Məhkəmə qərarları › İş №2(022)-68/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-68/2023

31.01.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-68/2023 31.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi vəkil X6 iştirakı ilə Şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə (maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik orqanı) dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, anası X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi vəkil X8 bildirmişdir ki, X7 ərizəçinin anasıdır. O, 02 yanvar 1963-cü il tarixdə doğulmuşdur.Anası doğulduğu vaxtdan “paranoid şizafrenia, şizofreniya paranoid forma fasiləsiz gedişli, dərin psixi qüsur halı, qulluq və müalicə tələb edən ciddi davranış və emosiya pozğunluğu, özünə xidmətin pozulması, özünə və kənar şəxslərə suiqəsd cəhdləri, kənar şəxsin qulluğuna ehtiyacı var” xəstəliyindən əziyyət çəkir. Ərizəçinin atası X9 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir.Anası psixi qüsur nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir, öz hərəkətlərini idarə edə bilmir. Sonda Ərizəçi nümayəndəsi vəkil X8 02 yanvar 1963-cü il tarixdə doğulmuş X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsi və vəkilini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar RİHB-nın Zəhmətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 275 saylı arayışından görünür ki, X1 rayonu, Zəhmətabad kəndində yaşayır. İş materiallarında olan 15 avqust 2022-ci il tarixli № 05/Q-889/69 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X7 “paranoid şizafrenia, şizofreniya paranoid forma fasiləsiz gedişli, dərin psixi qüsur halı, qulluq və müalicə tələb edən ciddi davranış və emosiya pozğunluğu, özünə xidmətin pozulması, özünə və kənar şəxslərə suiqəsd cəhdləri, kənar şəxsin qulluğuna ehtiyacı var” xəstəliyindən əziyyət çəkir. Mülki işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 xx.xx.2023-cü il tarixli 22 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində X4 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəliyin qeyd olunduğu, xroniki ruhi xəstəliyi ilə əlaqədar X3 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı, buna görə də X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu göstərilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X4 olan Şizofreniya paranoid forma, psixi qüsur halı formasında xroniki psixi xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, 02 yanvar 1963-cü -cü ildə Cəlilabad rayonu, Alar kəndində anadan olmuş X7 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 02 yanvar 1963-cü -cü ildə Cəlilabad rayonu, Alar kəndində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Hazırkı qətnamə X7 üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar