Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-588/2023 18.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 12 avqust 2021-ci il tarixli MAS- 4186 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 dekabr 2022ci il tarixə 395.92 manat gecikdirilmiş əsas, 380.15 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 323.58 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1164.46 manat, ümumilikdə 2264.11 manat borc və ödənilmiş 42.65 manat dövlət rüsumunun “Azərmaş" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 12 avqust 2021-ci il tarixli MAS-4186 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF802585 ban nömrəli, ağ rəngli avtomobil 14950 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X2 illik 24.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389.61 manat, ümumilikdə isə 21802 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür.15 aprel 2022-ci il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında MAS-4186 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 12 avqust 2021-ci il tarixli MAS-4186 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Orxan Kərilmli öz üzərinə götürmüşdür.Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMCnin mülkiyyətində olan, “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil 16 dekabr 2022-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1164.46 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir.Eyni zamanda Cavabdeh “Khazar LX” markalı, **-PB-*** saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 dekabr 2022-ci il tarixə ümumilikdə 1099.65 manat məbləğində gecikmə borcu yaranmışdır.“Daxili lizinq” müqaviləsinin şərtləri cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır.“Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir.Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir.Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir.Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir.Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. İddiaçı Cavabdeh 12 avqust 2021-ci il tarixli MAS- 4186 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 dekabr 2022-ci il tarixə 395.92 manat gecikdirilmiş əsas, 380.15 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 323.58 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1164.46 manat, ümumilikdə 2264.11 manat borc və ödənilmiş 42.65 manat dövlət rüsumunun “Azərmaş" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 məhkəməyə elektron qaydada ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan № MAS-4186 saylı xx.xx.2021-ci il trixli Daxili Lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar LX” markalı, **- PB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, X1 istifadəsinə verilmiş saz vəziyyətdə olan və AZƏRMAŞ MMC-nin mülkiyyətində olan “KHAZAR LX” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin X2 ilə Cavabdeh arasında təhvil-təslimi aparılmışdır. MAS-4186 saylı daxili lizinq müqaviləsinə 3 saylı Əlavədən görünür ki, X2 “KHAZAR LX” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobili 14.950 manata 48 ay müddətinə illik 24.5% ödəmək şərti ilə almışdır. İş materiallarında olan Azərmaş MMC Servis mərkəzinin qüsur aktından görünür ki, KHAZAR LX markalı ** PB *** dövlət nömrə nişanlı minik avtomobilinə ümumilikdə 1164.46 manat ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 12 avqust 2021-ci il tarixli MAS-4186 saylı “Daxili Lizinq” müqaviləsi üzrə 16 dekabr 2022-ci il tarixə gecikdirilmiş əsas borcu 395.92 mnat, gecikdirilmiş mükafat borcu 380.15 manat, həmin günə gecikdirməyə görə hesablanmış cərimə borcu 323.58 manat, ümumilikdə 1099.65 manat təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh Azərmaş MMC-yə əsas borcu 395.92 manat, gecikdirilmiş mükafat borcu 380.15 manat, həmin günə gecikdirməyə görə hesablanmış cərimə borcu 323.58 manat, ümumilikdə 1099.65 manat məbləğdə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Həmin Məcəllənin 748-7.1-ci maddəsin əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən X1 istifadəsinə verilmiş saz vəziyyətdə olan və AZƏRMAŞ MMC-nin mülkiyyətində olan “KHAZAR LX” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin X2 ilə Cavabdeh arasında təhvil-təslimi aparılmışdır. İddiaçı MMC-nin Servis Mərkəzinin qüsur aktından görünür ki, KHAZAR LX markalı ** PB *** dövlət nömrə nişanlı minik avtomobilə ümumilikdə 1164.46 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsin əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda qeyd olunan maddi hüquq normalarının işin müəyyən edilmiş halları üzrə tətbiqi belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı iddia tələbində haqlıdır.Lakin məhkəmə iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq 323.58 manat məbləğdə dəbbə borcunun 32 manata qədər azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Azərmaş MMC-nin xeyrinə əsas borc qismində 395.92 manat, gecikdirilmiş mükafat borcu olaraq 380.15 manat, dəbbə borcuna görə 32 manat olmaqla, həmçinin lizinq obyekti olan, “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1164.46 manat, cəmi 1972.53 manat məbləğdə pul vəsaiti tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 35 (otuz beş) manat manat məbləğlərdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə əsas borc qismində 395 (üç yüz doxsan beş) manat 92 (doxsan iki) qəpik, mükafat borcu olaraq 380 (üç yüz səksən) manat 15 (on beş) qəpik, dəbbə olaraq 32 (otuz iki) manat, lizinq obyekti olan, “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1164 (min yüz altmış dörd) manat 46 (qırx altı) qəpik, cəmi 1972 (min doqquz yüz yetmiş iki) manat 53 (əlli üç) qəpik və ödənilmiş dövlət rüsumunun bir hissəninin əvəzi qismində 35 (otuz beş) manat məbləğlərdə pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-588/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-588/2023
18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver