Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-434/2024 21.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Səfərov X9 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən 2 (iki) otaqlı, 1 (bir) mərtəbəli yaşayış evinə dair verilmiş 14 sentyabr 2004-cü il tarixi, 667 a nömrəli Qeydiyyat vəsiqəsi və müvafiq Texniki Pasportun, eləcə də həmin idarə tərəfindən ünvan 2 ünvanında yerləşən 3 (üç) otaqlı yaşayış evinə dair verilmiş 14 sentyabr 2004-cü il tarixli, 668 a nömrəli Qeydiyyat vəsiqəsi və müvafiq Texniki Pasportun Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi özünə məxsus iki evi vardır. Həmin evlərdən ünvan 3 ünvanında bir mərtəbəli, 2 (iki) otaqdan ibarət yaşayış evini 14 sentyabr 2004-cü ildə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində № 667 a Qeydiyyat vəsiqəsi və ona məxsus Texniki Pasporta əsasən öz adma sənədləşdirmiş, digəri ünvan 4 ünvanında yerləşən 3 (üç) otaqdan ibarət yaşayış evini 14 sentyabr 2004-cü ildə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində № 668 a Qeydiyyat vəsiqəsinə və ona məxsus Texniki Pasporta əsasən öz adına sənədləşdirmişdir. Beləliklə, hər iki evi sənədləşdirdikdən sonra adı çəkilən sənədlərlə bağlı yenidən Çıxarış almaq üçün müraciət etmiş və araşdırma zamanı müəyyən olunmuşdur ki, şəxsiyyət vəsiqəsində adı Elnur olduğu halda Qeydiyyat vəsiqəsində və ona məxsus olan Texniki Pasportda texniki səhv olaraq adı Ərizəçi deyil, X6 qeyd edilmişdir. O, Qeydiyyat vəsiqəsində və ona məxsus olan Texniki Pasportda adında səhvə yol verildiyindən Qeydiyyat vəsiqəsində və ona məxsus olan Texniki Pasportda düzəliş edilməsi barədə ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etsə də, 8 saylı Cəlilabad Ərazi İdarəsi ərizənin təmin edilməsini məqsədəuyğun hesab etməmişdir.Hazırda o, həmin sənədlərdə düzəliş edilərək adına müvafiq çıxanş almaq istəyir, lakin Qeydiyyat vəsiqəsində və ona məxsus olan Texniki Pasportda adında olan səhv buna imkan vermir. Ərizəçi nümyəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, işə ərizəçinin iştirakı olmadan baxılmasını və ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi daşınmaz əmlakın çıxarışında düzəliş edilməsi ilə əlaqədar müraciət etmiş, lakin ərizənin icrasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 667a saylı Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Biləsuvar rayonu Xırmandalı kəndi Sahil küçəsində 4 saylı, bir mərtəbəli, iki otaqdan ibarət yaşayış evi xx.xx.2004-cü il tarixdə X8 adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 668a saylı Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Biləsuvar şəhəri K.Əbilhəsənov küçəsi ev 9/2 ünvanında 2-ci mərtəbədə 3 otaqdan ibarət yaşayış evi X8 adına qeydə alınmışdır. İş materiallarında olan fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin Texniki Pasportundan görünür ki, Biləsuvar şəhəri K.Əbilhəsənov küçəsi 2 mərtəbəli ev 9/2 mənzilin sahibi X14 qeyd edilmişdir. İş materiallarında olan fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin Texniki Pasportundan görünür ki, Biləsuvar rayonu Xırmandalı kəndi Sahil küçəsi 4 ev sahibi kimi X8 adına qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən Dövlət aktılərdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il Qərarında göstərilmişdir ki, « Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. İş materiallarına əlavə edilmiş 14 sentyabr 2004-cü il tarixli müqavilədən görünür ki, ünvan 5 ünvanında yaşayan X3 rayonu Xırmandalı kəndi Sahil 4-də yerləşən bir mərtəbəli, iki otaqlı yaşayış evini Ərizəçi bağışlamışdır. İş materiallarına əlavə edilmiş 14 sentyabr 2004-cü il tarixli müqavilədən görünür ki, ünvan 5 ünvanında yaşayan X3 şəhəri K.Əbilhəsənov küçəsi ev 9/2-də yerləşən 3 otaqdan ibarət mənzili Ərizəçi bağışlamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, X7 hər iki mənzilini- ünvan 6şən bir mərtəbəli, iki otaqlı yaşayış evini və ünvan 7rləşən 3 otaqdan ibarət mənzilini Ərizəçi 14 sentyabr 2004-cü il tarixdə X12 ilə notariat qaydada bağışlama müqaviləsi bağlamaqla əldə etmişdir. İş materiallarına əlavə edilmiş notariat qaydada bağlanmış bağışlama müqavilələrindən görünür ki, həmin mənzillərin bağışlama müqaviləsinə əsasən Ərizəçi tərəfindən əldə edilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 667a saylı və 668a saylı Qeydiyyat X1 qeyd edilmişdir. Beləliklə, məhkəmə işdə olan sənədlərə Azərbaycan Respublikası MPM-nın 307-308-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət belə hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən 2 (iki) otaqlı, 1 (bir) mərtəbəli yaşayış evinə dair verilmiş 14 sentyabr 2004-cü il tarixi, 667 a nömrəli Qeydiyyat vəsiqəsi və həmin Qeydiyyat vəsiqəsinə əsasən verilmiş Texniki Pasportun, eləcə də həmin idarə tərəfindən ünvan 2 ünvanında yerləşən 3 (üç) otaqlı yaşayış evinə dair verilmiş 14 sentyabr 2004-cü il tarixli, 668 a nömrəli Qeydiyyat vəsiqəsi və həmin Qeydiyyat vəsiqəsinə əsasən verilmiş Texniki X2 aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən 2 (iki) otaqlı, 1 (bir) mərtəbəli yaşayış evinə dair verilmiş 14 sentyabr 2004-cü il tarixi, 667 a nömrəli Qeydiyyat vəsiqəsi və həmin Qeydiyyat vəsiqəsinə əsasən verilmiş Texniki Pasportun, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ünvan 2 ünvanında yerləşən 3 (üç) otaqlı yaşayış evinə dair verilmiş 14 sentyabr 2004-cü il tarixli, 668 a nömrəli Qeydiyyat vəsiqəsi və həmin Qeydiyyat vəsiqəsinə əsasən verilmiş Texniki X2 aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-434/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-434/2024
21.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver