Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-552/2025 24.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X3 oğlunun katibliyi ilə, Ərizəçi 17 noyabr 2011-ci il tarixdə doğulmuş qızı X1 dəyişdirilməklə, Maraqlı şəxs tərəfindən verilmiş 1016 nömrəli doğum haqqında Akt qeydində qızının soyadının “Sadıqlı”dan “Ramizli”yə dəyişdirilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : 19 fevral 2025-ci il tarixdə Ərizəçi 17 noyabr 2011-ci il tarixdə doğulmuş qızı X1 dəyişdirilməklə, Maraqlı şəxs tərəfindən verilmiş 1016 nömrəli doğum haqqında Akt qeydində qızının soyadının “Sadıqlı”dan “Ramizli”yə dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə uyğun olaraq, hazırki ərizəyə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması yolverilməz olduğuna görə ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, ərizədən görünür ki, ərizəçi inzibati icraat çərçivəsində xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, qızının soyadının dəyişdiriməsi tələb edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati məhkəmə icraatı çərçivəsində inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatına” görə Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyət orqanları və onların struktur vahidləri inzibati orqanlar hesab olunur. Habelə “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 oktyabr 2012-ci il tarixli Qərarına görə məhkəmə təcrübəsində məhkəmə aidiyyəti məsələsinin fərqli qiymətləndirilməsi, bu sahədə qanunvericiliyin dəqiq tətbiq edilməməsi son nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ”nun təminatını pozmuş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 06 oktyabr 2012-ci il tarixli Qərarına görə məhkəmə aidiyyəti əsassız və qeyri-qanuni dəyişdirilə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizənin qəbul etməkdən imtina etməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, ərizəçinin hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli qərarında məhkəmələrə tövsiyə etmişdir ki, ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Buna görə də məhkəmə hesab edir ki, ərizəçiyə izah edilməlidir ki, o, 17 noyabr 2011-ci il tarixdə doğulmuş qızı X1 dəyişdirilməklə, Maraqlı şəxs tərəfindən verilmiş 1016 nömrəli doğum haqqında Akt qeydində qızının soyadının “Sadıqlı”dan “Ramizli”yə dəyişdirilməsi barədə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilərlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə Ərizəçi 17 noyabr 2011-ci il tarixdə doğulmuş qızı X1 dəyişdirilməklə, Maraqlı şəxs tərəfindən verilmiş 1016 nömrəli doğum haqqında Akt qeydində qızının soyadının “Sadıqlı”dan “Ramizli”yə dəyişdirilməsi barədə ərizənin qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah edilsin ki, o, 17 noyabr 2011-ci il tarixdə doğulmuş qızı X1 dəyişdirilməklə, Maraqlı şəxs tərəfindən verilmiş 1016 nömrəli doğum haqqında Akt qeydində qızının soyadının “Sadıqlı”dan “Ramizli”yə dəyişdirilməsi ilə bağlı ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilərlər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-552/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-552/2025
24.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver