Məhkəmə qərarları › İş №2(022)-454/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-454/2025

03.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-454/2025 03.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X14, Cavabdeh3 və Cavabdeh1 və üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Cavabdeh4, Maraqlı şəxs3 və Cavabdeh5 qarşı xx.xx.2024-cü il tarixli reyestrdə 2V-629 nömrəli və xx.xx.2024-cü il tarixli reyestrdə 2V-631 nömrəli Qanun üzrə X17 Şəhadətnamələrin etibarsız hesab edilməsi tələbi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər X14, Cavabdeh3 və Cavabdeh1 və üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Cavabdeh4, Maraqlı şəxs3 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləsuvar rayon Notariat Ofisinin xüsusi notariusu kimi tərəfindən X14, Cavabdeh3 və Cavabdeh1 verilmiş xx.xx.2024-cü il tarixli reyestrdə 2V- 629 nömrəli və xx.xx.2024-cü il tarixli reyestrdə 2V-631 nömrəli Qanun üzrə X17 Şəhadətnamələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X4 vərəsələrinin dairəsi Biləsuvar rayon İcra hakimiyyəti Başçısının Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayış əsasında müəyyən edilmişdir.Həmin arayışdan görünür ki, vərəsələrdən X15, X18 və X11 vəfat etmişlər. X13 miras əmlakı üzrə vərəsə kimi həmin şəxslərin sağ qalmış övladları tanınmalıdır. Cavabdehlərin nümayəndəsi X1 rayon Qotariat Ofisininə müraciət edərək xx.xx.2018-ci il tarixdə vəfat etmiş X4 oğlu xx.xx.2017-ci il tarixdə vəfat etmiş X7 əvəzində X4 vərəsəsi kimi X7 övladları Cavabdeh3 və Cavabdeh1 Hamail Cavadovadan qalmış miras əmlaklar üzrə vərəsə kimi qəbul edilərək həmin mirasdan düşən paya dair Qanun üzrə X17 Şəhadətnamə verilməsini xahiş etmişdir. Bu müraciətdən sonra tərəfindən təqdim edilmiş vərəsələrin dairəsi haqqında arayışda adları qeyd oluna vərəsələrə xx.xx.2018-ci il tarixdə vəfat etmiş X3 qalmış miras əmlakın qəbul edilməsi və ya ondan imtina edilməsi ilə bağlı notariat ofisinə ərizə ilə müraciət edərək münasibət bildirməklərini xahiş etmişdir.Lakin həmin şəxslərdən heç bir münasibət olmamışdır. Belə olan haida vərəsəliyin açılması haqda müraciət etmiş X4 vəfat etmiş vərəsəsi X7 övladları Cavabdeh3 və Cavabdeh1 oğiuna xx.xx.2018-ci il tarixdə vəfat etmiş X4 ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 254,6 kv/m olan fərdi yaşayış evindən və torpaq sahəsindən miras əmlakından onlara düşən 1/112 hissədə payları müəyyən edərək və həmin payı almaqları haqda xx.xx.2024-cü il tarixli reyestrdə 2V-631 nömrəli Qanun üzrə X17 Şəhadətnamə tərəfindən verilmişdir. Digər vərəsələrin payları açıq saxlanılmışdır.X1 rayon notariat ofisinə müraciət edərək xx.xx.2017-ci il tarixdə vəfat etmiş əri X7 övladları Cavabdeh3 və Cavabdeh1 ataları xx.xx.2017-ci il tarixdə vəfat etmiş əri X6 qalmış miras əmlkalar üzrə vərəsə kimi qəbul edilərək həmin mirasdan düşən paya dair Qanun üzrə X17 Şəhadətnamə verilməsini xahiş etmişdir. xx.xx.2017-ci il tarixdə vəfat etmiş X7 vərəsələrinin dairəsi Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər İnzibati ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 5-39-1/2- 2923/2024 saylı arayış əsasında müəyyən edilmişdir.Tərəfindən xx.xx.2017-ci il tarixdə vəfat etmiş X7 vərəsələri X8, Cavabdeh3, Cavabdeh1 xx.xx.2017-ci il tarixdə vəfat etmiş X12 verilmiş **********12-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli ümumi sahəsi 0,13 ha olan torpaq sahəsinin ona düşən hissəsindən miras əmlakı olaraq 1/168 hissədə pay almaqları barədə xx.xx.2024- cü il tarixli reyestrdə 2V-629 nömrəli Qanun üzrə X17 Şəhadətnamə vermişdir.Lakin sonradan digər vərəsə müraciət edərək miras əmlakını qəbul etmək istədiyini bildirməklə xx.xx.2018-ci il tarixdə vəfat etmiş X9 tərəfində sağlığında tərtib edilmiş imzalanmış və notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə təqdim etmişdir.Qeyd olunduğu kimi vəfat etmiş miras qoyan şəxs vəsiyyətnamə əsasında ona məxsus əmlakları bir nəfərə vəsiyyət etmişdir. Belə olan halda tərəfindən X14, Cavabdeh3 və Cavabdeh1 verilmiş xx.xx.2024-cü il tarixli reyestrdə 2V-631 nömrəli Qanun üzrə X17 Şəhadətnamə və xx.xx.2024-cü il tarixli reyestrdə 2V-629 nömrəli Qanun üzrə X17 Şəhadətnamə ləğv edilməli və vəfat etmiş şəxs tərəfindən qoyulmuş vəsiyyətnamə əsasında miras əmlakına dair Şəhadətnamə verilməlidir və digər vərəsələrin isə mirasadan məcburi payları müəyyən edilməklə, onlara da bu haqda şəhadətnamələr verilməlidir. Belə olan halda həmin şəhadətnamələr etibarsız hesab edilməlidir. Məhkəmə iddia ərizəsini tədqiq edərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. İddia ərizəsindən görünür ki, İddiaçı iddia tələbini mirasın qəbulu barədə müraciət etmiş vərəsələrə X17 şəhadətnamələrin verilməsindən sonra mövcud miras əmlaka vəsiyyətnamə əsasında vəsiyyət üzrə vərəsənin olmasının ona məlum olması, ona görə də qanun üzrə vərəsələrə verilmiş X17 şəhadətnamələrin etibarsız hesab edilməli olduğunu göstərmişdir. Göründüyü kimi Notariat Ofisinin xüsusi notariusu notariat əməliyyatının aparılmasının nəticəsi olaraq qəbul etdiyi aktı mübahisələndirmişdir. Bu isə həmin işə mülki mühakimə icraatı qaydasında baxılamsını istisna edir. Azərbaycan Respublikası MPM-nin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Qeyd olunanlara əsasən İddiaçı cavabdehlər X14, Cavabdeh3 Nazirn oğlu və Cavabdeh1 və üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Cavabdeh4, Maraqlı şəxs3 və Cavabdeh5 qarşı xx.xx.2024-cü il tarixli reyestrdə 2V-629 nömrəli və xx.xx.2024-cü il tarixli reyestrdə 2V-631 nömrəli Qanun üzrə X17 Şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı cavabdehlər X14, Cavabdeh3 Nazirn oğlu və Cavabdeh1 və üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Cavabdeh4, Maraqlı şəxs3 və Cavabdeh5 qarşı xx.xx.2024-cü il tarixli reyestrdə 2V-629 nömrəli və xx.xx.2024-cü il tarixli reyestrdə 2V-631 nömrəli Qanun üzrə X17 Şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X24

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar