Məhkəmə qərarları › İş №2(022)-649/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-649/2024

26.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-649/2024 26.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi (Maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» Publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi idarəsi) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi adına verilmiş **********70 reyester nömrəsi ilə Çıxarışın ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhəkəməyə müraciət etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar rayonunun Ağalkənd kəndində yaşayır. Respublikada aqrar islahatlar aparılan zaman, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli 35 saylı qərarı ilə ona və ailə üzvlərinə əkin üçün ümumi birgə mülkiyyətə 2,90 hektar torpaq sahəsi verilmişdir. Buna dair adlarına Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı da tərtib olunmuşdur. X10 adı Ərizəçi olsa da, texniki səhv nəticəsində adı X2 göstərilmişdir. Halbuki, bu adda onun bacısı və ya digər qohumu yoxdur. Sonradan həmin Dövlət Aktına əsasən adlarına **********70 reyster nömrəsi olan Çıxarış da verilmişdir. Həmin Çıxarışda da adı yenə də səhv göstərilmişdir. Hazırkı məsələ ilə bağlı DƏDRX-nin Cəlilabad rayon 8 saylı Ərazi İdarəsinə müraciət etsə də bu günə kimi ona cavab verilməmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, ərizə geri qaytarılmalıdır Azərbaycan Respublikası MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli 35 saylı qərarı ilə X5 və onun ailə üzvlərinə 0,90 hektar torpaq sahəsi verilmişdir. X10 torpaq mülkiyyətçilərindən biri X1 göstərilmiş və həmin Dövlət Aktına əsasən adlarına **********70 reyster nömrəsi ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Göründüyü kimi Ərizəçi «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» Publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi idarəsinə Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda yanlışlığın aradan qaldırılması üçün həmin sənədləri verən orqana müraciət etməmiş və buna dair heç bir imtina sənədi almamışdır. MPM-nın 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: …149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi iddiaçıya geri qaytarılır. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq. QƏRARAALDİ: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən Biləsuvar rayon məhkməsinə ərizə verərkən xx.xx.2024-cü il tarixdə dövlət rüsumu (mədaxil qəbzi №**********) olaraq ödənilmiş 100 (bir yüz) manat pul Ərizəçi geri qatarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar