Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-522/2025 11.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, Rəhimli Azad Elşad oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı “qanun üzrə vərəsəliik hüququ haqqında şəhadətnamənin ləğvi və miras payının müəyyən edilməsi tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçıların nənəsi X28 16 oktyabr 2018-ci il tarixdə vəfat etmiş və onun adına ünvan 1 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0.13 hektardan ibarət torpaq sahəsi və həmin torpaq sahəsində tikilən 254.6 kvadratmetrdən ibarət yaşayış sahəsi (reyestr nömrəsi- **********12-10301) miras qalmışdır. İddiaçıların atası X49 15 oktyabr 2017-ci il tarixdə yəni miras açılmamışdan əvvəl vəfat etmişdir. İddiaçılar miras əmlak üzrə vərərəslik hüququnun tanınması üçün Biləsuvar rayon notariat ofisinə müraciət etmiş və Biləsuvar rayon notariat ofisinin 13 dekabr 2024-cü il tarixli, 2V-631 nömrəli qanun üzrə vərəsəlik hüququ naqqında şəhadətnaməsinə əsasən onlara nənəsi X12 verilmiş **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 254.6 kvadratmetr olan fərdi yaşayış evindən və torpaq sahəsindən 1/112 hissədə pay müəyyənləşdirilmişdir. Bundan əlavə həmin notariat ofisi tərəfindən verilən 13 dekabr 2024-cü il tarixli 2V-629 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçıların atası X29 vərəsələri kimi onlara və analarıa **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.13 ha torpaq sahəsinin onlara düşən hissəsindən 1/168 hissədə pay müəyyənləşdirilmişdir. İddiaçıların ənəsi vəfat etməmişdən öncə 2016-cı ildə oğlu X19 həmin əmlak üzrə vəsiyyətnamə yazmışdır. X59 2022-ci ildə vəfat etmiş və miras açıldığı tarixdən yəni 2018-ci ildən 2022-ci ilə kimi vəsiyyətnamə üzrə vərəsəliyin müəyyən olunması ilə bağlı heç bir addım atılmamışdır. Onun vəfatından sonra oğlu X34 7 ildən sonra hazırkı əmlakla bağlı onun atasına aid vəsiyyətnamə olduğunu və bu vəsiyyətnamənin ona keçdiyini bildirmişdir. Miras əmlakdan iddiaçılara düşən payların rəsmiləşdirilməsi üçün aidiyyəti üzrə ərazi idarəsinə müraciət etmişlər və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanınında Əmlak Məsələləri Dövlət Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ərizəsinə cavab olaraq həmin idarə tərəfindən bildirilmişdir ki, Biləsuvar rayon notariat ofisinin 72 nömrəli məktubunu, yəni hazırkı miras əmlakla bağlı vəsiyyətnamənin mövcud olması səbəbindən müraciətimin icra olunmasından imtina edilmişdir. İddiaçının tələbi: İddiaçılar İddiaçı1 və Cavadov X45 rayon notariat ofisinin 13 dekabr 2024-cü il tarixli, 2V-631 nömrəli və 13 dekabr 2024-cü il tarixli 2V-629 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin ləğv olunması və miras payının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Cavabdehin etirazı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçıların tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında çıxış edən iddiaçıların nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 iddia ərizəsinə etirazı olmadığını bildirərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, Cavabdeh1 göstərmişdir ki, 2014-cü il tarixədək həmin evdə iddiaçılarla birlikdə yaşamışlar. 2014-cü il tarixdən sonra isə iddiaçılar həmin evdən köçmüşdürlər. Həmin evdə nənəsi X28 2018-ci il tarixədək, yəni ölənədək; atası X35 2022-ci il tarixədək, yəni ölənədək yaşamış. X6 və bacısı X36 hazıradək cavabdehlə birgə həmin evdə yaşayır. Cavabdeh2 notariusu 16 aprel 2025-ci il tarixli 394 nömrəli məktubla məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyini göstərmişdir. Bununla bağlı qeyd etmişdir ki, 16 oktyabr 2018-ci il tarixdə ölmüş X9 vərəsələrinin dairəsi Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının Biləsuvar Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən təqdim edilmiş 21 noyabr 2024-cü il tarixli arayış əsasında müəyyən edilmişdir. Həmin arayışdan görünür ki, vərəsələrdən X41, X50 və X35 ölmüşlər və hazırda Hamail Cavadovanın miras əmlakı üzrə həmin şəxslərin sağ qalmış övladları tanınmalıdır. Cavabdehlərin nümayəndəsi Cavadova X33 rayon notariat ofisinə müraciət edərək 16 oktyabr 2018-ci il tarixdə vəfat etmiş X9 oğlu 15 may 2017- ci il tarixdə ölmüş X29 əvəzində X9 vərəsəsi kimi X29 övladları İddiaçı1 və İddiaçı2 Hamail Cavadovadan qalmış miras əmlaklar üzrə vərəsə kimi qəbul edilərək həmin mirasdan düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bu müraciətdən sonra onun tərəfindən təqdim edilmiş vərəsələrin dairəsi haqqında arayışda adları qeyd olunan vərəsələrə 16 oktyabr 2018-ci il tarixdə vəfat etmiş X7 qalmış miras əmlakın qəbul edilməsi və ya ondan imtina edilməsi ilə bağlı notariat ofisinə ərizə ilə müraciət edərək münasibəət bildirilməsini xahiş etmişdir. Lakin həmin vaxtlarda digər vərəsələrdən heç bir məlumat daxil olmamışdır. Belə olan halda vərəsəliyin açılması haqqında müraciət etmiş X9 vəfat etmiş vərəsəsi X29 övladları İddiaçı1 və İddiaçı2 16 oktyabr 2018-ci il tarixdə vəfat etmiş X9 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 254.6 kvadratmetr olan fərdi yaşayış evindən və torpaq sahəsindən onlara düşən 1/112 hissədə payları müəyyən edərək, həmin payı almaları haqqında 13 dekabr 2024-cü il tarixli reyestrdə 2V-631 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərəfindən verilərək, digər vərəsələrin payı açıq saxlanılmışdır. Cavadova X33 rayon Notariat ofisinə müraciət edərək 15 may 2017-ci il tarixdə vəfat etmiş X29 övladları İddiaçı1 və İddiaçı2 ataları 15 may 2017-ci il tarixdə ölmüş əri X20 qalmış miras əmlaklar üzrəvərəsə kimi qəbul edilərək həmin mirasdan düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. X29 vərəsələrinin dairəsi Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndənin 08 oktyabr 2024-cü il tarixli arayışı əsasında müəyyən olunmuşdur. Tərəfindən həmin şəxslərə 15 may 2017-ci il tarixdə ölmüş X37 verilmiş **********12- 10301 reyestr nömrəli ********* saylı ümumi sahəsi 0.13 ha olan torpağ sahəsinin ona düşən hisssindən miras əmlakı olaraq 1/168 hissədə pay almaqları barədə 13 dekabr 2024-cü il tarixli reyestrdə 2V-629 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin sonradan digər vərəsə Cavabdeh1 müraciət edərək, miras əmlakını qəbul etmək istəyini bildirməklə 16 oktyabr 2018-ci il tarixdə vəfat etmiş X28 tərəfindən sağlığında tərtib edilmiş imzalanmış və notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə təqdim etmişdir. Bu səbəbdən də hesab edir ki. 13 dekabr 2024-cü il tarixli şəhadətnamələr ləğv və ya etibarsız hesab edilməklə, vəsiyyətnamə nəzərə alınaraq miras payları müəyyən edilməlidir. Cavabdeh2 notariusu 11 iyun 2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə mülki işə Cavabdeh2 notariusunun iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Şahid kimi çıxış edən X67 iddiaçıların nümayəndəsi Nümayəndə dediklərini təsdiq edərək, iddia ərizəsində göstərilən xüsusatlar üzrə izahat vermişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Azərbaycan Respublikası Biləsuvar rayon icra Hakimiyyəti başçısının Biləsuvar şəhəri İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 21 noyabr 2024-cü il tarixli 5-39-1/2-4447/2024 saylı arayışının surətindən görünür ki, X28 16 oktyabr 2018ci il tarixdə ölmüşdür. Onun vərəsələri: X42, X30, X41 (ölüb), X49 (ölüb), X35 (ölüb), X38, X39 və X31r. Azərbaycan Respublikası Biləsuvar rayon icra Hakimiyyəti başçısının Biləsuvar şəhəri İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 08 oktyabr 2024-cü il tarixli 5-39-1/2-2923/2024 saylı arayışının surətindən görünür ki, X49 15 may 2017-ci il tarixdə ölmüşdür. Onun vərəsələri: Nümayəndə (arvadı), İddiaçı2 (oğlu) və İddiaçı1dur (oğlu.) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanınında Əmlak Məsələləri Dövlət Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 28 yanvar 2025-ci il tarixli, 3-21- 344/2-902/2025 saylı məktubundan görünür ki, Biləsuvar rayon notariat ofisinin 23 yanvar 2025-ci il tarixli, 72 nömrəli məktubuna əsasən ərizənin icrasından imtina edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında ******* nömrəli 06 fevral 2013-cü il tarixli çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X9 xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin tam mülkiyyətçisi X13r. Yaşayış evinin yerləşdiyi torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında X32, X35, Cavabdeh1, X36, X21, X43, Nümayəndə və İddiaçı2 məxsusdur. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin **********12-10301 nömrəli 13 dekabr 2024-cü il tarixli çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən, sahəsi 254.6 kvadratmetr olan, fərdi yaşayış evi X9 xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin tam mülkiyyətçisi X13r. Yaşayış evinin yerləşdiyi torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında X32, X35, Cavabdeh1, X36, X21, Nümayəndə, İddiaçı1 və İddiaçı2 məxsusdur. “Qanun üzrə vərəsəlik hüququ haqqında” 13 dekabr 2024-cü il tarixli 2V-631 nömrəli şəhadətnamənin surətindən görünür ki, X9 vəfat etmiş vərəsəsi X29 övladları İddiaçı1 və İddiaçı2 16 oktyabr 2018-ci il tarixdə vəfat etmiş X9 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 254.6 kvadratmetr olan fərdi yaşayış evindən və torpaq sahəsindən onlara düşən 1/112 hissədə payları müəyyən edilmişdir. “Qanun üzrə vərəsəlik hüququ haqqında” 13 dekabr 2024-cü il tarixli 2V-629 nömrəli şəhadətnamənin surətindən görünür ki, 15 may 2017-ci il tarixdə ölmüş X37 verilmiş **********12-10301 reyestr nömrəli ********* saylı ümumi sahəsi 0.13 ha olan torpağ sahəsinin ona düşən hisssindən miras əmlakı olaraq 1/168 hissədə payları müəyyən edilmişdir. 7 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli 3-16-5/8-1600-2024 saylı arayışın surətindən görünür ki, X44 və X28 17 iyun 1961-ci il tarixdə nikaha daxil olmuş və bu barədə 67 nömrəli akt qeydi tərtib olunmuşdur. 08 yanvar 2003-cü il tarixli İİ AZ 049320 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X49 X16 08 yanvar 2003-cü il tarixdə nikaha daxil olmuş və bu barədə 03 nömrəli akt qeydi tərtib olunmuşdur. AZ-T seriyalı 286488 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı2 xx xxxx 2001-ci il tarixdə doğulmuşdur. İddiaçı2 atası X49, anası X22r. AZ-İİ seriyalı 447538 nömrəli “Ölüm haqqında şəhadətnam”nin surətindən görünür ki, X35 14 avqust 2022-ci il tarixdə ölmüşdür. AZ-İ seriyalı 864541 nömrəli “Ölüm haqqında şəhadətnam”nin surətindən görünür ki, X49 15 may 2017-ci il tarixdə ölmüşdür. AZ-İ seriyalı 447321 nömrəli “Ölüm haqqında şəhadətnam”nin surətindən görünür ki, X44 23 mart 1992-ci il tarixdə ölmüşdür. AZ-İİ seriyalı 447322 nömrəli “Ölüm haqqında şəhadətnam”nin surətindən görünür ki, X23 16 oktyabr 2018-ci il tarixdə ölmüşdür. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti” Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 30 yanvar 2013-cü il tarixli, 1277 nömrəli texniki pasportun görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin hüquqi subyekti X10r. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən tərtib edilmiş RX seriyalı 00122337 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” barədə sənəddən görünür ki, ünvan 3 ünvanında 0.13 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilən 254.6 kvadratmetrdən ibarət yaşayış sahəsi X8 xüsusi mülkiyyətindədir. X24 tərəfindən verilmiş 05 iyul 2016-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X1 rayonu, S.Vurğun küçəsi, ev 55 ünvanında yerləşən 2 mərtəbəli, 4 otaqlı evini həyətyanı torpaq sahəsi ilə birlikdə oğlu X19 vəsiyyət etmişdir. Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 fevral 2025-ci il tarixli, 5-39- 1/541/2025 nömrəli arayışın surətindən görünür ki, X2 rayonu, S.Vurğun küçəsi, ev 55 ünvanında yaşayır. Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 fevral 2025-ci il tarixli, 5-39- 1/540/2025 nömrəli arayışın surətindən görünür ki, Cavadzadə X17 rayonu, S.Vurğun küçəsi, ev 55 ünvanında yaşayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər; 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür; 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər; 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər; 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir; 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin; 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarına əsasən: Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Qarşılıqlı razılıq əsasında mirasın bölgüsü ümumi qayda olmaqla vərəsələr arasında birgə sazişə uyğun notariat və ya məhkəmənin iştirakı olmadan miras əmlakın bölüşdürülməsidir. Miras əmlakın bölgüsü barədə vərəsələr arasında mübahisə olmadığı təqdirdə qarşılıqlı razılaşma əsasında miras bölgüsü həyata keçirilir. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Mülki Məcəllənin 1291-ci və Mülki Prosessual Məcəllənin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 8 yanvar 2021-ci il tarixli qərarına əsasən: Vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının: 8-ci bəndinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin tərəfin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə qeyd edir ki, irəli sürülmüş iddia ərizəsi üzrə tələb iki istiqamətdə formalaşır Biləsuvar rayon notariat ofisinin 13 dekabr 2024-cü il tarixli, 2V-631 nömrəli və 13 dekabr 2024-cü il tarixli 2V-629 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin ləğv olunması (etibarsız hesab olunması) və miras payların müəyyən olunması. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, mövcud mübahisə üzrə müvafiq vərəsəlik şhadətnamələrinin etibarsız sayılması iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 327-ci, miras payların müəyyən olunması tələbinin qanuni əsasını isə 1291-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddələrin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları;
1. X9 vəfat etmiş vərəsəsi X29 övladları İddiaçı1 və İddiaçı2 16 oktyabr 2018-ci il tarixdə vəfat etmiş X9 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 254.6 kvadratmetr olan fərdi yaşayış evindən və torpaq sahəsindən onlara düşən 1/112 hissədə payları müəyyən edərək, həmin payı almaları haqqında 13 dekabr 2024-cü il tarixli reyestrdə 2V-631 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
2. Nümayəndə Biləsuvar rayon Notariat ofisinə müraciəti əsasında 15 may 2017-ci il tarixdə vəfat etmiş əri X29 övladları İddiaçı1 və İddiaçı2 ataları 15 may 2017-ci il tarixdə ölmüş X37 verilmiş **********12-10301 reyestr nömrəli ********* saylı ümumi sahəsi 0.13 hektar olan torpağ sahəsinin ona düşən hisssindən miras əmlakı olaraq 1/168 hissədə pay almaqları barədə 13 dekabr 2024-cü il tarixli reyestrdə 2V-629 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
3. Lakin sonradan digər vərəsə Cavabdeh1 müraciət edərək, miras əmlakını qəbul etmək istəyini bildirməklə 16 oktyabr 2018-ci il tarixdə vəfat etmiş X28 tərəfindən sağlığında tərtib edilmiş, imzalanmış və notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 mart 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014cü il 18 iyul tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında hesab etmişdir ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv hüququn “olmaması” səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.” Beləliklə, qanunvericiliyin tələbinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mirasın qəbulu ilə bağlı qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Cavabdeh1 X6 və bacısı X14 ilə birlikdə hazıradək atası Cavabdeh1 vəsiyyət üzrə vərəsəlik hüququ əsasında nənəsi X28 tərəfindən verilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayaraq vərəsə kimi faktiki qəbul etməsi, bununla da, mübahisəli mənzilin onun və ailə üzvlərinin (X6 və bacısı X5) mülkiyyəti sayılması işin mübahisəsiz hallarıdır. Mülki iş materiallarından da göründüyü kimi, notarius tərəfindən X28 tərəfindən Cavabdeh1 adına verilmiş mövcud vəsiyyətnamə nəzərə alınmadan, qanun üzrə vərəsələr olan İddiaçı1 və İddiaçı2 vərəsəlik şəhadətnaməsi verilmişdir. Hazırda bu səbəbdən miras əmlakının bölüşdürülməsi zamanı fikir ayrılığı yaranmış, belə olan halda isə qanunvericiliyin tələbinə əsasən məhkəmə qaydasında mübahisənin həlli zəruri olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik miras əmlakın vərəsələrə qanun və vəsiyyət üzrə olmaqla iki əsasla keçməsini müəyyən etmişdir. Qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur və ya vəsiyyətnamə tam və ya hansısa hissədə etibarsız hesab olunur. Hazırkı halda, miras qoyan X28 öldüyü günə qədər özünə məxsus olan ünvan 5 ünvanında yerləşən 2 mərtəbəli, 4 otaqlı evini, həyətyani torpaq sahəsi ilə birlikdə oğlu X19 vəsiyyət etmiş, bu barədə 05 iyul 2016-cı il tarixli vəsiyyətnamə tərtib etmiş və həmin vəsiyyətnamə Biləsuvar rayon notariat kontorunun xüsusi notariusu X15 tərəfindən reyestrdə 2V-1-74 nömrə ilə qeyd edilməklə iki şahidin iştirakı ilə təsdiq edilmiş və hal-hazırda qüvvədədir. X35 iş üzrə Cavabdeh1 atasıdır. Biləsuvar rayon notariat kontorunun xüsusi notariusu X15 tərəfindən vəsiyyətnamə üzrə deyil, qanun üzrə vərəsəlik müəyyən olunmaqla:
1. X9 vəfat etmiş vərəsəsi X29 övladları İddiaçı1 və İddiaçı2 adına13 dekabr 2024-cü il tarixli reyestrdə 2V-631 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
2. X29 vərəsələri Nümayəndə, İddiaçı1 və İddiaçı2 adına 13 dekabr 2024-cü il tarixli reyestrdə 2V-629 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da, Biləsuvar rayon notariat kontorunun xüsusi notariusu tərəfindən mülki qanunvericiliyin vərəsəlik hüququ münasibətlərini tənzimləyən normalarının tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, X9 vəfat etmiş vərəsəsi X29 övladları İddiaçı1 və İddiaçı2 adına 13 dekabr 2024-cü il tarixli 2V-631 reyestr nömrəli və X29 vərəsələri Nümayəndə, İddiaçı1 və İddiaçı2 adına 13 dekabr 2024-cü il tarixli 2V- 629 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr Mülki Məcəllənin tələbləri, o cümlədən Cavabdeh1 vərəsəlik hüququ pozulmaqla verildiyindən etibarsız hesab edilməlidir. Məhkəmə iddia tələbinin miras payının müəyyən olunması hissəsində qeyd edir ki, iş materiallarıma əlavə olunan və məhkəmə araşdırması zamanı müəyyən edilən hallardıan görünür ki, mübahisə predmeti ilə bağlı miras əmlakını ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyan torpaq sahəsi təşkil edir. Vərəsəlik münasibəti ilə bağlı məhkəmə müəyyən olunmuş işin faktiki hallarını aşağıdakı ardıcıllıqda qeyd etməyi zəruri hesab edir:
1. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X9 tam mülkiyyət hüququ vardır (qeydiyyat nömrəsi: **********);
2. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X28 (qeydiyyat nömrəsi: **********); X35, X36, Cavabdeh1, X14, X49, Nümayəndə, İddiaçı2 və İddiaçı1 (qeydiyyat nömrəsi: **********) məxsusdur.
3. X35 (2022-ci ildə ölüb) və X49 (2017-ci ildə ölüb) X9 (2018-ci ildə ölüb) övladlarıdır (AZEMİS “Elektron məhkəmə sistemi”ndən çıxarılmış qohumluq əlaqələrinə dair reyestr məlumatlarına əsasən);
4. X9 yeddi övladı var. X4 və X3 şəhəri Səməd Vurğun küçəsi, ev 55 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadırlar.
5. Nümayəndə X29 arvadıdır;
6. İddiaçı2 və İddiaçı1 X29 övladlarıdır. Məhkəmə iddia tələbinin miras payının müəyyən edilməsi hissəsində qeyd edir ki, iş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan görünür ki, iddia tələbi üzrə mübahisəli əmlak ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən ibarətdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, miras qoyan X28 öldüyü günə qədər özünə məxsus olan ünvan 5 ünvanında yerləşən 2 mərtəbəli, 4 otaqlı evini, həyətyani torpaq sahəsi ilə birlikdə mövcud olan bütün mirasına dair vəsiyyətnamə qoyduğu üçün onun mirasına dair qanun üzrə vərəsəlik müəyyən oluna bilməzdi. Yalnız müraciət olunduğu halda vəsiyyət edənin (Hamail Cavadovanın) uşaqlarının vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasdan məcburi pay tələb etmək hüquqları vardır. Hansı ki, belə bir tələb də irəli sürülməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçıların ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə qanun üzrə vərəsəlikdən irəli gələn məcburi pay hüququ yoxdur. Çünki, vəsiyyətnaməyə əsasən yegəna vəsiyyət üzrə vərəsə X25r. İddia tələbinin X29 vərəsələri Nümayəndə, İddiaçı1 və İddiaçı2 münasibətdə miras əmlakdan payın müəyyən edilməsi hissəsində məhkəmə bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin **********12-10301 nömrəli 13 dekabr 2024-cü il tarixli çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən, sahəsi 254.6 kvadratmetr olan, fərdi yaşayış evi X9 xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin tam mülkiyyətçisi X13r. Yaşayış evinin yerləşdiyi torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında X32, X35, Cavabdeh1, X36, X21, X49, Nümayəndə və İddiaçı2 məxsusdur. Ümumi birgə mülkiyyətçi kimi X49 öldüyünə görə, həmin torpaq sahəsindən ona çatan pay üzərində N.N.Cavadovun birinci növbə vərəsələri qismində Nümayəndə, İddiaçı2 və İddiaçı1 məcburi pay hüququ müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh2 notariusu Xanoğlan Məmmədovun yazılı şəkildə 16 aprel 2025-ci il tarixli 394 nömrəli məktubla məhkəməyə ünvanladığı iddiaçının tələbinin əsaslandırdığı faktları etiraf etməsi qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə cavabdehin iddiaçının istinad etdiyi faktları etiraf etməsi qəbul olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsaəsən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək, eləcə də, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Biləsuvar rayon notariat ofisinin 13 dekabr 2024-cü il tarixli, 2V-631 nömrəli və 13 dekabr 2024-cü il tarixli 2V-629 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab olunmalı, X28 öldüyü günə qədər özünə məxsus olan ünvan 5 ünvanında yerləşən 2 mərtəbəli, 4 otaqlı evini, həyətyanı torpaq sahəsi ilə birlikdə mövcud olan bütün mirasına dair vəsiyyətnamə qoyduğu üçün onun mirasına dair qanun üzrə vərəsəlik hüququnun yaranmadığı nəzərə alınmalı və ünvan 2 ünvanında, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində, ümumi birgə mülkiyyətçi kimi göstərilmiş X37 məxsus pay (1/8) üzərində N.N.Cavadovun birinci növbə vərəsələri qismində Nümayəndə (48/1), İddiaçı2 (48/1) və İddiaçı1 (48/1) məcburi pay hüququ müəyyən olunmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu ilə bağlı tələb olmadığından məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə,
Q Ə T E T D İ: İddia təmin edilsin. Biləsuvar rayon notariat ofisinin 13 dekabr 2024-cü il tarixli, 2V-631 nömrəli və 13 dekabr 2024-cü il tarixli 2V-629 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilsin. X28 öldüyü günə qədər özünə məxsus olan ünvan 5 ünvanında yerləşən 2 mərtəbəli, 4 otaqlı evini, həyətyanı torpaq sahəsi ilə birlikdə mövcud olan bütün mirasına dair vəsiyyətnamə qoyduğu üçün onun mirasına dair qanun üzrə vərəsəlik hüququnun yaranmadığı nəzərə alınsın. ünvan 2 ünvanında, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə, ümumi birgə mülkiyyətçi kimi göstərilmiş X37 məxsus pay (1/8) üzərində N.N.Cavadovun birinci növbə vərəsələri qismində Nümayəndə (48/1), İddiaçı2 (48/1) və İddiaçı1 (48/1) məcburi pay hüququ müəyyən olunsun. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
HAKİM: Mədinə Rəsulova