Məhkəmə qərarları › İş №2(022)-47/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-47/2025

19.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-47/2025 19.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X13 məhkəmə-iclas katibliyi, ərizəçi İddiaçı, maraqlı şəxsin nümayəndəsi Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının böyük məsləhətçisi X1 iştirakı ilə, Ərizəçi İddiaçı (maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayədarlıq orqanı cəlb edilməklə ) “şəxsin fəaliyyət qabiliyyətsiz elan olunması barədə” ərizəsinə dair mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi: Ərizəçi İddiaçı, 17 iyul 1984-cü ildə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş X9 fəaliyyət qabiliyyətsiz elan olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin ərizədə qeyd edilən halları: Ərizəçi İddiaçı həmkəndlisi olan X7 ilə 1983- cü ilin 30 avqust tarixində ailə qurmuş və 1984-cü ilin 17 iyul tarixində Ruslan adında oğlan övladları olub. Övladı X2 Nevroloji Sistemi orqanının xəstəliyi ilə yanaşı , əqli cəhətdən geri qalma və azağıllıq diaqnozu ilə 40 ildir xəstədir. Xəstəliyi ilə əlaqədar 1995-cı ildən Xırmandalı kənd 2 saylı tam orta məktəbdən azad olunub. 1995-ci il və 1996-cı ilin 01 iyun tarixinə kimi xəstə Bakı şəhərində nevroloji xəstəliklər həkimi Zeynalov tərəfindən müalicə olunub. Müalicə dövründə xəstədə ancaq sakitləşmə əldə olunub, dərmanlar qurtaran kimi bütün hallar təkrar olunub. Bu işlə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyində olduqdan sonra xəstəni Bakı şəhərindəki Uşaq Nevroloji xəstəxanasına göndəriblər. 26 iyun 1996-cı il tarixdən, 03 fevral 1999-cu il tarixə kimi xəstəni "Korkov ensefalitinın törətdiyi nəticə (1 yaşa kimi olan dövrdə), əqli inkişafın gecikməsi, əqli inkişafdan qalma diaqnozuilə müalicə etmişlər. Müalicə nəticəsində başın, bədənin, əlin əsmələri azalmış ,danışarkən kəkələmələr və başa düşülməyən danışıqların çox qismi bərpa, eşitmələr tam bərpa olunmuş ,amma əqli inkişafda heç bir fərq, müsbət nəticə əldə olunmamışdır. 01 iyun 1999-cu il tarixdən, 16 iyun 2000-ci il tarixə kimi xəstəni həmin xəstəxananın Nevroloji şöbəsində müalicə olunmuş, amma bu müalicədə müsbət nəticə verməmişdir. Hərbi çağnşçı kimi qeydiyyata alınmaqdan ötrü ,onun xəstə olduğu bildirildikdən sonra, xəstəni Bakı şəhərindəki Mirbəşir Qasımov adına X6 Şöbəsinə müainə olunmaq üçün 23 mart 2001 -ci il tarixdə 29 nömrəli göndəriş sənədi verilmişdir. Xəstə həmin şöbədə qəbul edilmiş və xəstənin həmin xəstəxanalıq olmadığını bildirməklə, xəstəni Bakı şəhərindəki 2 nömrəli Klinik Psixiatrıya xəstəxanasına müainə olunmaq üçün göndərmişlər. 05 Aprel 2001-ci il tarixdən, 07 aprel 2001-ci il tarixə kimi müainə olunmuşdur. ’’X16 orqanının xəstəliyi, əqli cəhətdən geri qalma, zəif ağıllılıq” diaqnozunu qoymaqla xəstənin tam yararsız olmağını bildirən sənədi imzalanıb ,dairəvi möhürlə təsdiqlənərək Biləsuvar rayonu Hərbi Komissarlığına göndərilmişdir. Həmin sənədə əsasən çağrışçı 09 avqust 2004-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 24 mart 2000-ci il tarixli 95 nömrəli əmrinə əsasən xəstəliklər cədvəlinin 14 “a” (kəskin dərəcədə ifadə olunmuş davamlı ruhi pozuntular olduqda) maddəsinə əsasən hərbi uçotdan silinmişdir və bu barədə АО seriyalı '0605695 nömrəli hərbi biletdə qeyd olunmaqla təsdiqlənmişdir. 1996-cı il tarixdən, 07 iyul 2000-ci il tarixə kimi, yəni 16 yaşı tamam olana kimi xəstəyə çatası uşaqlıqdan əlilliyə görə ödəniləsi pensiya anasına X4 adına ödənilmişdir. 03 Avqust 2000-ci il tarixdən ömürlük 1-ci qrup əlil kimi pensiya haqqı öz adına köçürülmüşdür. 1-ci qrup xəstə əlilə xidmət etməyə görə anası X4 adına ödənilir. Biləsuvar Rayon İcra Hakimiyyətindən xəstəyə görə qəyyumluq sənədinin almamağının səbəbini qanunçuluğu bilməməyi üzündən olduğunu ifadə etmişdir. 2002-ci il tarixdə anası dünyasını dəyişmişdir. Həyətyanı və pay torpaqları anasının adından çıxarılıb onun hüquqi varisi kimi İddiaçı adına keçirilməlidir. Mülkiyyətdə pay sahibi olan bütün ailə üzvləri bu işin aparılması üçün natoriyat orqanında razılıq ərizələri verməlidirlər. Lakin, övladı əqli cəhətdən tam şəkildə yararsız olduğu üçün notariat orqanı ona heç bir hüquqi sənədə imza atmağa icazə vermir və bildirir ki, o xəstə ilə əlaqədar qəyyumluq sənədi olmadan bu işin düzəlməsi mümkünsüzdür Hal-hazırda 41 yaşı var, vəziyyəti hər bir yaşam tərzinə görə çox ağırdır. Heç kimi eşitmir, həddindən artıq aqressıvləşib, özünü tamamilə idarə edə bilmir.Yuxudan ayılandan yatana kimi məntiqsiz və mənasız sözlər danışır. Bütün danışıqları əqli inkişafdan dayanan yaşa qədər olan dövrü əhatə edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmən iclasındaa iştirak edən ərizəçi, ərizədə göstərilən xüsusatlar üzrə izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının böyük məsləhətçisi X3 da ərizədə göstərilən xüsusatlar üzrə izahat verərək ərizənin təmin olunmasına razı olduğunu bildirdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Biləsuvar Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı ilə X7 30 avqust 1983-cü il tarixdə nikaha daxil olmuşdur. Bu barədə nikah haqqında akt qeydləri kitabında 30 avqust 1983-cü il tarixdə 65 nömrə ilə qeyd edilmişdir. “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X17 17 iyul 1984-cü il tarixdə Biləsuvar rayonu Xırmandalı kəndində anadan olmuşdur. “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə sorğu edilmiş Biləsuvar rayon qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri məlumatlarından görünür ki, İddiaçı X9 atasıdır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Şağırış üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon Şöbəsi tərəfindən verilmiş 19 avqust 2024-cü il tarixli, 291 nömrəli arayışından görünür ki, 17 iyul 1984-cü ildə anadan olmuş X17 09 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliynin 24 mart 2000-ci il tarixli, 95 saylı əmrinə əsasən Xəstəliklər Cədvəlinin 14 “a” (kəskin dərəcədə ifadə olunmuş davamlı ruhi pozuntular olduqda) maddəsinə əsasən hərbi uçotdan silinmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 03 avqust 1992-ci il tarixli, 224667 nömrəli TSEK-də müayinə aktından çıxarışdan görünür ki, X17 1-ci qrup ömürlük əlil müəyyən edilmiş, əmək qabiliyyətsizdir və kənar şəxsin qulluğuna ehtiyacı vardır. Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 avqust 2024-cü il tarixli, 5-39-3/2-1158/1//2024 nömrəli arayışından görünür ki, Aslanlı X11 rayonu, Xırmandalı kəndində yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 27 noyabr 2024-cü il tarixli, 3436 saylı rəyinə əsasən, X10 “orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə” (F71.1) qeyd olunur. Bunu anamnestik məlumatlar və hazırki müayinə zamanı aşkar olunan əlamətlər sübut edir. Bunları nəzərə alaraq belə nəticəyə gəlinir ki, yoxlanılan şəxs X10 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə müəyyən edilir. X17 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X17 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ərizəçini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi İddiaçı X7 ilə 1983-cü ilin 30 avqust tarixində nikaha daxil olmuş və 1984-cü ilin 17 iyul tarixində Ruslan adında oğlan övladları doğulmuşdur. X2 Nevroloji Sistemi orqanının xəstəliyi ilə yanaşı əqli cəhətdən geri qalma və azağıllıq diaqnozu ilə xəstədir. 1996-cı il tarixdən, 07 iyul 2000-ci il tarixə kimi, xəstəyə çatası uşaqlıqdan əlilliyə görə ödəniləsi pensiya X9 anası X4 adına ödənilmişdir. 2002-ci il tarixdə X9 anası dünyasını dəyişmişdir. Həyətyanı və pay torpaqları anasının adından çıxarılıb onun hüquqi varisi kimi İddiaçı adına keçirilməlidir. Mülkiyyətdə pay sahibi olan bütün ailə üzvləri bu işin aparılması üçün natoriat orqanında razılıq ərizələri verməlidirlər. Lakin, X17 əqli cəhətdən tam şəkildə yararsız olduğu üçün notariat orqanı ona heç bir hüquqi sənədə imza atmağa icazə vermir və bildirir ki, o xəstə ilə əlaqədar qəyyumluq sənədi olmadan bu işin düzəlməsi mümkünsüzdür. Belə ki, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, X17 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Qeyd edilən hal Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 27 noyabr 2024-cü il tarixli, 3436 saylı rəyi ilə və işdə olan digər sənədlərlə öz təsdiqini tapır. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 17 iyul 1984-cü il təvəllüdlü X17 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, X9 üzərində qəyyum təyin edilməsi Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyaya həvalə edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 17 iyul 1984-cü ildə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş X17 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X9 üzərində qəyyum təyin edilməsi Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyaya həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar