Məhkəmə qərarları › İş №2(022)-708/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-708/2023

17.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-708/2023 17.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi , Maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə Şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə (maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, 25 fevral 2005-ci il tarixdə anadan olmuş X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında dəqiqləşmə ərizəsi verərək bildirmişdir ki, X8 ilə birlikdə ünvan 1i ünvanda yaşayırlar. Onun övladı X8 xx.xx.2005-ci il tarixdə doğulmuşdur və anadangəlmə xəstədir. Xəstəliyin diaqnozu: kvadroplegik spastik serbrat iflic, uşaq sesrbrat iflici-spastik tetraplegik forma.Dəfələrlə ambulator qaydada və eləcə də stasionar şəkildə müalicə almışdır. Həmin müalcələrin nəticəsi olmamaışdır. Hazırda 1-ci qrup əlildir.Onun oğlu lal- kar olmaqla heç bir hissiyatı yoxdur. Əlil arabası verilmişdir, lakin həmin arabada belə otura bilmir. Hərəkət etmək imkanlarının olmaması və eyni zamanda əqli çatışmamazlığı səbəbindən ona əlil kimi verilən sosial müavinətlərin alınması və təyin edilmiş əlillik dərəcəsi ilə bağlı ödənilən sosial yardımları almaq üçün verilən kartın bankdan alınması üçün ondan etibarnamə tələb olunur. Lakin onun vəziyyətinə görə notarius tərəfindən bu etibarnamənin verilməsi mümkün olmur .Çünki ilk baxışdan bu şəxsin əqli çatışmamzlığı açıq-aşkar görünür. Qorxmaz Məcidovun fəaliyyət qabiliyyəti olmayan şəxs elan ediməsində məqsədi ona dövlət tərəfindən veriln münavinətlərin və yardımların alınmasını təmin etməkdir. Uzun müddətli müalicələrin nəticəsi olmamışdr. Həkimlərin son diaqnozu odur ki, oğlu Qorxmazın sağalması qeyri mümükündür. Buna görə də hesab edir ki, oğlu Qorxmaz Məcidov fəaliyyət qabiliyyəti olmayan hesab edilərək, ona qəyyum təyin olunmalıdır. O, Qorxmaz Məcidovla bir yerdə yaşadığından ona qəyyum təyin olunmalıdır. Bu tamamilə qanunun tələbinə uyğundur. Odur ki, 25 fevral 2005-ci il tarixdə anadan olmuş oğlu X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 xx.xx.2023-cü il tarixli 2282 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, X6 DƏRİN ƏQLİ GERİLİK UŞAQ SEREBRAL İFLİCİ NƏTİCƏSİNDƏ (F73) aşkar olunur. Bunu anamnestik məlumatlar-erkən yaşlarından nevroloji əlamətlərin qeyd olunması, psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, nevroloji xəstəxanalarda müalicə olunması, xəstəliyi ilə əlaqədar İ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlərbələdliyinin pozulması,sualları başa düşrnəməsi, əhvali-ruhiyyəsinin dayanıqsızlığı, emosiyalarının qeyri-adekvatlığı, yaddaş və intellekt funksiyalarının primitiv səviyyədə olması və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinib ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X8 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X6 DƏRİN ƏQLİ GERİLİK UŞAQ SEREBRAL İFLİCİ NƏTİCƏSİNDƏ (F73) xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, 25 fevral 2005-ci ildə ünvan 1ində anadan olmuş X8 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: X4 ərizəsi təmin edilsin. 25 fevral 2005-ci ildə ünvan 1ində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Hazırkı qətnamə X8 üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar