Məhkəmə qərarları › İş №2(022)-65/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-65/2023

13.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-65/2023 13.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X75 oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı5, iddiaçılar İddiaçı3 və İddiaçı6 nümayəndəsi və İddiaçı2, cavabdeh X50, onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı6 X58 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı Biləsuvar rayon notariat kontorunun notariusu tərəfindən verilmiş 27 mart 2019-cu il tarixli, 2V-149 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin sənəd əsasında əldə edilmiş bütün hüquqi sənədlərin, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən 03 may 2019-cu il tarixdə X50 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən 16 mart 2020-ci il tarixdə X13 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, X26 mirasının iddiaçılar tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən olunması, X21 miras qalmış Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 3 ünvanında yerləşən və 109.6 kvadrat metr sahəsi olan fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0,132 hektar torpaq sahəsində paylarının müəyyən edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı6 X58 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı Biləsuvar rayon notariat kontorunun notariusu tərəfindən verilmiş 27 mart 2019-cu il tarixli, 2V-149 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin sənəd əsasında əldə edilmiş bütün hüquqi sənədlərin, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən 03 may 2019-cu il tarixdə X50 adına verilmiş ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən 16 mart 2020-ci il tarixdə X13 adına verilmiş ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X21 miras qalmış Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 3 ünvanında yerləşən və 109.6 kvadrat metr sahəsi olan fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0,132 hektar torpaq sahəsində paylarının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı6 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək və ilkin iddia ərizəsində göstərilmiş tələblərə əlavə olaraq, X26 mirasının iddiaçılar tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişlər. Eyni zamanda, mülki işi məhkəmədə baxılmağa hazırlamaq mərhələsində, iş üzrə üçüncü şəxslər X33, X51 və X4 Tofik Ağa oğluna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinə və Biləsuvar rayon notariat kontoruna qarşı iddia ərizəsi ilə Biləsuvar rayon Məhkəməsinə müraciət edərək, müstəqil tələblər irəli sürməklə, Biləsuvar rayon notariat kontorunun notariusu tərəfindən verilmiş 27 mart 2019-cu il tarixli, 2V-149 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən 03 may 2019-cu il tarixdə X50 adına verilmiş ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X14, X28 və X10 X21 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində və həmin evin yerləşdiyi torpaq sahəsində məcburi paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə üçüncü şəxslər X33, X51 və X27 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən və nümayəndələrini məhkəməyə göndərmədən məhkəmə iclaslarına gəlməmişlər. Biləsuvar rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qərardadı ilə iş üzrə müstəqil tələbləri irəli sürmüş üçüncü şəxslər X14, X28 və X10 X58 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Biləsuvar rayon notariat kontorunun notariusu tərəfindən verilmiş 27 mart 2019-cu il tarixli, 2V-149 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən 03 may 2019-cu il tarixdə X50 adına verilmiş ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X14, X28 və X10 X21 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində və həmin evin yerləşdiyi torpaq sahəsində məcburi paylarının müəyyən edilməsi barədə iddia ərizəsi baxılmamış saxlanmışdır. İddiaçı1 məhkəmə iclasında iddiasını müdafiə edərək, göstərdi ki, o, X15 və X26 birgə nikahından doğulmuşdur. Həmin şəxslərin birgə nikahdan ondan başqa daha 7 övladı olmuşdur. Hazırda o və bacıları Babayeva Balabəyim və Ağayeva Badam sağ olsalar da, digər bacıları və qardaşları vəfat etmişlər. Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi onun mərhum atasına məxsus olmuş, atası vəfat etdikdən sonra anası X26 adına keçirilmişdir. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi isə 5 nəfərin, o cümlədən onun paylı mülkiyyətində olmuşdur. Anası S.C.İmanova vəfat etməmişdən əvvəl özünə məxsus Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evini onun bacısı X8 vəsiyyət etmişdir. Anası S.C.İmanova 23 noyabr 2014-cü il tarixdə vəfat etmişdir. Bundan sonra onun bacısı X16 miras əmlakın onun mülkiyyətinə verilməsi və payın ayrılması barədə Biləsuvar rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin mülki işə onun xəbəri və iştirakı olmadan baxılaraq, Biləsuvar rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli, 2(022)-162/2015 qətnaməsi ilə Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.22 hektar ölçüdə torpaq sahəsinin 3/5 hissəsi X5 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin 2/5 hissəsi isə onun mərhum qardaşı Ağayev Yusifin arvadı X13 adına rəsmiləşdirilmişdir. O, həmin mülki işdən xəbərsiz olduğu və məhkəmə iclaslarında iştirak etmədiyi halda, Biləsuvar rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli, 2(022)-162/2015 saylı qətnaməsində onun güya şahid qismində dindirildiyi göstərilmişdir. O, hətta şahid qismində dindirilmiş olsaydı belə, miras əmlakdan ona düşən məcburi payından və ya paylı mülkiyyətindən imtina etməsi barədə hər hansı dövlət orqanına və ya məhkəməyə heç bir ərizə verməmişdir. Biləsuvar rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli, 2(022)-162/2015 qətnaməsi daha sonra icraya yönəldilmiş və notariat kontorunda hər hansı vərəsəlik işi açılmadığı halda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsi Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0.22 hektar ölçüdə torpaq sahəsinin 3/5 hissəsini mülkiyyət hüququ əsasında X5 adına qeydə almışdır. A.X.Ağayeva vəfat etdikdən sonra həmin əmlaklar mülkiyyət hüququ əsasında sonuncunun əri X50 adına rəsmiləşdirilmişdir. O, yuxarıda qeyd edilənlərdən sırf təsadüf nəticəsində xəbər tutmuşdur. Belə ki, o, 2019-cu ilin sentyabr ayında mərhum anası X21 və atası X11 miras qalmış, Biləsuvar şəhərində yerləşən 1,83 hektar torpaq sahəsindəki paylarına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr aldıqdan sonra Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin yerləşdiyi 0.22 hektar ölçüdə torpaq sahəsinin 1/5 hissəsinə də daşınmaz əmlakın dövlət reyestrindən reyestrindən öz adına çıxarış almaq istəyərkən, mərhum bacısı A.X.Ağayevanın əri Cavabdeh1 ona bildirmişdir ki, onun qeyd edilən torpaq sahəsində heç bir payı yoxdur, çünki, məhkəmə qətnaməsi əsasında həmin sahənin 3/5 hissəsi A.X.Ağayevanın, 2/5 hissəsi isə X13 adına rəsmiləşdirilmişdir. O, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsindən qeyd edilən torpaq sahəsinin hüquqi statusu ilə maraqlandıqda, Biləsuvar rayon Məhkəməsinin 04 mart 2015ci il tarixli, 2(022)-162/2015 saylı qətnaməsindən xəbər tutmuş və qətnamənin surətini məhkəmədən almışdır. Bundan sonra ona məlum olmuşdur ki, Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.22 hektar ölçüdə torpaq sahəsinin hüquqi statusu məhkəmə qətnaməsi ilə müəyyən edildiyinə görə həmin qətnamə ləğv edilmədən onun həmin əmlaklar üzərində özünün mülkiyyət hüququnu bərpa etmək hüququ yoxdur. Biləsuvar rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli, 2(022)-162/2015 saylı qətnaməsi ilə onun 0.22 hektar torpaq sahəsindəki birgə mülkiyyət hüququna faktiki xitam verildiyinə və o, anasından miras qalmış fərdi yaşayış evindən məcburi pay almaq hüququndan mərhum edildiyinə görə o, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Biləsuvar Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(022)-165/2015 saylı qərardadı ilə onun tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti buraxılmamış hesab olunmuş, Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli, 2(022)-162/2015 saylı qətnaməsindən onun verdiyi apellyasiya şikayəti baxılması üçün, mülki işlə birlikdə, Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Biləsuvar Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(022)-162/2015 saylı qərardadından X5 hüquqi varisi X50 verdiyi şikayət təmin edilmədikdən sonra onun apellyasiya şikayəti baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi isə onun apellyasiya şikayətini təmin etmiş və həmin məhkəmənin 21 avqust 2020-ci il tarixli, 2(106)-2043/2020 saylı qərardadı ilə Biləsuvar rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli, 2(022)-162/2015 saylı qətnaməsi ləğv edilmiş, X5 mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda həmin şəxsin və X17 paylarının ayrılmaqla mülkiyyət hüquqlarının tanınması barədə ərizəsi baxılmamış saxlanmışdır. Biləsuvar rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli, 2(022)- 162/2015 saylı qətnaməsi ləğv edilsə də, həmin qətnamə əsasında verilmiş digər hüquqmüəyyənedici sənədlər hal-hazıradək ləğv edilməmişdir. Buna görə də o, anasından miras qalmış əmlakdan məcburi payını ala və birgə mülkiyyətində olan 0.22 hektar torpaq sahəsindəki payını ayıra bilmir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin vəzifəli şəxsləri ona izah etmişlər ki, Biləsuvar rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli, 2(022)-162/2015 saylı qətnaməsi ləğv edilsə də, həmin qətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində A.X.Ağayevanın və G.D.Həsənovanın adına aparılmış qeydiyyatlar məhkəmə qətnaməsi əsasında etibarsız hesab edilmədiyi təqdirdə, Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 3 ünvanında yerləşən və onun birgə mülkiyyət hüququnun olduğu 0.22 hektar torpaq sahəsindən onun payı ayrıla bilməz. Çünki, A.X.Ağayeva vəfat etdikdən sonra Biləsuvar rayon notariat kontoru Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş və həmin şəhadətnamə əsasında Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,132 hektar ölçüdə torpaq sahəsi artıq Cavabdeh1 adına qeydə alınmışdır. Notarius isə mübahəli daşınmaz əmlak barəsində daşınmaz əmlakın dövlət reyestrində A.X.Ağayevanın adına aparılmış qeydiyyat ləğv edilmədiyi halda, Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni ləğv edə bilməyəcəyini bildirmişdir. Bu məsələ bir çox şəxslərin maraqlarına və mənafelərinə toxunduğuna görə o, Biləsuvar rayon məhkəməsində iddia qaldırmaq yolu ilə Bundan başqa, Biləsuvar rayon Məhkəməsinin artıq ləğv edilmiş 04 mart 2015-ci il tarixli, 2(022)-162/2015 saylı qətnaməsi əsasında əldə edilmiş bütün hüquqmüəyyənedici sənədlərin ləğv edilməsini və mərhum anası S.C.İmanovadan miras qalmış fərdi yaşayış evində və həmin evin yerləşdiyi torpaq sahəsində payların yenidən müəyyənləşdirilməsini tələb etmək qərarına gəlmişdir. Mülki işə məhkəmədə baxıldığı dövrdə Cavabdeh1 və həmin şəxsin nümayəndəsi Nümayəndə güya onun anası S.C.İmanovadan miras qalmış əmlakın güya yalnız həmin şəxslər tərəfindən faktiki qəbul edildiyini və buna görə də güya digər vərəsələrin həmin əmlaka hüquqlarını itirdiklərini iddia etmişlər. Halbuki, onun mərhum anası S.C.İmanovadan yalnız Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi deyil, Biləsuvar şəhərində yerləşən 1,83 hektar ölçüdə pay torpaq sahəsi də miras qalmışdır ki, həmin torpaq sahəsini anasının vəfatından sonra o və mərhum qardaşı X22 arvadı İddiaçı2 və uşaqları istifadə edərək, orada əkin əkmişlər. Səhhəti həmin torpaq sahəsini əkməyə imkan vermədikdən sonra, 2020-ci ildə o, həmin torpaq sahəsindəki payını notariat qaydasında İddiaçı2 bağışlamışdır. Çünki, İddiaçı2 həmin torpaq sahəsini əkərək, əldə etdiyi gəlirdən onun müalicəsinə də maddi yardım göstərir. Həmçinin o, uşaq vaxtından hal-hazıradək Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evində qeydiyyatdadır. Lakin Cavabdeh1 onun həmin evdə yaşamasına imkan vermədiyinə görə o, həmin evdə yaşaya bilməyərək, hazırda müvəqqəti olaraq digər qohumlarının evində yaşayır. Notariat kontoru da onun Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evində qeydiyyatda olmasını əsas tutaraq, məhrum anası S.C.İmanovadan miras qalmış 1.83 hektar ölçüdə pay torpağına dair onun adına 2019-cu ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Məhrum anası S.C.İmanova Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evini mərhum bacısı A.X.Ağayevaya vəsiyyət etsə də, onun həmin əmlakda məcburi payı vardır. Bundan başqa, Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında S.C.İmanovanın adına qeydə alınsa da, həmin evin yerləşdiyi 0.22 hektar torpaq sahəsi 5 nəfərin, o cümlədən onun paylı mülkiyyətindədir. Lakin Cavabdeh1 artıq ləğv olunmuş məhkəmə qətnaməsini əsas tutaraq, onun nəinki Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evindən istifadə etməsinə imkan vermir, hətta həmin evin yerləşdiyi 0.22 hektar torpaq sahəsindən onun payına düşən 1/5 hissəsini də ələ keçirmişdir. Sonda, İddiaçı1 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı3 və İddiaçı6 nümayəndəsi və İddiaçı2 məhkəmədə iddia tələblərini tam həcmdə müdafiə edərək, bildirdi ki, İddiaçı1 onun baldızı, digər iddiaçılar isə onun övladlarıdır. O, 1991-ci ildə X42 ilə rəsmi nikaha daxil olaraq, sonuncunun valideynlərinə məxsus Biləsuvar şəhəri Ş.Qurbanov küçəsində yerləşən 3 saylı evə gəlin qismində köçmüşdür. Həmin evdə yaşadığı müddətdə onun H.X.Ağayevlə birgə nikahından 4 övladı anadan olmuşlar. X2 1990-cı illərin ortalarında vəfat etdikdən sonra həmin ev onun mərhum qayınanası S.C.İmanovanın adına keçirilmişdir. Əri H.X.Ağayev 2012-ci ildə, qayınanası S.C.İmanova isə 2014-cü ildə vəfat etmişlər. Bundan bir müddət sonra onun mərhum baldızı X16 və sonuncunun əri Cavabdeh1 mübahisəli fərdi yaşayış evinin vərəsəlik əsasında onların mülkiyyətinə keçdiyini iddia edərək, onu Biləsuvar şəhəri Ş.Qurbanov küçəsində yerləşən 3 saylı evdən qovmuşlar. Buna görə də o, 2016-cı ildə övladları ilə birlikdə Biləsuvar şəhəri Ş.Qurbanov küçəsində yerləşən 3 saylı evə köçürülməsi barədə Biləsuvar rayon Məhkəməsində iddia qaldırmışdır. Biləsuvar rayon Məhkəməsinin 05 may 2016-cı il tarixli qətnaməsi ilə o, övladları ilə birlikdə həmin evə köçürülmüşdür. Lakin mərhum baldızı A.X.Ağayeva vəfat etdikdən sonra sonuncunun əri Cavabdeh1 və qızı Nümayəndə Tofiq qızı onun həmin evdə yaşamalarına yenə də imkan verməmiş, tez-tez evdə münaqişələr yaradaraq, hətta onu döymüşlər. Onun ərizəsi əsasında Nümayəndə Tofiq qızının onu döyməsi faktına Biləsuvar rayon polis şöbəsində təhqiqat aparılsa da, o, Nümayəndə barışıq verdiyinə görə həmin işə xitam verilmişdir. Bununla belə, Nümayəndə onun mübahisəli evdə yaşamasına imkan verməyərək, onu Biləsuvar şəhəri Ş.Qurbanov küçəsində yerləşən 3 saylı evdən qovsa da, ona məxsus mebel əşyaları həmin evin bir otağında qalmaqda davam edir və o, həmin otağı qıfıllayaraq, açarı özündə saxlayır. Mübahisəli evdən başqa, qaynanası S.C.İmanovadan pay torpaq sahəsi də miras qalmışdır. Biləsuvar şəhərində yerləşən 1,83 hektar ölçüdə həmin torpaq sahəsini qayınanasının vəfatından sonra o, övladları və baldızı İddiaçı1 əkib becərmişlər. Buna görə də o, həmin torpaq sahəsindən əri H.X.Ağayevə düşən hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqdan və baldızı İddiaçı1 və övladları öz paylarını ona bağışladıqdan sonra daşınmaz əmlakın dövlət reyestrindən Biləsuvar şəhərində yerləşən 1,8315 hektar ölçüdə həmin torpaq sahəsinə tam mülkiyyət hüququna dair çıxarış almışdır. Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi S.C.İmanovanın təkbaşına mülkiyyətində olsa da, həmin evin yerləşdiyi 0.22 hektar torpaq sahəsi 5 nəfərin, o cümlədən onun mərhum əri H.X.Ağayevin birgə mülkiyyətində olmuşdur. Cavabdeh1 Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 3 saylı evi qanunsuz məhkəmə qətnaməsi əsasında öz mərhum arvadının adına rəsmiləşdirsə də, həmin qətnamə artıq ləğv edilmişdir. Belə olan halda, həmin ev yenə də S.C.İmanovanın mülkiyyətində sayılır. S.C.İmanova həmin evə dair Cavabdeh1 arvadı A.X.Ağayevanın adına vəsiyyətnamə versə də, onun mərhum əri H.X.Ağayevin, buna müvafiq olaraq onun və övladlarının da həmin evdə məcburi payları vardır. Bundan başqa, həmin evin yerləşdiyi torpaq sahəsinin 1/5 hissəsi də onun mərhum əri H.X.Ağayevin birgə mülkiyyətində olduğu üçün Cavabdeh1 və G.D.Həsənova həmin torpaq sahəsini tam olaraq öz mülkiyyətinə keçirə bilməzdilər. O, mülki mübahisənin cavabdehlərlə məhkəmədənkənar qaydada həll etməyə çalışsa da, Cavabdeh1 və sonuncunun qızı Nümayəndə onunla hər hansı barışığa getməyəcəklərini bildirmişlər. Buna görə də o, məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Hazırda o, özünün və övladlarının Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evində və həmin evin yerləşdiyi torpaq sahəsində paylarının müəyyən edilməsini tələb edir. Sonda İddiaçı2 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı4 və İddiaçı5 məhkəmədə iddiaçılar İddiaçı1 və X.G.Ağayevanın izahatlarını müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh1 məhkəmədə iddianı qəbul etməyərək, izahat verməyi nümayəndəsi Nümayəndə Tofiq qızına həvalə etdiyini bildirdi. Cavabdehin nümayəndəsi Nümayəndə Tofiq qızı məhkəmədə iddianı qəbul etməyərək, göstərdi ki, Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi onun mərhum nənəsi X26 mülkiyyətində olmuş, həmin şəxs özünün bütün övladlarına torpaq payı verdikdən sonra ölümündən az əvvəl həmin evi və evin yerləşdiyi torpaq sahəsini onun mərhum anası X8 vəsiyyət etmişdir. Buna görə də mərhum anası A.X.Ağayeva 2015-ci ildə Biləsuvar rayon Məhkəməsinə müraciət edərək, həmin miras əmlakın onun mülkiyyətinə verilməsini xahiş etmişdir. Biləsuvar rayon Məhkəməsində onun anası A.X.Ağayevanın ərizəsinə bütün vərəsələrin, o cümlədən İddiaçı1 iştirakı ilə baxılmış, məhkəmənin 04 mart 2015-ci il tarixli qətnaməsi ilə Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi üzərində onun anası A.X.Ağayevanın mülkiyyət hüququnu tanımış, habelə həmin evin yerləşdiyi torpaq sahəsinin 3/5 hissəsi üzərində A.X.Ağayevanın, 2/5 hissəsi üzərində isə mərhum dayısı X23 arvadı X13 paylarını müəyyən etmişdir. Məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsi tərəfindən Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinin 0,132 hektar hissəsi üzərində A.X.Ağayevanın mülkiyyət hüququna dair, qalan 0,88 hektar torpaq sahəsinə dair isə G.D.Həsənovanın mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar vermişdir. Lakin həmin qətnamənin qəbulundan 5 il sonra İddiaçı1 Biləsuvar rayon Məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti verməklə, qətnamənin ləğvinə nail olmuşdur. Hazırda iddiaçılar mübahisəli evdən və torpaq sahəsindən pay tələb etsələr də, həmin şəxslərin qeyd edilən əmlaklarda heç bir payları yoxdur, çünki nənəsi X52 özünün mülkiyyətində olmuş həmin evi digər vərəsələrinə deyil, yalnız qızı A.X.Ağayevaya vəsiyyət etmiş, A.X.Ağayevanın ölümündən sonra isə vərəsəlik qaydasında sonuncunun əri Cavabdeh1 mülkiyyətinə keçmişdir. S.C.İmanovanın ölümündən sonra sonuncunun miras əmlakını yalnız onun mərhum anası A.X.Ağayeva qəbul etdiyinə görə digər vərəsələr həmin əmlakda pay hüquqlarını itirmişlər. İddiaçı2 və uşaqları mübahisəli evin bir otağını qıfıllayıb açarı özlərində saxlasalar da, həmin şəxslərin həmin otaqda bir taxta şkafdan başqa heç bir əşyası qalmamışdır. Bundan başqa, iddiaçılar mübahisəli evdən paylarından imtina etmələrinə qarşılıq olaraq, onun anası A.X.Ağayevanın varisi kimi Cavabdeh1 da Biləsuvar şəhərində yerləşən 1,83 hektar torpaq sahəsindəki payından imtina etmişdir. Əgər iddiaçılar Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsində iddia etməyə davam edəcəklərsə, Cavabdeh1 da həmin pay torpaq sahəsindən öz payının ayrılmasını tələb edəcəkdir. Sonda, Nümayəndə iddanın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinin rəisi iddia ərizəsinə 17 oktyabr 2022-ci il tarixli etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, Biləsuvar rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli, 2(022)-162/2015 saylı qətnaməsi, Biləsuvar rayon İcra Şöbəsinin təsdiq etdiyi torpaq sahəsinin bölgü planı və torpağın mülkiyyətə verilməsinə dair JN-1154F nömrəli şəhadətnamə əsasında X5 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən ünvan 2 ünvanda 0.132 hektar torpaq sahəsinə və fərdi yaşayış evinə 27 iyul 2016-cı il tarixli, **********02-10301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. Sonra həmin daşınmaz əmlak Biləsuvar rayon notariat kontorunun 27 mart 2019-cu il tarixli, 2V-149 nömrəli qanun üzrə vərəsəlik hüququ əsasında şəhadətnamə ilə Cavabdeh1 adına keçirilərək, 03 may 2019-cu il tarixdə **********02-10301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Biləsuvar rayon notariat ofisinin 28 fevral 2020-ci il tarixli, 128 nömrəli alqı-satqı müqaviləsi və bölgü planı əsasında X13 adına ünvan 3 ünvanda yerləşən 0,048 hektar torpaq sahəsinə 16 mart 2020-ci il tarixdə **********22 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Sonda, həmin cavabdehin nümayəndəsi İddiaçı1 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Biləsuvar rayon notariat ofisinin notariusu məhkəməyə yazılı qaydada müraciət edərək, mülki mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş və işə həmin notariat kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddia ərizəsində üçüncü şəxs qismində göstərilmiş X35 mülki işi məhkəmədə baxılmağa hazırlamaq mərhələsində məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxslər X9, X33, X74, X63, X59, X60 və X24 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçıları və Cavabdeh1 və nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan rayon qeydiyyat şöbəsinin 24 sentyabr 2019cu il tarixli arayışından görünür ki, X34 və X43 24 avqust 1956-cı il tarixdə nikah bağlamışlar. İşdə olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 301286 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X34 09 noyabr 1998-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 717956 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X52 23 noyabr 2014-cü il tarixdə ölmüşdür. Mülki işdə olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 aprel 1975ci il tarixli 408729 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxxxx 1975-ci il tarixdə doğulmuşdur. Onun doğum haqqında şəhadətnaməsində atası qismində X34 və anası qismində X52 qeyd edilmişdir. İş materiallarında olan Biləsuvar rayon qeydiyyat şöbəsinin ******* nömrəli arayışından görünür ki, X42 12 aprel 1972-ci il tarixdə anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində atası qismində X34 və anası qismində X52 qeyd edilmişdir. İşdə olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 265062 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X42 və İddiaçı2 31 iyul 2006-cı il tarixdə nikah bağlamışlar. İşdə olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 157695 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X53 22 aprel 1996-cı il tarixdə doğulmuşdur. Onun doğum haqqında şəhadətnaməsində atası qismind X42, anası qismində isə İddiaçı2 qeyd edilmişdir. Mülki işdə olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 157697 nömrəli arayışdan görünür ki, İddiaçı3 24 sentyabr 1998-ci il tarixdə doğulmuşdur. Onun doğum haqqında şəhadətnaməsində atası qismində X42, anası qismində isə İddiaçı2 göstərilmişdir. İşdə olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 347307 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı4 04 mart 2003-cü il tarixdə doğulmuşdur. Onun doğum haqqında şəhadətnaməsində atası qismində X42, anası qismində isə İddiaçı2 qeyd edilmişdir. İş materiallarında olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 211832 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X44 19 aprel 2005-ci il tarixdə ölmüşdür. Mülki işdə olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 608269 nömrəli şəhadətnamənin surətindən aydın olur ki, X36 03 noyabr 2005-ci il tarixdə ölmüşdür. İşdə olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 504286 nömrəli şəhadətnamənin surətindən aydın olur ki, X42 15 may 2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 211833 nömrəli şəhadətnamənin surətindən aydın olur ki, X18 24 iyun 2013-cü il tarixdə ölmüşdür. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-695 seriyalı, 08800001 nömrəli dövlət aktının surətindən görünür ki, Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 34 saylı qərarı ilə X15 və onun ailə üzvləri-X52, X44, İddiaçı1, X42, X54, X29 mülkiyyətinə Biləsuvar şəhərində 1.8315 hektar torpaq sahəsi verilmişdir. İş materiallarinda olan torpağın mülkiyyətə verilməsinə dair JN-1154F seriyalı, 80800001 kodlu şəhadətnamənin surətindən görünür ki, Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 34 saylı qərarına əsasən X26 və onun ailə üzvlərinin- X23, İddiaçı1, X37 və X17 mülkiyyətinə Biləsuvar şəhərində 0.22 hektar ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarinda olan S.C.İmanova tərəfindən 05 fevral 2013-cü il tarixdə tərtib edilmiş vəsiyyətnamənin surətindən görünür ki, o, bütün əmlakını qızı X8 vəsiyyət etmişdir. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin A.X.Ağayevanın mirasın qəbul edilməsi faktını müəyyən edilməklə mülkiyyətinə verilməsi və həyətyanı torpaq sahəsindən payın ayrılması barədə ərizəsinə dair mülki iş üzrə 04 mart 2015-ci il tarixli 2(022)-162/2015 saylı qətnaməsinin surətindən görünür ki, A.X.Ağayevanın ərizəsi təmin edilərək, ünvan 4 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin beşdə üç hissəsi, yəni 0,132 hektar torpaq sahəsi və oradakı evə münasibətdə Ağabəyim Xanoğlan qızının mirasın qəbul edilməsi faktı müəyyən edilməklə, mülkiyyət hüququ tanınmış, həmin həyətyanı torpaq sahəsinin beşdə iki hissəsi, yəni 0,088 hektarı X13 uşağı Camalla birlikdə payı hesab edilmiş, tərəflərin JN-1154F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən həmin torpaq sahəsinə ümumi mülkiyyət hüququna xitam verilmişdir. Mülki işdə olan Şirvan Apellyasiya Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(106)- 2043/2020 saylı qərardadından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2015ci il tarixli 2(022)-162/2015 saylı qətnaməsi ləğv edilmiş, A.X.Ağayevanın hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən 27 iyul 2016-cı il tarixdə X16 adına verilmiş ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 0.132 hektar ölçüdə torpaq sahəsi və həmin sahədə yerləşən 109.6 kvadratmetr sahəsi olan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında X5 adına qeydə alınmışdır. Mülki işdə olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 avqust 2018-ci il tarixli 955120 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 17 avqust 2018-ci il tarixdə vəfat etmişdir. İşdə olan Biləsuvar Rayonu Notariat Kontoru tərəfindən təsdiq olunmuş 400244 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 və Cavabdeh1 arasında 01 dekabr 1977-ci il tarixdə nikah bağlanmışdır. İşdə olan 27 mart 2019-cu il tarixli 2V-149 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 X5 yeganə vərəsəsi kimi göstərilərək, həmin şəxsin miras əmlakı olan ünvan 5 ünvanında yerləşən 0.132 hektar torpaq sahəsindən və həmin sahədə yerləşən 109.6 kvadratmetr sahəsi olan fərdi yaşayış evindən 1\1 hissədə pay almışdır. Mülki işdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 0.132 hektar torpaq sahəsi və həmin sahədə yerləşən 109.6 kvadratmetr sahəsi olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X50 adına qeydə alınmışdır. İşdə olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 sentyabr 2019-cu il tarixli, 2559 nömrəli arayışından görünür ki, Ağayeva X7 şəhər, Ş.Qurbanov küçəsi, ev 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 sentyabr 2019-cu il tarixli arayışından görünür ki, X22 ölümündən sonra onun mirasını, vərəsələri qismində arvadı İddiaçı2, həmçinin övladları İddiaçı3, İddiaçı3, L.H.Ələkbərovaya və İddiaçı5 qəbul etmişlər. Mülki işdə olan Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 25 sentyabr 2019-cu il tarixli, 2V-331 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X38 oğlu X22 ölümündən sonra onun vərəsələrinə - arvadı İddiaçı2, həmçinin övladları İddiaçı3, İddiaçı3, L.H.Ələkbərovaya və Ş.H.X3 miras əmlakı qismində Biləsuvar şəhərində yerləşən 1,8315 hektar torpaq sahəsinin ona düşən hissəsindən 1/5 hissədə pay verilmişdir. İş materiallarında olan Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 25 sentyabr 2019-cu il tarixli, 2V-331 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X15 oğlu X22 ölümündən sonra onun vərəsələrinə - arvadı İddiaçı2, həmçinin övladları İddiaçı3, İddiaçı3, L.H.Ələkbərovaya, Ş.H.X1 miras əmlakı qismində Biləsuvar şəhərində yerləşən 1,8315 hektar torpaq sahəsinin ona düşən hissəsindən 1/5 hissədə pay verilmişdir. Mülki iş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 sentyabr 2019-cu il tarixli arayışlarından görünür ki, X26, X15 və X23 ölümündən sonra həmin şəxslərin miras əmlaklarını vərəsəsi qismində faktiki olaraq İddiaçı1 qəbul etmişdir. İşdə olan Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 30 sentyabr 2019-cu il tarixli, 2V-336 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, S.C.İmanovanın vərəsəsi İddiaçı1 həmin şəxsin miras əmlakı olan, Biləsuvar şəhərində yerləşən 1,8315 hektar torpaq sahəsinin ona düşən hissəsindən 1/1 hissədə pay almışdır. İş materiallarında olan Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 30 sentyabr 2019-cu il tarixli, 2V-337 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X15 vərəsəsi İddiaçı1 həmin şəxsin miras əmlakı olan, Biləsuvar şəhərində yerləşən 1,8315 hektar torpaq sahəsinin ona düşən hissəsindən 1/1 hissədə pay almışdır. İşdə olan Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 30 sentyabr 2019-cu il tarixli, 2V-335 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X23 vərəsəsi İddiaçı1 həmin şəxsin miras əmlakı olan, Biləsuvar şəhərində yerləşən 1,8315 hektar torpaq sahəsinin ona düşən hissəsindən 1/1 hissədə pay almışdır. Mülki iş materiallarında olan Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 11 iyun 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı1, İddiaçı5, L.H.Ələkbərova və F.H.Ağayev **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 1.8315 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki paylarını İddiaçı2 bağışlamışlar. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 03 iyul 2020-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Biləsuvar şəhəri 1.8315 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı2 adına qeydə alınmışdır. Mülki işdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 08 fevral 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində 0,088 hektar torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X13 adına qeydə alınmışdır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X6 Xanoğlan Yunsur oğlu ilə birgə nikahda olmuş və həmin nikahından 8 övladı doğulmudur – İddiaçı1, X42, X16, X44, X36, X33, Babayeva (Ağayeva) Balabəyim Xanoğlan qızı və X12. X34 09 noyabr 1998-cü ildə, X52 isə 23 noyabr 2014-cü il tarixdə vəfat etmişlər. X52 vəfat etdiyi anda həmin şəxsin tam mülkiyyətində ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi olmuşdur. Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin üzərində yerləşdiyi 0.22 hektar torpaq sahəsi isə torpağın mülkiyyətə verilməsinə dair JN-1154F seriyalı, 80800001 kodlu şəhadətnaməyə və Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 34 saylı qərarına əsasən 5 nəfərin – X26, X23, İddiaçı1, X13 və X37 birgə mülkiyyətində olmuşdur. Bundan başqa, X26 birgə mülkiyyətində mülkiyyət hüququna dair JN-695 seriyalı, 08800001 nömrəli dövlət aktına əsasən Biləsuvar şəhərində yerləşən 1.8315 hektar torpaq sahəsi də olmuşdur ki, həmin torpaq sahəsi Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 34 saylı qərarına əsasən X15 və onun ailə üzvləri - X26, X23, İddiaçı1, X22, X30 və X29 birgə mülkiyyətinə verilmişdir. X52 05 fevral 2013-cü il tarixli vəsiyyətnamə əsasında bütün əmlakını qızı X8 vəsiyyət etmişdir. X16 2015-ci ildə Biləsuvar Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, mirasın qəbul edilməsi faktını müəyyən edilməklə mülkiyyətinə verilməsini və həyətyanı torpaq sahəsindən payın ayrılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli 2(022)-162/2015 saylı qətnaməsi ilə X5 ərizəsi təmin edilmiş, ünvan 4 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin beşdə üç hissəsi, yəni 0,132 hektar torpaq sahəsi və oradakı evə münasibətdə Ağabəyim Xanoğlan qızının mirasın qəbul edilməsi faktı müəyyən edilməklə, mülkiyyət hüququ tanınmış, həmin həyətyanı torpaq sahəsinin beşdə iki hissəsi, yəni 0,088 hektarı X13 uşağı Camalla birlikdə payı hesab edilmiş, tərəflərin JN-1154F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən həmin torpaq sahəsinə ümumi mülkiyyət hüququna xitam verilməsi qət edilmişdir. Biləsuvar rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli, 2(022)- 162/2015 saylı qətnaməsi və torpağın mülkiyyətə verilməsinə dair JN-1154F nömrəsli şəhadətnamə əsasında X5 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən ünvan 2 ünvanda 0.132 hektar torpaq sahəsinə və fərdi yaşayış evinə 27 iyul 2016-cı il tarixli, **********02-10301 reyestr nömrəli çıxarış və texniki pasport, 08 fevral 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əasəsən ünvan 9 ünvanında 0,088 hektar torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X13 adına qeydə alınmışdır. X16 17 avqust 2018-ci il tarixdə vəfat etmiş və Biləsuvar rayonu notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 27 mart 2019-cu il tarixli 2V-149 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 X5 vərəsəsi kimi, həmin şəxsin miras əmlakı olan ünvan 5 ünvanında yerləşən 0.132 hektar torpaq sahəsi və həmin sahədə yerləşən 109.6 kvadratmetr sahəsi olan fərdi yaşayış evindən 1\1 hissədə pay almışdır. Ağayeva X7 rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli, 2(022)-162/2015 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(106)-2043/2020 saylı qərardadı ilə Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli 2(022)-162/15 saylı qətnaməsi ləğv edilmiş, A.X.Ağayevanın hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanmışdır. Bundan başqa, işdə olan sübutlarla təsdiq olunur ki, X21 miras qalmış, həmin şəxsin birgə mülkiyyətində olmuş Biləsuvar şəhərində yerləşən 1,8315 hektar torpaq sahəsi, S.C.İmanovanın ölümündən sonra həmin şəxsin vərəsəsi olan İddiaçı1 və S.C.İmanovadan daha tez ölmüş oğlu X22 arvadı İddiaçı2 və övladları İddiaçı3, İddiaçı3, L.H.Ələkbərova və İddiaçı5 tərəfindən faktiki qəbul edilərək, idarə edilməklə yanaşı, iddiaçılar həmin miras əmlaka dair Biləsuvar rayonu notariat ofisinin xüsusi notariusundan müvafiq olaraq 30 sentyabr və 25 sentyabr 2019-cu il tarixlərdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışlar. Həmçinin iddiaçılar hal-hazıradək ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yanaşı, İddiaçı2 iddiası əsasında Biləsuvar rayon Məhkəməsinin 05 may 2016-cı il tarixli, 2(022)-711/2016 saylı qətnaməsinə əsasən həmin şəxsin, övladları İddiaçı3 və İddiaçı4 ilə birlikdə, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə görə miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2 və 1243.3-cü maddələrinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Həmin Məcəllənin 1289-cu maddəsinə əsasən hər bir miras şəriki digər miras şəriklərinin müvafiq payları almasını təmin etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1300-cü maddəsinə görə əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Həmin Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Həmin Təlimatın 96-cı bəndinin 4-cü hissəsinə görə vərəsəlik hüququ haqqında şəhadətnamə həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. İşdə olan sübutlarla təsdiq olunur ki, X52 05 fevral 2013-cü il tarixli vəsiyyətnamə əsasında bütün əmlakını qızı X8 vəsiyyət etsə də, A.X.Ağayeva miras əmlaka vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün Biləsuvar rayon notarait ofisinə müraciət etməyərək, birbaşa olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsindən Biləsuvar rayon Məhkəməsinin artıq ləğv edilmiş 04 mart 2015-ci il tarixli, 2(022)-162/2015 saylı qətnaməsi əsasında ünvan 2 ünvanda 0.132 hektar torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən 27 iyul 2016-cı il tarixli, **********02-10301 reyestr nömrəli çıxarış və texniki pasport əldə etmişdir. Bununla da X16 mirasın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş qaydaları pozaraq, notariat kontorundan vərəsəlik hüququ haqqında şəhadətnamə almamaqla yanaşı, digər vərəsələrin vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görmədən, Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evində qeydiyyatda olan, S.C.İmanovanın digər miras əmlakı, Biləsuvar şəhərində yerləşən 1,8315 hektar torpaq sahəsindəki hissəsini faktiki qəbul edərək idarə etmiş digər vərəsələrini - iddiaçıları bilərəkdən vərəsəlikdən kənara saxlamışdır. Məhkəmə hesab edir ki, Biləsuvar rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli, 2(022)-162/2015 saylı qətnaməsi artıq ləğv edildiyinə görə həmin qətnamə əsasında Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsi 03 ünvanında yerləşən və S.C.İmanovadan miras qalmış fərdi yaşayış evinə və torpaq sahəsinə dair verilmiş bütün hüquqmüəyyənedici sənədlər, o cümlədən Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsi 03 ünvanında yerlışən 0.132 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında X5 adına və həmin ünvanda yerləşən 0.088 hektar torpaq sahəsinin X13 adına qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, habelə X5 miras əmlakına dair Biləsuvar Rayonu Notariat Kontoru tərəfindən X50 adına verilmiş 27 mart 2019-cu il tarixli 2V-149 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında ünvan 5 ünvanında yerləşən 0.132 hektar torpaq sahəsi və həmin sahədə yerləşən 109.6 kvadratmetr sahəsi olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ əsasında X50 adına qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat etibarsız hesab edilməli, iddiaçılar tərəfindən S.C.İmanovanın mirasının faktiki qəbul edilməsi faktı müəyyən edilməklə, iddiaçıarın S.C.İmanovadan miras qalmış Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evində və həmin evin yerləşdiyi torpaq sahəsinin S.C.İmanovaya düşən hissəsində payları müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 236-1.1 və 236-1.2-ci maddələrinə görə İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. İş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(106)-2043/2020 saylı qərardadı ilə Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli 2(022)-162/15 saylı qətnaməsi ləğv edilərək, A.X.Ağayevanın hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsa da, həmin qətnamə əsasında görülmüş icra tədbirləri üzrə hal-hazıradək dönüş aparımamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Xocalıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 4 iyun 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 iyul 2014-cü il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Buna görə də məhkəmə hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli 2(022)-162/15 saylı qətnaməsinin icrasından sonra xeyli sayda şəxslərin hüquqlarına və maraqlarına toxunan hüquqmüəyyənedici sənədlər verildiyinə görə həmin qətnamə üzrə icrada dönüş tədbirlərinin hazırki mülki iş çərçivəsində görülməsi prosessual qənaət prinsipinə uyğundur. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarına görə vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin irəli sürdükləri tələblər üzrə qətnamə çıxarmalıdır. İş materiallarından görünür ki, X21 miras qalmış əmlaklara həmin şəxsin tam mülkiyyətində olmuş ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi, torpağın mülkiyyətə verilməsinə dair JN-1154F seriyalı, 80800001 kodlu şəhadətnaməyə əsasən X26, X23, İddiaçı1, X13 və X37 birgə mülkiyyətində olan 0.22 hektar ölçüdə torpaq sahəsindən S.C.İmanovaya düşən hissə ilə yanaşı, torpağa mülkiyyət hüququna dair JN-695 seriyalı, 08800001 nömrəli dövlət aktına əsasən Biləsuvar şəhərində yerləşən 1.8315 hektar torpaq sahəsindən S.C.İmanovaya düşən hissə daxil olsa da, sonuncu qeyd edilən daşınmaz əmlak hazırki mülki iş üzrə iddianın predmetini təşkil etmir və həmin əmlaka dair Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr işdə iştirak edən şəxslər tərəfindən mübahisləndirilmir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki mülki iş çərçivəsində Biləsuvar şəhərində yerləşən 1.8315 hektar torpaq sahəsindən S.C.İmanovaya düşən hissədə payların müəyyənləşdirilməsinə əsaslar yoxdur və hazırda yalnız ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində və həmin evin yerləşdiyi, torpağın mülkiyyətə verilməsinə dair JN-1154F seriyalı, 80800001 kodlu şəhadətnaməyə əsasən X26 birgə mülkiyyətində olan 0.22 hektar ölçüdə torpaq sahəsindən S.C.İmanovaya düşən hissədə iddiaçıların məcburi payları müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin arvadı və uşaqları qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə görə sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinə görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2011-ci il tarixli qərarına görə mülkiyyət hüququ kimi, vəsiyyət etmə və varis olma hüququnun da sosial ədalət baxımından hədləri (sərhədləri) vardır. Vəsiyyət edənin iradəsini (və ya vəsiyyət azadlığını) məhdudlaşdıran Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Deməli, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür. Mirasda məcburi pay – sosialiqtisadi və əxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Göründüyü kimi, Mülki Məcəllə ilə şəxsin mülkiyyətinin bir hissəsi üzərində vəsiyyətnamə əsasında sərəncam vermək hüququ, həm də ailə üzvlərinin mirasdan məcburi pay almaq hüququ təmin edilmişdir. Beləliklə, qanunverici vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətləri iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli qərarına müəyyən etdiyi hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. İşdə olan sübutlarla təsdiq olunur ki, X26 mirasını onun üç vərəsəsi – X16, İddiaçı1, habelə S.C.İmanova öldüyü zaman sağ olmayan vərəsəsi X22 vərəsələri - arvadı və 4 övladı qəbul etmişlər. Məhkəmə hesab edir ki, X16 vəsiyyət üzrə vərəsə olduğuna görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1196-cı maddəsinə uyğun olaraq miras əmlakda məcburi paylar müəyyənləşdirilərkən A.X.Ağayeva nəzərə alınmadan digər vərəsələrin məcburi payları müəyyən edilməlidir. Belə olan halda, məhkəmə mirası faktiki qəbul etmiş cəmi 3 vərəsənin olmasını nəzərə alaraq hesab edir ki, vəsiyyətnamə olmasaydı, İddiaçı1 S.C.İmanovanın mirasından üçdə bir hissə, S.C.İmanovanın sağ olmayan vərəsəsi X22 bütün vərəsələri isə birlikdə üçdə bir hissədə pay alacaqlarına görə İddiaçı1 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində və həmin evin yerləşdiyi, torpağın mülkiyyətə verilməsinə dair JN- 1154F seriyalı, 80800001 kodlu şəhadətnaməyə əsasən X26 birgə mülkiyyətində olan 0.22 hektar ölçüdə torpaq sahəsindən S.C.İmanovaya düşən hissədə payı 1/6 hissədə, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı6 hər birinin payı isə 1/30 hissədə müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı1, X25 və X45 izah edllməlidir ki, ünvan 5 ünvanında yerləşən 0.22 hektar ölçüdə torpaq sahəsinə dair verilmiş bütün hüquqmüəyyənedici sənədlər, o cümlədən Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsi 03 ünvanında yerlışən 0.132 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında X5 adına və həmin ünvanda yerləşən 0.088 hektar torpaq sahəsinin X13 adına qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, habelə X50 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında ünvan 5 ünvanında yerləşən 0.132 hektar torpaq sahəsininin tam mülkiyyət hüququ əsasında X50 adına qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat etibarsız hesab edildiyinə, habelə Biləsuvar rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli, 2(022)- 162/2015 saylı qətnaməsi ləğv edildiyinə görə, onlar ünvan 5 ünvanında yerləşən və X26, X23, İddiaçı1, X13 və X37 birgə mülkiyyətində olan 0.22 hektar ölçüdə torpaq sahəsindən paylarının ayrılması barədə məhkəmədə ayrıca iddia qaldırmağa haqlıdırlar. Eyni zamanda məhkəmə hesab edir ki, işdə iştirak edən şəxslərə izah olunmalıdır ki, onlar Biləsuvar şəhərinə yerləşən 1,8315 hektar torpaq sahəsindən X19, X39 və X31 düşən hissələrə dair verilmiş qanun üzrə vərəsəlik hüqununa dair şəhadətnamələri və həmin şəhadətnamələr əsasında tərtib edilmiş digər hüquqmüəyyənedici sənədləri ayrıca iddia qaydasında məhkəmədə mübahisələndirə bilərlər. Habelə Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməli, ödənilmiş dövlət rüsumunun yarısı qismində 50 manat məbləğində pul vəsaiti cavabdeh X46, digər yarısı qismində isə 50 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsindən iddiaçıların xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı6 iddiası təmin edilsin. İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı6 tərəfindən X26 mirasının qəbul edilməsi faktı müəyyən edilsin. Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsi 03 ünvanında yerləşən 0.132 hektar torpaq sahəsinin və həmin torpaq sahəsindəki 109,6 kvadrat metr ölçüdə fərdi yaşayış evinin tam mülkiyyət hüququ əsasında X5 adına qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyat və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X5 adına verilmiş RX seriyalı, ******* nömrəli çıxarış etibarsız hesab edilsin. Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsi 03 ünvanında yerləşən 0.088 hektar torpaq sahəsinin tam mülkiyyət hüququ əsasında X13 adına qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 08 fevral 2018-ci il tarixli, ********** nömrəli qeydiyyat və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X13 adına verilmiş RX seriyalı, ******* nömrəli çıxarış etibarsız hesab edilsin. X5 miras əmlakına dair Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən X50 adına verilmiş 27 mart 2019-cu il tarixli, 2V-149 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsi 03 ünvanında yerləşən 0.132 hektar torpaq sahəsinin və həmin torpaq sahəsindəki 109,6 kvadrat metr ölçüdə fərdi yaşayış evinin tam mülkiyyət hüququ əsasında X50 adına qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 03 may 2019-cu il tarixli, ********** nömrəli qeydiyyat və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X50 adına verilmiş çıxarış etibarsız hesab edilsin. İddiaçı1 X21 miras qalmış ünvan 5 ünvanında yerləşən 109,6 kvadrat metr ölçüdə fərdi yaşayış evində və həmin evin yerləşdiyi, torpağın mülkiyyətə verilməsinə dair JN- 1154F seriyalı, 80800001 kodlu şəhadətnaməyə əsasən X26 birgə mülkiyyətində olan 0.22 hektar ölçüdə torpaq sahəsindən X39 düşən hissədə məcburi payı 1/6 (altıda bir) hissədə müəyyən edilsin. İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı6 hər birinin X21 miras qalmış ünvan 5 ünvanında yerləşən 109,6 kvadrat metr ölçüdə fərdi yaşayış evində və həmin evin yerləşdiyi, torpağın mülkiyyətə verilməsinə dair JN-1154F seriyalı, 80800001 kodlu şəhadətnaməyə əsasən X26 birgə mülkiyyətində olan 0.22 hektar ölçüdə torpaq sahəsindən X39 düşən hissədə məcburi payı 1/30 (otuzda bir) hissədə müəyyən edilsin. İddiaçı1, X25 və X45 izah edilsin ki, onlar ünvan 5 ünvanında yerləşən və torpağın mülkiyyətə verilməsinə dair JN-1154F seriyalı, 80800001 kodlu şəhadətnaməyə əsasən X26, X23, İddiaçı1, X13 və X37 birgə mülkiyyətində olan 0.22 hektar ölçüdə torpaq sahəsində paylarının ayrılması barədə həmin daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəmədə ayrıca iddia qaldırmağa haqlıdırlar. İşdə iştirak edən şəxslərə izah edilsin ki, onlar Biləsuvar şəhərinə yerləşən 1,8315 hektar torpaq sahəsindən X19, X39 və X31 düşən hissələrə dair Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 25 sentyabr və 30 sentyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüqununa dair şəhadətnamələri və həmin şəhadətnamələr əsasında tərtib edilmiş digər hüquqmüəyyənedici sənədləri ayrıca iddia qaydasında məhkəmədə mübahisələndirə bilərlər. İş üzrə ödənilmiş dövlət rüsumunun yarısı qismində 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh X46 və digər yarısı qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsindən İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı6 xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar rayon məhkəməsi vasitəsi ilə ondan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Biləsuvar rayon məhkəməsinin Sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar