Məhkəmə qərarları › İş №2(022)-458/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-458/2023

25.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-458/2023 25.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 36 saylı qərarına əsasən tərtib olunmuş JN-115 seriyalı, 80802018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə Həbiyeva (Hüseynova) Susana Əflətun qızına məxsus olması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Həbiyeva X5 rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 36 saylı qərarına əsasən tərtib olunmuş JN-115 seriyalı, 80802018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə Həbiyeva (Hüseynova) Susana Əflətun qızına məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, Biləsuvar rayon Aqrar islahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 36 saylı qərarına əsasən onun atası Maraqlı şəxs3 və ailə üzvlərinin mülkiyyətinə Biləsuvar rayonu Yuxarı Ağalı kəndi ərazisində 1,32 hektar ölçüdə pay torpaq sahəsi verilmişdir. X14 torpaq sahəsinin birgə mülkiyyətçisi qismində Maraqlı şəxs3 ilə yanaşı həmin şəxsin daha 2 ailə üzvünün, o cümlədən onun adı qeyd edilmişdir. Onun ailəsi həmin torpaq sahəsində kənd təsərrüfatı əkinləri ilə məşğuldur. Apardığı əkin işlərinə görə onlara subsidiya verilməsi nəzərdə tutulsa da, dövlət aktında onun adının düzgün qeyd edilməməsi səbəbindən onlara subsidiya verilməsindən imtina olunur. Buna görə o torpağa mülkiyyət hüququna dair JN- 115 seriyalı, 80802018 kodlu Dövlət Aktında yol verilmiş yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı ərazi idarəsinə müraciət etmişlər. Həmin inzibati orqan isə torpağa mülkiyyət hüququna dair sənəddə yol verilmiş yanlışlığı aradan qaldırmaqdan imtina edərək, bu barədə məhkəməyə müraciət etməsini ona tövsiyə etmişdir. Buna görə də o hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda, Ərizəçi xahişinin təmin olunmasını, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 36 saylı qərarına əsasən tərtib olunmuş JN-115 seriyalı, 80802018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə Həbiyeva (Hüseynova) Susana Əflətun qızına məxsus olması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxslər, Hüseynova (Fətəliyeva) Mətanət Aslan qızı, Maraqlı şəxs3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İşdə olan JN-115 seriyalı, 80802018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 36 saylı qərarına əsasən Maraqlı şəxs3 və onun ailə üzvlərinin, o cümlədən Həbiyeva (Hüseynova) Susana Əflətun qızının mülkiyyətinə Biləsuvar rayonu Yuxarı Ağalı kəndi ərazisində 1,32 hektar ölçüdə torpaq sahəsi verilmişdir. Mülki işdə olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 noyabr 2022-ci il tarixli aktından görünür ki, JN-115 seriyalı, 80802018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi adı səhvən X2 qeyd edilmişdir. İş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 aprel 2023-cü il tarixli arayışından görünür ki, Həbiyeva (Hüseynova) Susana Əflətun qızı 02 avqust 1996-ci il tarixdə Maraqlı şəxs3 və Hüseynova (Fətəliyeva) Mətanət Aslan qızının birgə nikahından anadan olmuşdur. Mülki işdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 24 dekabr 2014-cü il tarixdə X3 ilə rəsmi nikah bağladıqdan sonra Həbiyeva soyadını qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 aprel 2023-cü il tarixli, 5-39- 15/2-116-23 saylı arayışından görünür ki, Maraqlı şəxs3 və Hüseynova (Fətəliyeva) Mətanət Aslan qızının birgə nikahından 2 övladı, o cümlədən 02 avqust 1996-ci il tarixdə Həbiyeva (Hüseynova) Susana Əflətun qızı anadan olmuşdur. Həmin arayışla təsdiq olunur ki, Maraqlı şəxs3 və Hüseynova (Fətəliyeva) Mətanət Aslan qızının birgə nikahından Süsən adlı qızı yoxdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli, **********78 saylı arayışdan görünür ki, JN-115 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 36 saylı qərarına əsasən Biləsuvar rayonu Yuxarı Ağalı kəndi ərazisində 1,32 hektar torpaq sahəsi Maraqlı şəxs3 və ailə üzvlərinin, o cümlədən Həbiyeva (Hüseynova) Susana Əflətun qızının mülkiyyətinə verilmişdir. Həmin şəxslərin qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququ JNº-115 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunmuşdur. Lakin həmin X11 (Hüseynova) Susana Əflətun qızının adı X2 göstərilmişdir. Buna görə həmin torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət aktına düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.1-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 36 saylı qərarına əsasən tərtib olunmuş JNº-115 seriyalı, 80802018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə ona məxsus olmasını başqa qaydada təsdiq etmək imkanları yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 36 saylı qərarına əsasən tərtib olunmuş JNº- 115 seriyalı 80802018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə Həbiyeva (Hüseynova) Susana Əflətun qızına məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi xahişi təmin edilsin. Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 36 saylı qərarına əsasən tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JNº-115 seriyalı, 80802018 kodlu Dövlət X1 aid hissədə Həbiyeva (Hüseynova) Susana Əflətun qızına məxsus olması faktları müəyyən edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar