Məhkəmə qərarları › İş №2(022)-54/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-54/2025

02.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-54/2025 02.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X10 məhkəmə-iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayədarlıq orqanı cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyətsiz elan olunması barədə” ərizəsinə dair mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi: Ərizəçi bacısı, 07 mart 1954-cü ildə Biləsuvar rayonu, Səmədabad kəndində anadan olmuş X2 fəaliyyət qabiliyyətsiz elan olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin ərizədə qeyd edilən halları: Ərizəçi Nadirov X5 rayonu Səmədabad kəndində yaşayır. X6 onun doğma bacısıdır. 07 mart 1954-cü ildə doğulmuşdur. Bacısı doğulduğu vaxtdan paranoid şizofreniya, paranoid hallüsinator forma, tutmaşəkilli proqredient gedişli, dərin psixi qüsur halı, katatonik lyusid pozğunluqlarla və özünə qapanma əlaətləri ilə şizofreniya xəstəliyindən əziyyət çəkir. Əmək qabiliyyətsiz olmaqla orqanizmin funksiyaları 100 faiz pozulmaqla müddətsiz əmək qabiliyyətsiz olmaqla 1-ci dərəcəli əlildir. Dəfələrlə ambulator qaydada və eləcə də stasionar şəkildə müalicə almışdır. Həmin müalicələrin nəticəsi olmamışdır. Bacısının hərəkət etmək imkanının olmaması və eyni zamanda əqli çatışmamazlığı səbəbindən ona əlil kimi verilən sosial müavinətin və təyin edilmiş əlillik dərəcəsi ilə bağlı ödənilən sosial yardımların alınması üçün banka ərizəçinin bacısının adından etibarnamə təqdim olunması tələb olunur. Həmçinin, onların anaları X12 04 fevral 2005-ci ildə və ataları X8 18 avqust 1997-ci il tarixdə ölmüşdürlər. Valideyinlərindən qalan miras əmlakı kimi torpağa mülkiyyət hüququna dair dövlət aktında olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və digər əmlaklar üzrə vərəsəlik açılması üçün ərizəçinin bacısı X2 iştirakı tələb olunur. Lakin onun xəstəlik vəziyyətinə görə notarius tərəfindən vərəsəlik işinin açılması mümkün deyil. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən ərizəçi, ərizədə göstərilən xüsusatlar üzrə izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə maraqlı şəxsin nümayəndəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: AZE seriyalı 04781315 nömrəli “Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, X6 07 mart 1954-cü il tarixdə Biləsuvar rayonu, Səmədabad kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 fevral 2020-ci il tarixli, Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışdan görünür ki, X3 paranoid şizofreniya, şizofreniya, paranoid hallüsinator forma, tutmaşəkilli proqredient gedişli, dərin psixi qüsur halı, katatonik lyusid pozğunluqlarla və özünə qapanma əlamətləri ilə. Özünə xidmətin pozulması. Kardiomiopatiya. Dilatasion kardiomiopatiya diaqnozu təsbit olunmuşdur. Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 avqust 2024-cü il tarixli 5-39-14/2-489/2024 nömrəli arayışından görünür ki, Nadirov X5 rayonu, Səmədabad kəndində arvadı X9, oğlu X11 və bacısı X6 ilə yaşayır. Tibbi-Sosial Ekspert Komissiyasının 16 fevral 2020-ci il tarixli ərizəyə əsasən verilmiş sosial arayışdan görünür ki, X4 1-ci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə sorğu edilmiş Biləsuvar rayon qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri məlumatlarından görünür ki, X1 Vəli Dayandur oğlunun bacısıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 21 noyabr 2024-cü il tarixli, 3344 saylı rəyindən görünür ki, X3 şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ərizəçini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X6 Ərizəçi bacısıdır və 07 mart 1954-cü ildə Biləsuvar rayonu, Səmədabad kəndində doğulmuşdur. Belə ki, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, X6 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Qeyd edilən hal Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 fevral 2020-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışdan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 21 noyabr 2024-cü il tarixli, 3344 saylı rəyində və işdə olan digər sənədlərlə öz təsdiqini tapır. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 07 mart 1954-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, X2 üzərində qəyyum təyin edilməsi Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyaya həvalə edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 07 mart 1954-cü ildə Biləsuvar rayonu, Səmədabad kəndində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X2 üzərində qəyyum təyin edilməsi Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyaya həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar