Məhkəmə qərarları › İş №2(022)-577/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-577/2023

13.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-577/2023 13.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, ərizəçilərin nümayəndəsi vəkil X9 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Əliyeva (Hümmətova) Xalidə Nəriş qızı, X26 və Ərizəçi5 (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Əliyeva (Hümmətova) Xalidə Nəriş qızı, X22 və Hümmətov X21 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, X23, X12, X13, X24, X27 və X3 adına verilmiş JN-185 saylı Dövlət Aktının bizə, yəni Hümmətova llhamə Nəriş qızı, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilərin nümayəndəsi vəkil X28 məhkəmə iclasında ərizəyə uyğun ifadə verərək göstərmişdir ki, ərizəçilər Biləsuvar rayonunun Çaylı kəndində yaşayırlar. Biləsuvar rayon Aqrar islahat komissiyasının 16 dekabr 1997-ci il tarixli qərarı ilə ailə üzvləri kimi onlara 5,99 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Buna dair onlara JN-185 saylı, torpağa mülkiyyət hüququna dair Dövlət Aktı da verilmişdir.Rəsmi adları-Ərizəçi1,Ərizəçi2 Nərış qızı, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 olsa da, lakin adlarına Dövlət Aktı yazılarkən, soyadları Hümmətov əvəzinə Hümbətov, İlhamənin adı isə İlahə kimi yazılmışdır.Dövlət Aktındakı adlarının yanlış yazılması ilə bağlı yaşadıqları Çaylı kənd İcra Nümayəndəsinin 14 fevral 2023-cü il tarixli Aktı da vardır.Hazırkı məsələ ilə bağlı DƏDRX-nin Cəlilabad rayon 8 saylı ərazi idarəsinə müraciət etsələr də orada Dövlət aktında düzəliş edilməyərək, imtina rəyi isə Dövlət Aktında adı duz yazılmış İlham Hümbətovun adına gəlmişdir. Sonradan adları səhv olanların adından cavabdeh təşkilata xəbərnaməlı məktub göndərsələr də cavab verilməmişdir. Halbuki bu onların deyil, həmin orqanın Dövlət Aktı tərtib olunarkən etdiyi texniki səhvdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə gorə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Hazırkı fakt Biləsuvar rayon məhkəməsi tərəfindən müəyyən edilməlidir. Hazırkı fakt vərəsəlik və yeni çıxarış alınması ilə bağlı onlara lazımdır.Sonda ərizəçilərin nümayəndəsi vəkil X28 ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçilərin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar RİHB-nin Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli aktında göstərilir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar şöbəsi tərəfindən verilmiş JN 185 nömrəli 80800108 saylı dövlət aktında torpaq mülkiyyətçilərindən aşağıdakı, şəxsin (şəxslərin) adında texniki səhv kimi qeyd edilmişdir: X14, X12, X24, X25, X27, X15,X13yazılmalıdır. Yazılmalıdır: X16, Ərizəçi2, Ərizəçi4, Ərizəçi1, Ərizəçi5, Ərizəçi6, X29. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X30 8 saylı Cəlilabad ərazi idarəsinə Torpağın mülkiyyətə verilməsinə dair JN-185 nömrəli Dövlət aktında düzəlişlə bağlı müraciət emiş, lakin, onun müraciətindən imtina edimişdir. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-185 saylı kod 80800108 Dövlət Aktından görünür ki, Biləsuvar rayonu Feoletovka kənd sakini X4, X5, X6, X7, X17, X10, X11, X18, X19 və X8 Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli 33 nömrəli qərarı ilə 5.99 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən Dövlət aktılərdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə işdə olan sənədlərə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Torpağa Mülkiyyət Hüququna dair JN-185 saylı kod 80800108 olan Dövlət X1 aid olan hissədə- Ərizəçi1, X6 aid hissədə-Ərizəçi2, X7 aid hissədə-Ərizəçi3, X10 aid hissədə- Ərizəçi4, X19 aid hissədə-Ərizəçi5, X8 aid hissədə-Ərizəçi6 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-185 saylı kod 80800108 olan Dövlət X2 aid olan hissədə- Ərizəçi1, X6 aid hissədə-Ərizəçi2, X7 aid hissədə-Ərizəçi3, X10 aid hissədə- Ərizəçi4, X19 aid hissədə-X20, X8 aid hissədə-Ərizəçi6 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar