Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-436/2025 16.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X1 məhkəmə-iclas katibliyi ilə, Ərizəçi (maraqlı şəxs Biləsuvar Rayon Qeydiyyat İdarəsinə cəlb edilməklə) “faktın müəyyən edilməsi tələbi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Biləsuvar Rayon Qeydiyyat İdarəsinə cəlb edilməklə) “faktın müəyyən edilməsi tələbi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi 10 mart 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək sübutedici dəlillərin toplanması üçün mülki işin baxılmamış saxlanılmasını, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Ərizəçi ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2011-ci il tarixli Qərarının: 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ərizəni və mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, Ərizəçi 10 mart 2025-ci tarixli ərizəsi təmin edilməli, Ərizəçi (maraqlı şəxs Biləsuvar Rayon Qeydiyyat İdarəsinə cəlb edilməklə) “faktın müəyyən edilməsi tələbi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizə təmin edilsin. Ərizəçi (maraqlı şəxs Biləsuvar Rayon Qeydiyyat İdarəsinə cəlb edilməklə) “faktın müəyyən edilməsi tələbi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-436/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-436/2025
16.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver