Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-640/2024 02.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili X9, Cavabdeh1 nümayəndəsi X24, Cavabdeh3 nümayəndəsi Vəkil, Cavabdeh4 nümayəndəsi vəkil Nümayəndə, cavabdeh X10 nümayəndəsi vəkil X20 Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Salyan regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsinə, Cavabdeh3, X11, Cavabdeh5, X16 və üçüncü şəxs Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Amankənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin, alqı-satqı müqavilələrinin və ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyatların və onların əsasında verilmiş bütün hüquqi sənədlərin etirarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddiasına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Salyan Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsinə, Cavabdeh3, X11, Cavabdeh5 qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 tərəfindən Cavabdeh3 verilmiş 27 noyabr 2023-cü il tarixli, 2V-582 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən Cavabdeh3 verilmiş xx.xx.2024-cü il tarixli, **********80-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli qeydiyyatın, xx.xx.2024-cü il tarixdə Salyan Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisində Biləsuvar şəhəri M.İbrahimov küçəsi 195 ünvanında yerləşən ümumi sahəsi 158,7 kv/m olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,0626 ha. torpaq sahəsinin 19.000 manata Cavabdeh3 tərəfindən X2 barədə alqı-satqı müqaviləsinin, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi idarəsi tərəfindən X11 xx.xx.2024-cü il tarixdə verilmiş **********80-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli tam mülkiyyət hüququ üzrə 158,7 kv/m olan 5 otaqlı evə və 0,0626 ha. torpaq sahəsinə qeydiyyatın, xx.xx.2024-cü il tarixdə Salyan regional “Asan xidmət” Mərkəzinin Notariat X4 adına qeydiyytda olan Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, 195 ünvanında yerləşən ümumi sahəsi 158,7 kv/m, yaşayış sahəsi 82,1 kv.m, yardımçı sahəsi 76,6 kv.m olan 5 otaqlı fərdi yaşayış evinin 1960-cı ildə inşa edilmiş ümumu sahəsi 97,9 kv/m, yaşayış sahəsi 52,6 kv.m, yardımçı sahəsi 41,7 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin və həmin evin ümumi sahəsi olan 0,0626 ha. torpaq sahəsindən 0,0333 ha. hissəsinin bölgü planına əsasən 12.000 manata Cavabdeh5 satılması barədə alqı-satqı müqaviləsinin, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən Cavabdeh5 adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, mərhum atasının adına olan ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən 13.10. 2022-ci il tarixdə verilmiş **********80-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, 195 ünvanında yerləşən ümumi sahəsi 158,7 kv/m olan fərdi yaşayış evində və 0,0626 ha, torpaq sahəsində, Amankənd kəndindəki yaşayış evində, Torpağın mülkiyyətə verilməsinə dair JN -51 A (KOD ********) şəhadətnaməyə əsasən birgə mülkiyyətlərinə verilmiş 0,32 ha həyətyanı torpaq sahəsində və pay torpaq sahəsində ½ hissədə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək X25 ilə Cavabdeh4 arasında xx.xx.2024-cü il tarixdə Salyan Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisində bağlanmış alqı-satqı müqaviləsinin, X10 adına ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsində aparılmış qeydiyatın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, atası X36, anası X32 ilə evlənərək, nikahlarını 24 iyul 1987-ci il tarixdə qeyd etdirmişlər. Onların birgə nikahlarından xx.xx.1988-ci ildə o, xx.xx.1989-çu ildə qardaşı Cavabdeh3 anadan olmuşdur. X46 xx.xx.2019-cu ildə, atası X36 isə xx.xx.2023-cü il tarixdə vəfat etmişlər. Atası vəfat etdiyi vaxt ondan miras əmlak kimi yaşayış evləri, qeyri yaşayış tikililəri və pay torpaq sahəsi qalmışdır. Onunla qardaşının birinci növbəli vərəsə olmasına baxmayaraq Biləsuvar RİHB-nın Amankənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əlövsət Hüseynov qardaşına vərəsələrin dairəsi barədə xx.xx.2023-cü il tarixli, 5-39-21/2- 690/2023 saylı arayış verərək həmin arayışda göstərmişdir ki, guya qardaşı Cavabdeh3 mərhum atasının yeganə vərəsəsidir. Bunun əsasında Cavabdeh1 xüsusi notariusu X12 qardaşına 27 noyabr 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verərək təsdiq etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu madddəsinə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X26 vərəsəsi Biləsuvar rayonu Amankənd kəndində qeydiyyatda olan Cavabdeh3 miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X29 verilmiş **********80-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 158,7 kv/m olan fərdi yaşayış evindən, 0,0626 ha. torpaq sahəsindən ibarətdir. Həmin vaxt qardaşı Cavabdeh3 notariat ofisinə ərizə təqdim edərək mərhum atası X26 yeganə vərəsəsi olmasını bəyan etmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş başqa vərəsələrinin olmamasını bildirmişdir. Mərhum atasının adına olan miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən 13.10. 2022-ci il tarixdə verilmiş **********80-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, 195 ünvanında yerləşən ümumi sahəsi 158,7 kv/m olan fərdi yaşayış evindən, 0,0626 ha. torpaq sahəsindən, Biləsuvar rayonu Amankənd kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN -51 A (KOD ********) Şəhadətnaməyə əsasən birgə mülkiyyətlərinə verilmiş 0,32 ha həyətyanı torpaq sahəsindən, orada olan evlərdən, qeyri yaşayış sahələrindən və birgə mülkiyyətlərində olan 1,5 ha. pay torpaq sahəsinin atasının payına düşən hissəsindən ibarətdir. Daha sonra qardaşı qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən mərhum atasının adına qeydiyytda olan daşınmaz əmlaklara ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, **********80-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli tam mülkiyyət hüququ üzrə 158,7 kv/m olan fərdi yaşayış evinə və 0,0626 ha. torpaq sahəsininə dövlət reyestrindən çıxarış almışdır. Həmin Çıxarışa əsasən qardaşı Cavabdeh3 izi itirmək üçün xx.xx.2024-cü il tarixdə Salyan regional “Asan xidmət” Mərkəzinin nötariat ofisində qanunsuz 1/1 hissə miras əmlak kimi qəbul etdiyi Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, 195 ünvanında yerləşən ümumi sahəsi 158,7 kv/m olan fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0,0626 ha. torpaq sahəsini 19.000 manata X11 alqı-satqı müqaviləsinə əsasən satmışdır. Belə ki, X35 Federasiyasında yaşayır. O, qanuniliyi tərəfındən mübahisələndirilən alqı-satqı müqaviləsini bağlamaq üçün Azərbaycan Respublikasına qardaşı tərəfindən gətirilmişdir. Həmin alqı-satqı müqaviləsinə əsasən X21 ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş, **********80-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli tam mülkiyyət hüququ üzrə 158,7 kv/m olan 5 otaqlı evə və 0,0626 ha. torpaq sahəsininə dövlət reyestrindən çıxarış almışdır. Onun qardaşı bir qədər də irəli gedərək izi tamamilə silmək üçün xx.xx.2024-cü ildə Salyan regional “Asan xidmət” Mərkəzinin notariat X4 adına qeydiyytda olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 158,7 kv/m, yaşayış sahəsi 82,1 kv.m, yardımçı sahəsi 76,6 kv.m olan 5 otaqlı fərdi yaşayış evinin 1960-cı ildə inşa edilmiş ümumu sahəsi 97,9 kv/m, yaşayış sahəsi 52,6 kv.m, yardımçı sahəsi 41,7 kv.m olan 3 otaqlı fərdi yaşayış evini və həmin evin ümumi sahəsi olan 0,0626 ha. torpaq sahəsindən 0,0333 ha. hissəsini bölgü planına əsasən 12.000 manata Cavabdeh5 alqı-satqı müqaviləsinə əsasən satışını təşkil etmişdir. X21 miras əmlakın ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 60,8 kv.m, yaşayış sahəsi 25,9 kv.m, yardımçı sahəsi 34,9 kv.m olan 2 otaqlı fərdi yaşayış evini və həmin evin ümumi sahəsi olan 0,0293 ha olan torpaq sahəsini isə alqı-satqı müqaviləsinə əsasən X5. Beləliklə, ilkin olaraq qardaşı, daha sonra isə yuxarıda qeyd etdiyi təşkilatlar tərəfindən hüquqları pozulmuşdur. Biləsuvar RİHB-nm Amankənd kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əlövsət Hüseynov qardaşına vərəsələrin dairəsi barədə xx.xx.2023-cü il tarixli, 5-39-21/2-690/2023 saylı arayış verərək, həmin arayışda qardaşı Cavabdeh3 mərhum atasının yeganə vərəsəsi olmasını qeyd etsə də, sonradan ona xx.xx.2023-cü il 5-39-21/2-736/2023 saylı və xx.xx.2024-cü il tarixli 5-39-21/2-200/2024 saylı arayış verərək onun və qardaşı Cavabdeh3 mərhum atası X26 vərəsələri olduqlarını təsdiq etmişdir. Həmin fakt eyni zamanda məhkəməyə təqdim edilmiş onun və qardaşının doğum haqqında şəhadətnamələrinin təsdiq olunmuş surətləri ilə bir daha təsdiq olunur. Beləlikə, Biləsuvar RİHB-nın Amankənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əlövsət Hüseynov qardaşına vərəsələrin dairəsi barədə verdiyi xx.xx.2023-cü il tarixli, 5-39-21/2- 690/2023 saylı arayışı ona verdiyi xx.xx.2024-cü il tarixli 5-39-21/2-200/2024 saylı arayışla təkzib etmişdir. Bundan əvvəl isə icra nümayəndəsi onun və qardaşı Nurlanın mərhum atalarının vərəsəsi olmaları barədə xx.xx.2023-cü il tarixdə 5-39-21/2-736/2023 saylı arayışı ona vermişdir. O, da həmin arayışı xx.xx.2023-cü il tarixdə saat 12 radələrində notariusa təqdim etmişdir. Həmin vaxt isə qardaşı Nurlana vərəsəlik şəhadətnaməsi verilməmişdir. Notarius tərəfindən vəkilin sorğusuna əsasən təqdim edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamədən məlum olur ki, həmin şəhadətnamə xx.xx.2023-cü il tarixdə saat 16:04-də çap olunaraq bundan sonra Nurlana verilmişdir. Yəni, notarius Nurlana vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən ona məlum olmuşdur ki, Nurlan yeganə vərəsə olmamış, o, da Nurlanla eyni hüquqlu vərəsədir. Lakin buna baxmayaraq notarius Nurlanın yeganə vərəsə olması barədə şəhadətnamə vermiş və onun qanunla qorunan hüquqlarını pozmuşdur.Başqa sözlə notarius qanunun tələblərini icra etməsə də, lakin icra nümayəndəsi sonradan öz səhvini düzəltməklə, ona qeyd etdiyi arayışı verməklə təsdiq etmişdir ki, həqiqətən o və qardaşı Cavabdeh3 xx.xx.2023-cü il tarixdə vəfat etmiş X26 birinci növbədə olan vərəsələridirlər. Yuxarıda qeyd etdiyi kimi, mərhum Mehman İmanovun birinci növbədə vərəsəsi olmasına baxmayaraq miras əmlak tam həcmdə qardaşına verilmiş, bununla da qanunun tələbi pozulmuşdur. Qardaşı Cavabdeh3 izi itirmək üçün miras əmlak kimi qəbul etdiyi yaşayış evini və həyətyanı torpaq sahəsini dəyərindən qat-qat aşağı 19.000 manata xalası qızı X3. Bununla kifayətlənməyən qardaşı Cavabdeh3 Aybəniz İsmaylovaya satdığı evin bir hissəsinin də onun tərəfindən Cavabdeh5 12.000 manata satılmasını təşkil etmişdir. Biləsuvar şəhərinin M.İbrahimov küçəsində bir sot torpağı 5000 manata satırlar. Həmin küçədə qeyd etdiyi qiymətdən aşağı heç bir vaxt torpaq almaq mümkün deyildir. Həmin küçədə yerləşən evlərin və həyətyanı torpaq sahələrinin 19.000 və 12.000 manata satılması ağlabatan deyildir və görüntü yaratmaq məqsədilə edilmişdir. Bunlar hamısı vərəsə kimi atasından miras qalmış əmlakdan onu məhrum etməyə yönəldilmiş hərəkətlərdir. Buna görə də bu barədə tərtib edilmiş bütün əqdlər etibarsız olan əqdlərdir. Beləliklə, qardaşı Cavabdeh3 icra nümyəndəsi və notariusla qanunsuz əlaqəyə girməklə onların verdikləri sənədlər əsasında konstitsion hüquqları pozulmuşdur. İddiaçı məhkəməyə ərizə təqim edərək Biləsuvar rayonu Amankənd kəndində yaşayış evində, torpağın mülkiyyətə verilməsinə dair JN-51A (KOD ********) şəhadətnaməyə əsasən birgə mülkiyətlərinə verilmiş 0.32 ha həyətyanı torpaq sahəsində və pay torpaq sahəsində ½ hissədə miras payının müəyyən edilməsi barədə hissədə iddiasının baxılmamış saxlanılmasını xahiş etmişdir. İddiaçı vəkili X27 iddiaçı ilə eyni məzmunda ifadə verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi X37 məhkəmə iclasında izahatında göstərmişdir ki, Cavabdeh3 vərəsə olaraq aidiyyəti sənədlərlə notariat ofisinə müraciət edərək, ona atası X22 miras qalmış ünvan 3 ünvanda yerləşən yaşayıv evinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və bununla bağlı ərizə təsdiq etmişdir. Həmin ərizədə ona Azərbcan Respublikası MM-nin 1159-cu maddəsində nəzərdə tutulan (ondan başqa digər vərəsələrin olub-olmaması) məsuliyyəti elan olunmasına baxmayaraq o, digər birinci növbəli vərəsənin olmamasını bildirməklə vərəsəni gizlətmiş və ərizəsini imzalamışdır. Digər tərəfdən Cavabdeh3 sənədlərlə birlikdə Biləsuvar rayonu Amankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlövsət Hüseynov tərəfindən verilmiş vərəsəlik barədə arayışı da notariat ofisinə təqdim etməklə orada da yalnız özünün yeganə vərəsə olmasını bildirmişdir. Belə ki, notarius müxtəlif səpkili əqdləri rəsmiləşdirərkən "Notariat haqqında " Qanunun tələblərinə əsasən sorğular verir, arayışlar tələb edir və daxil olmuş həmin sənədlərə istinad edərək özgəninkiləşdirmə, vərəsəlik, sosial yardımla bağlı notariat hərəkətlərini həyata keçirir. Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş Yerli İcra Hakimiyyəti X15 5.1.9-cu bəndinin tələblərində göstərilir ki, ərazi nümayəndləri "ərazidə yaşayan vətəndaşlara, onların şəxsiyyətini, ailə vəziyyəini təsdiq edən arayışlar və digər arayışlar vermək vəzifələri daşıyırlar. Lakin bu arayışlar son dərəcə obyektiv verilməli, mövcud qanunveriçliyin tələblərinə uyğun olmalıdır". Nümayəndə arayışı verərkən təsərrüfatbaşına qaytanlanmış kitabdan da istifadə etməklə dəqiq arayış verə bilərdi. Sonradan bəlli olur ki, nümayəndə Əlövsət Hüseynov mərhum X36 ilə yaxın olmuş, onun 2 vərəsəsi olmasını bilmiş, hətta iddiaçıya məktəbdə dərs də demişdir. Özünə haqq qazandırmaq istəyən nümayəndə birbirinin ardınca verdiyi arayışlarda bu dəfə hər iki vərəsəni qeyd etməklə bir daha təsdiq olunur ki, hər iki vərəsənin olmasını çox yaxşı bilmişdir. İddiaçı israrlı şikayətindən sonra məsələnin açıldığını görən Ə.Hüseynov öz saxtakarlığını növbəti arayışla düzəltməyə çalışsa da gec olmuş, belə ki, artıq cavabdeh Nurlan Mehman oğluna həmin vaxta qədər vərəsəlik şəhadətnaməsi verilmişdir. Sonradan nümayəndə həmin arayışı "başqa təşkliata verməsi" ilə ört-basdır etməyə çalışmışdır. Halbuki, verilən arayışa əsasən və ümumiyyətlə vərəsəlik yalnız notariat orqanında rəsmiləşdirilir. Buna baxmayaraq notariat hərəkətini apararkən "Elektron Notariat" sistemində də inteqrasiya etməklə baxılması yoxlanılmalıdır. Lakin, vərəsəlik işini aparmış aparıcı mütəxəssis həmin vaxt sistemdə vərəsələrin görünmədiyini, sənədlər üst-üstə düşdüyündən vətəndaşın ərizəsini və ərazi nümayəndəsinin təsdiq etdiyi vərəsəlik arayışını əsas götürdüyünü bildirmişdir. İddiaçı notariat ofisinə ərizə ilə müraciət etdikdən sonra ona digər vərəsənin olması bəlli olmuş və dərhal şəhadətnaməni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən geri tələb edib ala bilmişdir. Aldıqdan sonra iddiaçıya da mirasdan pay verilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində Xidmətlər Baş idarəsinə rəsmi müraciət etməklə, ərizəsini sistemə əlavə etməklə onun da adının düzəliş edilməklə şəhadətnaməyə əlavə olunması üçün təsdiq qeydinin götürülməsini xahiş etsə də, Baş idarə tərəfindən çox yubanmaqla məsələyə müsbət münasibət bildirilməlidir. Məhz həmin ərəfədə vərəsəlik şəhadətnaməsi onun iş otağından müəmmalı şəkildə götürülərək Cavabdeh3 ötürülmüş və sonuncu ən qısa müddətdə Reyestr xidmətindən Çıxarış almış və evləri 19000 və 12000 manat qiymətləri ilə guya Rusiyadan gətirdiyi xalası qızı Cavabdeh4 satmışdır. Ona isə notarius olaraq yaxşı bəllidir ki, şəhərin ən mərkəzi küçəsi olan Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan küçədə elə bir evin real satış qiyməti 100000 manatdan çox yuxarıdır. Göründüyü kimi iddiaçının ərizəsində qeyd edildiyi kimi, bu əməliyyat görüntü xatirinə edilmiş, evi mübahisədə olduğu doğma bacısından uzaqlaşdırmaq məqsədində olmuş və müvəqqəti də olsa məqsədinə nail olmuşdur. Ona görə də İddiaçı atası X22 düşən miras payının bilərəkdən verilməməsi vəziyyəti nəzərə alınmaqla qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi Vəkil izahatında iddia tələbini qəbul etmədiyini, lakin Cavabdeh3 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 158.7 kvm olan fərdi yaşayış evini və həmin evin ümumi sahəsi 0.0626 ha olan həyətyanı torpaq sahəsini Cavabdeh4 alqı-satqısından əldə etdiyi 19.000 (on doqquz min) manat pulun yarı hissəsini iddiaçıya verməyə hazır olduğunu bildirdi. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi vəkil Nümayəndə izahatında iddia tələbini qəbul etmədiyini, iddiaçının yalnız Cavabdeh3 qarşı məhkəmədə iddia qaldırmalı olduğunu, Cavabdeh4 qarşı tələbinə gəlincə isə Cavabdeh4 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 158.7 kvm olan fərdi yaşayış evini və həmin evin ümumi sahəsi 0.0626 ha olan həyətyanı torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 19000 (on doqquz min) manat pul ödəməklə əldə etdiyini, bu fakt barədə vicdanlı əldə edən olduğunu əsas gətirməklə Cavabdeh4 qarşı tələbin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, ev almaq arzusunda olmuşdur. Buna görə də 17 fevral 2024-cü il tarixdə Cavabdeh4 ilə notarial qaydada alqı-satqı müqaviləsi bağlamaqla Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, 195 ünvanında yerləşən, ümumi sahəsi 158.7 kvm, yaşayış sahəsi 82 kvm, yardımçı sahəsi 76.6 kvm olan 5 otaqlı fərdi yaşayış evinin 1960-cı ildə inşa edilən ümumi sahəsi 97.9 kvm, yaşayış sahəsi 56.2 kvm, yardımçı sahəsi 41.7 kvm olan 3 otaqlı fərdi yaşayış evini və həmin evin ümumi sahəsi 0.0626 ha olan torpaq sahəsindən 0.0333 ha hissəsini Cavabdeh4 12000 (on iki min ) manat pul ödəməklə əldə etmişdir. Həmin evin alqı-satqısı zamanı bütün sənədlər notarius tərəfindən yoxlanılmış, Cavabdeh4 notarius tərəfindən satıcı olaraq sərəncam səlahiyyəti təsdiq edilmişdir. Ona görə də alqı-satqı aktı üzrə vicdanlı əldə edən olmasını əsas gətirməklə ona qarşı tələbin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X10 nümayəndəsi vəkil X33 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, X6 Aybəniz Tofiq qızı ilə 22 aprel 2024-cü il tarixdə notariat qaydada alqı-satqı müqaviləsi bağlamaqla ünvan 1A, yeni qaydalarla ünvan 2 ünvanında yürləşən ümumi sahəsi 60.8 kvm, yaşayış sahəsi 25.9 kvm, yardımçı sahəsi 34.9 kvm olan 2 otaqlı fərdi yaşayış evini və həmin evin ümumi sahəsi 0.0293 ha olan torpaq sahəsinı Cavabdeh4 47300 (qırx yeddi min üç yüz) manat pul ödəməklə əldə etmişdir. Həmin evin alqı-satqısı zamanı bütün sənədlər notarius tərəfindən yoxlanılmış, Cavabdeh4 notarius tərəfindən satıcı olaraq sərəncam səlahiyyəti təsdiq edilmişdir. Ona görə də alqı-satqı aktı üzrə vicdanlı əldə edən olmasını əsas gətirməklə ona qarşı tələbin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinın iddia ərizəsinə etiraz edilməsi barədə məktubundan görünür ki, fərdi yaşayış evinin xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsi, Şirvan İnzibati Məhkəməsinin 23 noyabr 2012- ci il tarixli 2-1 (86)-1023/2012 saylı qərarı (795 kv.metr torpaq sahəsinə dair) , qərar əsasında ləğv edilmiş DTXK-nin Biləsuvar rayon şöbəsi tərəfindən xx.xx.2013-ci il tarixli plan və ölçü sənədi və evin lahiyəsi əsasında X13 adına 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən ünvan 5 ünvanda 0.0795 ha torpaq sahəsinə və fərdi yaşayış evinə 24 may 2019-ci il tarixli, **********80-10301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. Sonra həmin daşınmaz əmlak Biləsuvar rayon Notariat Kontorunun 03 oktyabr 2022-cu il tarixli, 2V-555 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X26 adına keçirilərək, 13 oktyabr 2022-cu il tarixdə **********80-10301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Salyan regional “Asan xidmət” mərkəzinin notariat ofisnin 17 fevral 2024-ci il tarixli 4Ə-218 saylı müqaviləsinə əsasən ünvan 6 ünvanda 0.0333 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə Cavabdeh5 adına 22 fevral 2024-ci il tarixdə **********04-10301 reyestr nömrəli çıxarış verilmişdir. Notariat ofisinin təsdiq etdiyi 31 oktyabr 2022-ci il tarixli bölgü planına əsasən X26 adına Biləsuvar şəhəri, T.İsmayılov küçəsində yerləşən 0.0169 ha torpaq sahəsinə 24 noyabr 2022-ci il tarixdə **********52 reyestr nömrəli çıxarış verilmişdir. Notariat ofisinin 28 noyabr 2022-ci il tarixli 4Ə-984 nömrəli müqaviləsinə əsasən Cavabdeh5 həmin 0.0169 ha həyətyanı torpaq sahəsinə 24 dekabr 2022-ci il tarixdə **********52 reyestr nömrəli çıxarış verilmişdir.Salyan regional “Asan xidmət” mərkəzinin notariat ofisnin 24 aprel 2024-ci il tarixli 4Ə- 408 saylı müqaviləsinə əsasən ünvan 7 ünvanda 0.0293 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə X14 adına 07 may 2024-ci il tarixdə **********03-10301 reyestr nömrəli çıxarış verilmişdir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Odur ki, İddiaçı 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Salyan regional “Asan xidmət” Mərkəzinin notariat ofisi, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi və Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Amankənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məsəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xİİ-JQ seriyalı 425795 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə anadan olmuşdur, atası X36, anası X34 qeyd edilmişdir. İş materiallarında Xİİİ-JQ seriyalı 420864 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1989-cu ildə anadan olmuşdur, atası X36, anası X34 qeyd edilmişdir. İş materiallarında olan ünvan 9si üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-39-21/2- 198/2024 saylı arayışından görünür ki, İmanova X23 rayonu Amankənd kəndində qeydiyyatdadır də hal-hazırda həmin ünvanda yaşayır. İş materiallarında olan ünvan 9si üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-39- 21/2-200/2024 saylı arayışından görünür ki, X36 08 iyul 2023-cü il tarixdə vəfat etmişdir.X26 daimi yaşayış yeri Biləsuvar rayonu Amankənd kəndi olmuş və onun İddiaçı və Cavabdeh3 adlı vərəsələri qalmışdır. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 xüsusi notariusu X12 tərəfindən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X26 vərəsəsi-Biləsuvar rayonu Amankənd kəndi ünvanında qeydiyyatda olan Cavabdeh3 miras əmlakdan 1/1 hissədə pay almalıdır. Miras əmlak ƏMDK yanında Cəlilabad ərazi idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X29 verilmiş **********80-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Biləsuvar şəhəri M.İbrahimov küçəsi 195 ünvanında yerləşən ümumi sahəsi 158.7 kv.m olan fərdi yaşayış evindən, 0,0626 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan AZ-İİ № 365221 saylı X19 surətindən görünür ki, X36 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materillarında olan AZ-İİ № 042822 saylı X19 surətindən görünür ki, X34 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Biləsuvar şəhəri M.İbrahimov küçəsi 195 ünvanında yerləşən ümumi sahəsi 158.7 kvm olan fərdi yaşayış evi və 0.0626 ha torpaq sahəsi Cavabdeh3 adına (reyestr nömrəsi **********80-10301, qeydiyyat nömrəsi **********) xx.xx.2024-cü il tarixdə ƏMDK-nin yanında DƏDRX-də 18 nömrəli kitabın 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ № ******* saylı xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İmanlı X17 şəhəri, M.İbrahimov küçəsi, ev 195 ünvanında yerləşən ümumi sahəsi 158.7 kvm olan fərdi yaşayış evini və həmin evin ümumi sahəsi 0.0626 ha olan həyətyanı torpaq sahəsini Cavabdeh4 19000 (on doqquz min) manata satmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 158,7 kv.m, 0.0626 ha torpaq sahəsi ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə (reyestr nömrəsi **********80-10301) 18 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində Cavabdeh4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ № ******* saylı xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 Biləsuvar şəhəri M.İbrahimov küçəsi 195 ünvanında yerləşən ümumi sahəsi 158.7 kvm, yaşayış sahəsi 82.1 kvm, yardımçı sahəsi 76.6 kvm olan 5 otaqlı fərdi yaşayış evinin 1960-cı ildə inşa edilən ümumi sahəsi 97.9 kvm, yaşayış sahəsi 56.2 kvm, yardımçı sahəsi 41.7 kvm olan 3 otaqlı fərdi yaşayış evini və həmin evin ümumi sahəsi 0.0626 ha olan torpaq sahəsindən 0.0333 ha hissəsini bölgü planına əsasən Cavabdeh5 12000 (on iki min) manata satmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Biləsuvar şəhəri M.İbrahimov küçəsi 195A, yeni qaydalarla ünvan 11 ünvanında olan 97.9 kvm fərdi yaşayış evi, 0.0333 ha torpaq sahəsi Cavabdeh5 adına ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə (reyestr nömrəsi **********04-10301) 26 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ № ******* saylı xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 Biləsuvar şəhəri M.İbrahimov küçəsi 195A, yeni qaydalarla ünvan 12 ünvanında yürləşən ümumi sahəsi 60.8 kvm, yaşayış sahəsi 25.9 kvm, yardımçı sahəsi 34.9 kvm olan 2 otaqlı fərdi yaşayış evini və həmin evin ümumi sahəsi 0.0293 ha olan torpaq sahəsinı X16 47300 (qırx yeddi min üç yüz) manata satmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Biləsuvar şəhəri M.İbrahimov küçəsi 195A, yeni qaydalarla: AZ 1300, ünvan 13 ünvanında yürləşən ümumi sahəsi 60.8 kvm olan fərdi yaşayış evi və 0.0293 ha torpaq sahəsi X10 adına ƏMDK-nin yanında DƏDRXnin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə (reyestr nömrəsi **********03- 10301) 26 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-051A kod 80803018 Şəhadətnaməyə əsasən Biləsuvar rayonu Əmənkənd kənd sakini X29, İddiaçı və Cavabdeh3 Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1997-ci il tarixli 16 saylı qərarı ilə 0.32 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbacan Respublikası Mülki Məcəlləsinin: 1133.1-maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qeyd olunan maddi hüquq normalarının tələblərindən görünür ki, miras əmlakın vərəsə təfəfindən qəbul edildiyi andan ona mülkiyyət hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarından görünür ki, X26 xx.xx.2023-cü il tarixdə ölməsi ilə miras açılmış, bununla da miras əmlakdan vərəsələrin pay almaq hüquqları yaranmışdır. İşdən görünür ki, mərhum X26 X34 ilə birgə nikahlarından doğulmuş iki nəfər birinci növbənin vərəsələri İddiaçı və Cavabdeh3 olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, vərəsələdən İmanlı X17 Rayon İHBnın Amankənd kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən ona xx.xx.2023cü il tarixdə ölmüş X26 vərəsəsi olması barədə arayışını Biləsuvar rayon Notariat Ofsinə təqdim etmiş və bununla da miras qalmış Biləsuvar şəhəri M.İbrahimov küçəsi 195 ünvanında yerləşən ümumi sahəsi 158.70 kvm olan fərdi yaşayış evinə və 0.0626 ha torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqla, həmin əmlakları öz adına DƏDRX-də mülkiyyət hüququ ilə qeydiyyata aldırmış və həmin əmlakı notarial qaydada alqı-satqı müqavtiləsi bağlamaqla xalası qızı Cavabdeh4 19000 (on doqquz min) manata satmışdır. Bununla da miras əmlakda Cavabdeh3 ilə bərabər pay hüququna malik olan İddiaçı vərəsə olaraq miras əmlaka olan hüquqlarının pozulmasına səbəb olmuş və Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı əsaslarını yaratmışdır. Azərbacan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh4 Cavabdeh3 ilə Notariat Ofsində bağlanmış alqı-satqı müqaviləsinə əsasən Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, 195 ünvanında yerləşən ümumi sahəsi 158.70 kvm olan fərdi yaşayış evi və 0.0626 ha torpaq sahəsini öz adına DƏDRX-də mülkiyyət hüququ ilə qeydiyyata aldırmış və xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamaqla Biləsuvar şəhəri M.İbrahimov küçəsi 195 ünvanında yerləşən ümumi sahəsi 158.7 kvm, yaşayış sahəsi 82.1 kvm, yardımçı sahəsi 76.6 kvm olan 5 otaqlı fərdi yaşayış evinin 1960-cı ildə inşa edilən ümumi sahəsi 97.9 kvm, yaşayış sahəsi 56.2 kvm, yardımçı sahəsi 41.7 kvm olan 3 otaqlı fərdi yaşayış evini və həmin evin ümumi sahəsi 0.0626 ha olan torpaq sahəsindən 0.0333 ha hissəsini bölgü planına əsasən alıcı Cavabdeh5 12000 (on iki min) manata satmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, daha sonra Cavabdeh4 xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Biləsuvar şəhəri M.İbrahimov küçəsi 195A, yeni qaydalarla ünvan 12 ünvanında yürləşən ümumi sahəsi 60.8 kvm, yaşayış sahəsi 25.9 kvm, yardımçı sahəsi 34.9 kvm olan 2 otaqlı fərdi yaşayış evini və həmin evin ümumi sahəsi 0.0293 ha olan torpaq sahəsinı alıcı X16 47300 (qırx yeddi min üç yüz) manata satmış, qeyd olunan yaşayş evi və torpaq sahəsi Cavabdeh5 və X10 adına DƏDRX-də mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Azərbacan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 27 oktyabr 2004-cü il tarixli Qərarında hüquqi mövqeyni belə ifadə etmişdir ki, «… Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab olunur. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, «Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır». Məhkəmə Mülki Məcəllənin 140-cı maddəsinin tələbini və bu barədə Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyninə əsasən belə hesab edir ki, xx.xx.2024cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən alıcı olaraq Məmmədli X28 şəhəri M.İbrahimov küçəsi 195 ünvanında yerləşən ümumi sahəsi 158.7 kvm, yaşayış sahəsi 82.1 kvm, yardımçı sahəsi 76.6 kvm olan 5 otaqlı fərdi yaşayış evinin 1960-cı ildə inşa edilən ümumi sahəsi 97.9 kvm, yaşayış sahəsi 56.2 kvm, yardımçı sahəsi 41.7 kvm olan 3 otaqlı fərdi yaşayış evini və həmin evin ümumi sahəsi 0.0626 ha olan torpaq sahəsindən 0.0333 ha hissəsini bölgü planına əsasən alıcı Cavabdeh4 əldə edərkən və eyni qaydada alıcı olaraq X6 Aybəniz Tofiq qızı ilə xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi balamaqla Biləsuvar şəhəri M.İbrahimov küçəsi 195A, yeni qaydalarla ünvan 12 ünvanında yürləşən ümumi sahəsi 60.8 kvm, yaşayış sahəsi 25.9 kvm, yardımçı sahəsi 34.9 kvm olan 2 otaqlı fərdi yaşayış evini və həmin evin ümumi sahəsi 0.0293 ha olan torpaq sahəsinı əldə edərkən vicdanlı əldə edən şəxslər olmuşlar. Ona görə də iddiaçi İddiaçı Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, habelə X25 ilə Cavabdeh4 arasında xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu barədə müvafiq olaraq ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyatların etibarsız hesab edilməsinə dair hissədə iddiası əsaslı hesab edilə bilməz. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 tərəfindən Cavabdeh3 adına verilmiş 27 noyabr 2023-cü il tarixli vərəsəlik hüququ haqqında Şəhadətnamə, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına aparılmış 12 yanvar 2024-cü il tarixli **********80-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli qeydiyyat, 15 yanvar 2024-cü il tarixdə Salyan regional «Asan xidmət» Mərkəzinin notariat ofisində Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 158.7 kvm olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.0626 ha həyətyanı torpaq sahəsinin alqı-satqı müqaviləsi, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 158.7 kvm olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.0626 ha həyətyanı torpaq sahəsinin Cavabdeh4 adına aparılmış (reyestr nömrəsi **********80-10301, qeydiyyyat nömrəsi **********) xx.xx.2024-cü il tarixli qeydiyyat etibarsız hesab edilməlidir. İddia tələbi Cavabdeh4 ilə Cavabdeh5 arasında Biləsuvar şəhəri M.İbrahimov küçəsi 195 ünvanında yerləşən ümumi sahəsi 158.7 kvm, yaşayış sahəsi 82.1 kvm, yardımçı sahəsi 76.6 kvm olan 5 otaqlı fərdi yaşayış evinin 1960-cı ildə inşa edilən ümumi sahəsi 97.9 kvm, yaşayış sahəsi 56.2 kvm, yardımçı sahəsi 41.7 kvm olan 3 otaqlı fərdi yaşayış evinin və həmin evin ümumi sahəsi 0.0626 ha olan torpaq sahəsindən 0.0333 ha hissəsinin bölgü planına əsasən Cavabdeh5 12000 (on iki min) manata satılmasına dair alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsinə əsasən DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən Cavabdeh5 adına aparılan qeydiyyatın, Cavabdeh4 ilə X25 arasında Biləsuvar şəhəri M.İbrahimov küçəsi 195A, yeni qaydalarla ünvan 12 ünvanında yürləşən ümumi sahəsi 60.8 kvm, yaşayış sahəsi 25.9 kvm, yardımçı sahəsi 34.9 kvm olan 2 otaqlı fərdi yaşayış evinin və həmin evin ümumi sahəsi 0.0293 ha olan torpaq sahəsinın X1 dair alqı-satqı müqaviləsinin və DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən X10 adına aparlmış qeydiyyatın etibarsız hesab edilməsinə dair hissədə təmin edilməməli, iddia Biləsuvar rayonu Amankənd kəndində yaşayış evindən, torpağın mülkiyyətə verilməsinə dair JN-51A (KOD ********) şəhadətnaməyə əsasən birgə mülkiyətlərinə verilmiş 0.32 ha həyətyanı torpaq sahəsindən və pay torpaq sahəsindən ½ hissədə miras payının müəyyən edilməsi barədə hissədə baxılmamış saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 tərəfindən Cavabdeh3 adına verilmiş 27 noyabr 2023-cü il tarixli vərəsəlik hüququ haqqında Şəhadətnamə, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına aparılmış 12 yanvar 2024-cü il tarixli **********80-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli qeydiyyat, 15 yanvar 2024cü il tarixdə Salyan regional «Asan xidmət» Mərkəzinin notariat ofisində Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 158.7 kvm olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.0626 ha həyətyanı torpaq sahəsinin alqı-satqı müqaviləsi, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 158.7 kvm olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.0626 ha həyətyanı torpaq sahəsinin Cavabdeh4 adına aparılmış (reyestr nömrəsi **********80-10301, qeydiyyyat nömrəsi **********) xx.xx.2024-cü il tarixli qeydiyyat etibarsız hesab edilsin. İddia tələbi Cavabdeh4 ilə Cavabdeh5 arasında Biləsuvar şəhəri M.İbrahimov küçəsi 195 ünvanında yerləşən ümumi sahəsi 158.7 kvm, yaşayış sahəsi 82.1 kvm, yardımçı sahəsi 76.6 kvm olan 5 otaqlı fərdi yaşayış evinin 1960-cı ildə inşa edilən ümumi sahəsi 97.9 kvm, yaşayış sahəsi 56.2 kvm, yardımçı sahəsi 41.7 kvm olan 3 otaqlı fərdi yaşayış evinin və həmin evin ümumi sahəsi 0.0626 ha olan torpaq sahəsindən 0.0333 ha hissəsinin bölgü planına əsasən Cavabdeh5 12000 (on iki min) manata satılmasına dair alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsinə əsasən DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən Cavabdeh5 adına aparılan qeydiyyatın, Cavabdeh4 ilə X25 arasında Biləsuvar şəhəri M.İbrahimov küçəsi 195A, yeni qaydalarla ünvan 12 ünvanında yürləşən ümumi sahəsi 60.8 kvm, yaşayış sahəsi 25.9 kvm, yardımçı sahəsi 34.9 kvm olan 2 otaqlı fərdi yaşayış evinin və həmin evin ümumi sahəsi 0.0293 ha olan torpaq sahəsinın X1 dair alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsinə əsasən DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən X10 adına aparlmış qeydiyyatın etibarsız hesab edilməsinə dair hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X43
Məhkəmə qərarları › İş №2(022)-640/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-640/2024
02.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver