o, bir mərtəbəli, iki otaqlı yaşayış evi tikmişdir.Cavabdeh onun keçmiş kürəkəni olmuşdur. Son illər cavabdehə həmin həyət və evdə yaşamağa razılıq vermişdir.Hazırda həmin evdən və həyətdən çıxmasını tələb etsə də, bundan imtina etmişdir. Odur ki, JN-932A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən mülkiyyətində olan torpaq sahəsindən və oradakı evindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq xəstə olduğundan məhkəməyə gələ bilməyəcəyini və onun iştirakı olmadan işə baxılmasını, həmçinin mövcud torpaq sahəsinin və evin onun mülkiyyətində olmasını, evi özü tikməsini, cavabdehə müvəqqəti yaşamaq üçün verməsini və cavanbdehin həmin həyətdən və evdən çıxmasını bildirməklə, Cavabdeh olunun onun mülkiyyətində olan torpaq sahəsindən və evdən çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul etmədiyini və iddianın rədd olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iddiaçının qızı Şəhla ilə 2005-ci il tarixdə ailə həyatı qurmuşdur. Əhlimanının razılığı ilə qardaşına məxsus torpaq sahəsini ona verərək Əhlimanın mülkiyyətində olan 0,08 ha torpaq sahəsində yaşayış evi tikərək orada yaşamağa başlamışdır. 2023-cü ildə Əhlimanın qızı ilə boşandıqdan sonra iddiaçı onun evdən çıxarılmasını tələb edir. Lakin, boşandıqdan sonra da o, həmin evdə yaşayır. Belə ki, həmin evi özü tikmişdir.Odur ki, iddia əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-932A saylı kod 80807018 olan Şəhadətnamənin surətindən görünür ki, Biləsuvar rayonu Xırmandalı kənd sakini İddiaçı və onun X1, X4, X3, X6 və X2 ibarət ailə üzvlərinə Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli 06 saylı qərarı ilə 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» BMT-nin Ümumi Bəyannaməsinin 18-ci maddəsinə əsasən hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “X8rşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 nömrəli Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən tövsifdən asılı deyildir. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da mülkiyyət hüquqları sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahibi olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyənyanı sahələrin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlarının onların mülkiyyətinə verilməsi haqqında» Əsasnaməyə uyğun olaraq vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqları əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-932A saylı kod 80807018 olan Şəhadətnamədən görünür ki, Biləsuvar rayonu Xırmandalı kənd sakini İddiaçı və onun X1, X4, X3, X6 və X2 ibarət ailə üzvlərinə Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli 06 saylı qərarı ilə 0.08 ha həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh iddia tələbinə etirazını İddiaçı razılığı ilə qardaşına məxsus torpaq sahəsini ona verərək Əhlimanın mülkiyyətində olan 0,08 ha torpaq sahəsində yaşayış evi tikərək orada yaşaması ilə əsaslandırmışdır. Məhəkəmə iş materiallarını araşıdıraraq və işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə hesab edir ki, iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun olması və onun mülkiyyətindən dinc istifadə hüququnun müdafiəsi nəzərə alınmaqla iddiaçının yaşayış evindən və torpaq sahəsindən çıxarılması tələbinin əsaslı olduğunu göstərir. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2003-cü il tarixli 2 nömrəli qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur». MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh JN-932A saylı kod 80807018 olan Şəhadətnaməyə əsasən iddaçı İddiaçı mülkiyyətinə verilmiş Biləsuvar rayonu Xırmandalı kəndində olan 0.08 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsindəki yaşayış evindən çıxarılmalıdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə cavabdehdən məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğdə pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh JN-932A saylı kod 80807018 olan Şəhadətnaməyə əsasən iddaçı İddiaçı mülkiyyətinə verilmiş Biləsuvar rayonu Xırmandalı kəndində olan 0.08 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində olan yaşayış evindən çıxarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar