Məhkəmə qərarları › İş №2(022)-514/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-514/2024

08.04.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-514/2024 08.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X8 oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 20 dekabr 2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-02908 saylı barışıq sazişinin təsdiq edilməsi və Maraqlı şəxs 19 yanvar 2023-cü il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 200 manat alimentin ərizəçinin xeyrinə tutulması barədə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 18 mart 2024-cü il tarixdə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 20 dekabr 2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-02908 saylı barışıq sazişinin təsdiq edilməsi və Maraqlı şəxs 19 yanvar 2023-cü il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 200 manat alimentin ərizəçinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, O, Maraqlı şəxs ilə ailə qurmuş, lakin onlar nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə yaşadıqları müddətdə 19 yanvar 2023-cü il tarixdə X3 adlı uşağı doğulmuşdur. Onların birgə nikhaından doğulmuş uşağın atalığı müəyyən edilmişdir. O və Maraqlı şəxs xasiyyətləri dzü gətirmədiyinə görə ayrılmışlar. Onlar ayrıldıqdan sonra Maraqlı şəxs uşağa baxmadığına və uşağın xərclərini qarşılamadığına görə o, aliment tələbi ilə bağlı mediasiyaya müraciət etmişdir. O, Maraqlı şəxs ilə 20 dekabr 2023-cü il tarixdə MŞL/MT014/2023/MŞL-02908 saylı barışıq sazişi bağlamışdır. Maraqlı şəxs işləməklə aylıq gəliri olduğuna görə barışıq sazişi bağladıqları vaxt onlar həmin uşağın saxlanması üçün Maraqlı şəxs tərəfindən hər ay 200 manat alimentin onun xeyrinə ödənilməsi barədə razılaşmışlar. Alimentin ödənilməsi 01 dekabr 2023-cü il tarixdən müəyyən edilsə də, Maraqlı şəxs barışıq sazişi bağlandıqdan sonra 200 manat alimenti ona ödəməmişdir. Sonda, Ərizəçi 20 dekabr 2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-02908 saylı barışıq sazişinin təsdiq edilməsi və Maraqlı şəxs 19 yanvar 2023-cü il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 200 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Ərizəçi 08 aprel 2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, Maraqlı şəxs ilə barışıq sazişi imzalayaraq, mübahisəni öz aralarında həll etsələr də, Maraqlı şəxs barışıq sazişi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etdiyini və himayəsində azyaşlı uşağı olduğu və hazırda Bakı şəhərində yaşadığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçiriməsini və barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə çıxarıılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Maraqlı şəxs məhkəmə iclasında ərizəçinin xahişini qəbul edərək, onunla Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış 20 dekabr 2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-02908 saylı barışıq sazişinin təsdiq edilməsinə və icraya yönəldilməsinə razı olduğunu bildirdi. Məhkəmə maraqlı şəxsi dinləyərək, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İ seriyalı, 460793 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs 19 yanvar 2023-cü il tarixdə Ərizəçi doğulmuş X2 atası hesab edilmişdir. İşdə olan mediasiya prosesi nəticəsində bağlanmış 20 dekabr 2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-02908 saylı barışıq sazişindən görünür ki, Maraqlı şəxs ilə X5 arasında Maraqlı şəxs həmin Saziş imzalandıqdan sonra xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 200 manat alimentin anası Ərizəçi ödəməsinə öhdəlik götürməsi və alimentin köçürülməsi hər ayın 01-də gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödənilməsi barədə razılıq əldə edilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində Maraqlı şəxs həmin Saziş imzalandıqdan sonra xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 200 manat alimentin anası Ərizəçi ödəməsinə öhdəlik götürməsi və alimentin köçürülməsi hər ayın 01-də gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödənilməsi barədə 20 dekabr 2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-02908 saylı barışıq sazişi bağlanmışdır. Lakin Maraqlı şəxs barışıq sazişi qanunla müəyyən edilmiş müddət ərzində, yəni imzalandığı gündən 10 gün müddətində həmin sazişi könüllü şəkildə icra etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.7-ci maddəsinə görə barışıq sazişi tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır Həmin Qanunun 33.1-ci maddəsinə əsasən barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, həmin Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər nəzərdə tutula bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə uyğun olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin həmin Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən həmin Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 20 dekabr 2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-02908 saylı barışıq sazişi təsdiq edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 20 dekabr 2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-02908 saylı barışıq sazişinin 1-ci bəndi - “İkinci tərəf Maraqlı şəxs bu Saziş imzalandıqdan sonra xx.xx.2023-cü il təvəllüdlü Əliyev (Mirzəyev) Məhəmmədəli Xalid oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 200 manat alimentin anası Ərizəçi ödəməsinə öhdəlik götürür.” və 2-ci bəndi - “Alimentin hesablanması 2023-cü ilin dekabr ayının 01-dən başlamaqla, hər ayın 01-də gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödəniləcəkdir.” hissəsində təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi xahişi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 20 dekabr 2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-02908 saylı barışıq sazişinin aşağıdakı şərtləri ehtiva edən 1-ci və 2-ci bəndləri təsdiq edilsin: - İkinci tərəf Maraqlı şəxs bu Saziş imzalandıqdan sonra xx.xx.2023-cü il təvəllüdlü Əliyev (Mirzəyev) Məhəmmədəli Xalid oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 200 manat alimentin anası Ərizəçi ödəməsinə öhdəlik götürür. - Alimentin hesablanması 2023-cü ilin dekabr ayının 01-dən başlamaqla, hər ayın 01-də gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödəniləcəkdir. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar