Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-60/2024 09.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 18 fevral 2023-cü il tarixli MAS- 5730 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2023-cü il buraxılışlı, "xxxx" minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFPE670184 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh arasında bağlanmış 18 fevral 2023-cü il tarixli MAS-5730 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 sentyabr 2023-cü il tarixə 727 (yeddi yüz iyirmi yeddi) manat 81 (səksən bir) qəpik gecikdirilmiş əsas, 657 (altı yüz əlli yeddi) manat 01 (sıfır bir) qəpik gecikdirilmiş mükafat və həmin günə hesablanmış 109 (yüz doqquz) manat 78 (yetmiş səkkiz) qəpik dəbbə pulu, cəmi 1494 (min dörd yüz doxsan dörd) manat 60 (altmış) qəpik borcun və ödənilmiş 100 (yüz) manat 40 (qırx) qəpik dövlət rüsumunun “Azərmaş" MMCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18 fevral 2023-cü il tarixli MAS-5730 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2023-cü il buraxılışlı, "xxxx" minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFPE670184 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 18 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 467.06 manat, ümumilikdə isə 25619 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 25619 manatın 19100 manatı əsas məbləğ təşkil edir.Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh 18 fevral 2023-cü il tarixli MAS-5730 sayh “Daxili Lizinq” müqaviləsinə əsasən 04 sentyabr 2023-cü il tarixə ümumilikdə 1494.60 manat gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır.“Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Ona görə də İddiaçı MMC ilə bağlanmış 18 fevral 2023-cü il tarixli MAS- 5730 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Lizinq obyekti olan 2023-cü il buraxılışlı, "xxxx" minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFPE670184 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh ilə bağlanmış 18 fevral 2023-cü il tarixli MAS-5730 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 sentyabr 2023-cü il tarixə 727 (yeddi yüz iyirmi yeddi) manat 81 (səksən bir) qəpik gecikdirilmiş əsas, 657 (altı yüz əlli yeddi) manat 01 (sıfır bir) qəpik gecikdirilmiş mükafat və həmin günə hesablanmış 109 (yüz doqquz) manat 78 (yetmiş səkkiz) qəpik dəbbə pulu, cəmi 1494 (min dörd yüz doxsan dörd) manat 60 (altmış) qəpik borcun və ödənilmiş 100 (yüz) manat 40 (qırx) qəpik dövlət rüsumunun “Azərmaş" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X1 məhkəməyə elektron qaydada ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. İş materiallarında olan Biləsuvar RİHB-nin Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin11 dekabr 2023-cü il tarixli №5-39-14/2-754/2023 saylı sorğuya cavab məktubundan görünür ki, Cavabdeh 5 ildən çoxdur ki, yaşadığı kənd ərzsindən ailə üzvləri ilə birlikdə köçüb getmiş və harada yaşaması məlum deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan № MAS-5730 saylı xx.xx.2023-cü il tarixli Daxili Lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan, "xxxx" minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh istifadəsinə verilmiş saz vəziyyətdə olan və AZƏRMAŞ MMC-nin mülkiyyətində olan "xxxx" minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin AZƏRMAŞ MMC ilə Cavabdeh arasında təhvil-təslimi aparılmışdır. İş materiallarında olan MAS-5730 saylı daxili lizinq müqaviləsinə 3 saylı Əlavədən görünür ki, Cavabdeh “KHAZAR LX” markalı 77 AL-194 dövlət qeydiyyat nişanlı avtomobili 19.100 manata 48 ay müddətinə illik 18% ödəmək şərti ilə almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh № MAS-5730 saylı xx.xx.2023-cü il tarixli “Daxili Lizinq” müqaviləsi üzrə 04 sentyabr 2023-cü il tarixə gecikdirilmiş əsas borcu 727 (yeddi yüz iyirmi yeddi) manat 81 (səksən bir) qəpik əsas, 657 (altı yüz əlli yeddi) manat 01 (sıfır bir) qəpik mükafat və həmin günə hesablanmış 109 (yüz doqquz) manat 78 (yetmiş səkkiz) qəpik dəbbə pulu, cəmi 1494 (min dörd yüz doxsan dörd) manat 60 (altmış) qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh Azərmaş MMC-yə əsas borcu 727 (yeddi yüz iyirmi yeddi) manat 81 (səksən bir) qəpik gecikdirilmiş əsas, 657 (altı yüz əlli yeddi) manat 01 (sıfır bir) qəpik gecikdirilmiş mükafat və həmin günə hesablanmış 109 (yüz doqquz) manat 78 (yetmiş səkkiz) qəpik dəbbə pulu, cəmi 1494 (min dörd yüz doxsan dörd) manat 60 (altmış) qəpik borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Həmin Məcəllənin 748-7.1-ci maddəsin əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən saz vəziyyətdə olan və AZƏRMAŞ MMC-nin mülkiyyətində olan “KHAZAR LX” markalı 77 AL-194 dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı ilə Cavabdeh arasında təhvil-təslimi aparılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Azərmaş MMC-nin xeyrinə əsas borc qismində 727 (yeddi yüz iyirmi yeddi) manat 81 (səksən bir) qəpik gecikdirilmiş əsas, 657 (altı yüz əlli yeddi) manat 01 (sıfır bir) qəpik gecikdirilmiş mükafat və həmin günə hesablanmış 109 (yüz doqquz) manat 78 (yetmiş səkkiz) qəpik dəbbə pulu, cəmi 1494 (min dörd yüz doxsan dörd) manat 60 (altmış) qəpik məbləğdə pul vəsaiti tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat 40 (qırx) qəpik məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə əsas borc qismində 727 (yeddi yüz iyirmi yeddi) manat 81 (səksən bir) qəpik əsas, 657 (altı yüz əlli yeddi) manat 01 (bir) qəpik mükafat və həmin günə hesablanmış 109 (yüz doqquz) manat 78 (yetmiş səkkiz) qəpik dəbbə pulu, cəmi 1494 (min dörd yüz doxsan dörd) manat 60 (altmış) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat 40 (qırx) qəpik məbləğlərdə pul vəsaiti tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-60/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-60/2024
09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver