Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-74/2025 07.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X15 məhkəmə-iclas katibliyi, İddiaçı2, Cavabdeh1 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Biləsuvar Rayon Notariat Ofisinə qarşı “qanunsuz vərəsəlik hüququ haqqında şəhadətnamənin, qeydiyyatların və alqı-satqı müqavilələrinin və onların əsasında verilmiş bütün hüquqi sənədlərin etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçının mərhum atası X13 iştirakçısı X16 “Puşkin şəhər XDS-nin icariyyə komitəsinin 03 iyul 1980-ci il tarixli, 8 nömrəli qərarına əsasən “69 nömrəli Order” ilə 04 avqust 1980-ci il tarixdə Puşkin şəhəri Cəfər Cabbarlı küçəsi (hazırkı ünvan ünvan 1il verilmişdir. X6 20 oktyabr 2021-ci il tarixdə, anası X17 isə 06 iyun 2024- cü il tarixdə vəfat etmişdir. Atası vəfat etdiyi vaxt ondan miras əmlak kimi yaşayış evləri, qeyri yaşayış tikililəri və pay torpaq sahəsi qalmışdır. İddiaçı və qardaşları birinci növbəli vərəsə olmaqlarına baxmayaraq Biləsuvar rayon “JEK” adlanan idarəsində işləyən Mirzəyev Xanverdi adlı şəxsin köməkliyi ilə onların evində müvəqqəti yaşayan Cavabdeh1 forma 2 adlanan arayış verərək, həmin arayışda göstərmişdir ki, guya o, mərhum atasının yeganə vərəsəsidir. Saxta sənədlər əsasında Cavabdeh1 Sfərəli oğluna ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən ünvan 2 ünvanına çıxarış verilmişdir. Həmin çıxarışa əsasən Abbasov X7 şəhəri H.Əliyev küçəsi, ev 13, mənzil 7 saylı evi tanışı Maraqlı şəxs satmışdır. Valideynləri vəfat etdikdən sonra sözügedən evə vərəsəlik hüququnun tanınması üzrə müraciət etmək istədikdə ona məlum olmuşdur ki, həmin mənzil (ünvan 2) naməlum şəxslər tərəfində saxta sənədlərlə başqa bir şəxsə satılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən “Çıxarış”da verilmişdir. Ona və onun mərhum valideyinlərinə məxsus (ailə üzvlərinin hər üçü həmin evdə qeydiyyatda olduqları halda, şəxsiyyət vəsiqələrin və orderin surəti əlavə edilir) mənzil Cavabdeh1 tərəfindən qanunsuz olaraq sənədləşdirilmiş və başqa bir şəxsə Maraqlı şəxs satılmışdır. O, həmin səlahiyyətli dövlət orqanlarına müraciət edərkən onlar ona müxtəlif bəhanələrlə (get dərdini hara deyirsən de) ifadəsi ilə iddiaçını dövlət idarəsindən uzaqlaşdırmışlarr. Ona və onun mərhum valideyinlərinə məxsus mənzilləri başqa şəxsiər tərəfindən qanunsuz olaraq satılmışdır. Odur ki, aidiyyəti üzrə müraciətləri cavabsız qaldığı üçün məhkəməyə müraciət etməli olmuşdur. Beləliklə ilkin olaraq iddiaçının və qardaşlarının hüquqları pozulmuşdur. Yəni, notarius alqı-satqı müqaviləsini təsdiq edərkən həmin evdə qeydiyyatda olan şəxslərin və onların hüquqi varislərinin fikrini öyrənməli olduğu halda onların fikirlərini öyrənməmişdir. İddiaçının tələbi: ünvan 3 ünvanına Cavabdeh1 adına verilmiş vərəsəlik hüququnun və alqısatqı müqavilələrinin, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri X19 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Biləsuvar şəhəri, H.Əliyev küçəsi, ev 13, mənzil 7 ünvanına aid Cavabdeh1 adına aparılmış qeydiyyatın və hüquqi sənədlərin etibarsız hesab edilməsi, mərhum atasının adına olan miras əmlaka dair Biləsuvar Notariat Ofisində vərəsəlik hüququnun açılmasına və ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən Biləsuvar şəhəri, H.Əliyev küçəsi, ev 13, mənzil 7 ünvanında yerləşən ümumi sahəsi 29 kv/m olan mənzilə dair miras payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini və Biləsuvar şəhəri, H.Əliyev küçəsi, ev 13, mənzil 7 ünvanına aid qanunsuz sənədlərin verilməsində iştirak etmiş idarə rəhbərlərinin barəsində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. 29 aprel 2025-ci il tarixdə İddiaçı1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxışı gedişində əmələ gəlmiş əsas olaraq Biləsuvar Rayon İcra Hakimiyyətinin 17 iyul 1996-cı il tarixli, 719 saylı sərəncamının etibarsız hesab edilməsi və ünvan 4 ünvanına miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi və Biləsuvar Rayon Notariat Ofisi tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı1 iş üzrə etibarnaməyə dair səlahiyyətli nümayəndəsi, eyni zamanda da digər iddiaçı qismində çıxış edənc İddiaçı2 iddia ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirərək iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəməinin hazırlıq iclaslarında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən evi Cavabdeh1 alqı-satqı müqaviləsinə əsasən almış və hazırda həmin evin mülkiyyətçisidir. Yekun məhkəmə aktının çıxarılması zamanı göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. X25 öz izahatında bildirmişdir ki, İddiaçı2 onun qardaşı oğludur. Adı çəkilən mənzil qardaşına müvəqqəti yaşaması üçün dövlət tərəfindən order əsasında verilmişdir. X9 izahatında bildirdi ki, qarşı tərəf dəfələrlə atasından xahiş etmişdir ki, o evi onlara yaşamaq üçün versin. Atası da onlara icazə vermişdir ki, onlar həmin evdə yaşasınlar. Onlarda bundan sui-istifadə edərək o evdə məskunlaşmış və saxta sənədlər tərtib etmişlər. Biləsuvar Rayon Notariat Ofisinin notariusu Məmmədov Xanoğlan məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə digər cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə həmin cavablehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: 26 iyul 2024-cü iil tarixli etibarnamədən görünür ki, İddiaçı1 İddiaçı2 3 il müddətinə onu məhkəmədə təmsil etmək səlahiyyəti vermişdir. “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, iddiaçıların X6 09 oktyabr 2021-ci il tarixdə ölmüşdür. “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, iddiaçıların anası X17 16 aprel 2024-cü il tarixdə ölmüşdür. “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, iddiaçıların valideyinləri X20 və Rəhimova (Ağaquliyeva) Ceyran Fayaz qızı 05 iyun 1980-ci il tarixdə nikaha daxil olmuşdurlar. Bu nikah 56 nömrəli akt qeydiy ilə qeydiyyata alınmışdır. Mənzilə ehtiyacı olan vətəndaşın uçota alınması və mənzil sahəsi bölgüsü üzrə verilmiş Əlavədən görünür ki, Puşkin şəhər XDS İcraiyyə Komitəsinin 04 avqust 1980ci il tarixli, 69 nömrəli orderinin surətindən görünür ki, Puşkin şəhəri, C.Cabbarlı küçəsi, məhəllə 7 ünvanında 29 kv/m, 2 otaqlı mənzil X16 yaşamaq üçün verilmişdir. X14 X4 və X2 Evlərinin Kirayəsi haqqında 15 sentyabr 1980-ci il tarixli müqaviləsindən görünür ki, Puşkin şəhəri, C.Cabbarlı küçəsi, məhəllə 7 ünvanında 29 kv/m, 2 otaqlı mənzil X20 ilə X12 və ailə üzvlərinin yaşaması üçün nümunəvi kirayə haqqında müqavilə bağlanmışdır. Biləsuvar Rayon Notariat Ofisinin 21 fevral 2023-cü il tarixli 180 nömrəli məktubunun surətindən görünür ki, Cavabdeh1 müraciəti (05 noyabr 2010-cu ildə vəfat etmiş mərhum anası X8 vəfatından sonra miras qalmış Biləsuvar şəhəri, H.Əliyev küçəsi, ev 13, mənzil 7 ünvanında yerləşən mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə) ilə bağlı olaraq X8 əmlakı barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı Biləsuvar Rayon Notariat Ofisinə göndərilməsi Əmlak Məsələləri X19 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsindən xahiş olunmuşdur. Biləsuvar Rayon İcra Hakimiyyətinin 17 iyul 1996-cı il tarixli, 719 nömrəli sərəncamından görünür ki, 122 nömrəli order əsasında X10 və onun ailə üzvlərinə ünvan 5 ünvanında, yaşayış sahəsi 29 kv/m olan yaşayış mənzilində yaşamaq üçün icazə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 mart 2023-cü il tarixli ********** nömrəli çıxarışının surətindən görünür ki, Biləsuvar şəhəri, H.Əliyev küçəsi, ev 13, mənzil 7 ünvanında yerləşən mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir. 03 aprel 2023-cü il tarixli, ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Biləsuvar şəhəri, H.Əliyev küçəsi, ev 13, mənzil 7 ünvanında yerləşən mənzil Cavabdeh1 tərəfindən X5 adı çəkilən mənzili satmışdır. Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 02 may 2023-cü il tarixli ********** nömrəli çıxarışının surətindən görünür ki, Biləsuvar şəhəri, H.Əliyev küçəsi, ev 13, mənzil 7 ünvanında yerləşən mənzil X3 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin 04 noyabr 2024-cü il tarixli, 3-16-5/2-R-49-6/2024 saylı məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində iddiaçıların atası Tofiq Rəhimovun və anası Ceyran Rəhimovanın miras əmlakına dair vərəsəlik şəhadətnaməsinin verildiyi, habelə onların iştirakı ilə müqavilə rəsmiləşdirildiyi aşkar edilməmişdir. Biləsuvar Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri X19 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanlanmış 21 noyabr 2024-cü il tarixli, 2(022)-1386/2024 saylı məktubundan görünür ki, işə hərtərəfli, tam və obyektiv baxılmasının təmin edilməsi məqsədilə ünvan 7 ünvanına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 13 mart 2023-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınaraq (daşınmaz əmlakın dövlət reyestri nömrəsi **********40- 05101-093018) çıxarış verilməsinə əsas olan sənədlərin məhkəməyə təqdim olunmasının zəruri olması bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri X19 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 05 dekabr 2024-cü il tarixli, 3-21-3-44/2- 7273/2024 nömrəli məktubundan görünür ki, Biləsuvar Rayon Məhkəməsinin ********** saylı sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsində baxılmışdır. Məktubda qeyd edilmiş ünvan 8 ünvanına dair 13 mart 2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə çıxarış verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surəri göndərilmişdir. Biləsuvar Rayon Məhkəməsi tərəfindən Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı cənab Faiq Qürbətova ünvanlanmış 27 fevral 2025-ci il tarixli, 2(022)-74/2025 saylı məktubundan görünür ki, işə hərtərəfli, tam və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Biləsuvar Rayon İcra Hakimiyyətinin 17 iyul 1996-cı il tarixli sərəncamının və həmin sərəncamın verilməsi üçün əsas olan sənədlərin Biləsuvar Rayon Məhkəməsinə təqdim olunmasının zəruri olduğu bildirilmişdir. Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 17 iyul 1996-cı il tarixli, 719 nömrəli sərəncamdan görünür ki, Biləsuvar şəhərində kommunal mənzillərdə uzun müddət yaşayan bir qrup şəxs İcra Hakimiyyətinə müraciət edərək yaşadıqları kommunal mənzillərə order verilməsini xahiş etmişlər. İctimai mənzil komissiyasının 28 iyun 1996-cı il tarixli iclasında həmin vətəndaşlara order verilməsi tövsiyyə olunmuşdur və qərara alınmışdır ki, Biləsuvar şəhəri, C.Cabbarlı küçəsi, 13 nömrəli evin 2 otaqlı, 7 nömrəli mənzilində 1990-cı ildən yaşayan X10 verilsin. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun: 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. İddiaçının irəli sürdüyü ərizədə göstərilən tələb 6 hissədən ibarətdir: 1.ünvan 3 ünvanına Cavabdeh1 adına verilmiş vərəsəlik hüququnun etibarsız hesab edilməsi;
2. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri X19 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Biləsuvar şəhəri, H.Əliyev küçəsi, ev 13, mənzil 7 ünvanına aid Cavabdeh1 adına aparılmış qeydiyyatın və hüquqi sənədlərin etibarsız hesab edilməsi;
3. Biləsuvar şəhəri, H.Əliyev küçəsi, ev 13, mənzil 7 ünvanında yerləşən mənzilə dair Cavabdeh1 ilə X11 arasında bağlanmış alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi;
4. İddiaçıların mərhum atasının adına olan miras əmlaka dair Biləsuvar Notariat Ofisində vərəsəlik hüququnun açılmasına və ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən Biləsuvar şəhəri, H.Əliyev küçəsi, ev 13, mənzil 7 ünvanında yerləşən ümumi sahəsi 29 kv/m olan mənzilə dair miras payların müəyyən edilməsi;
5. Biləsuvar şəhəri, H.Əliyev küçəsi, ev 13, mənzil 7 ünvanına aid qanunsuz sənədlərin verilməsində iştirak etmiş idarə rəhbərlərinin barəsində xüsusi qərar çıxarılması;
6. Biləsuvar Rayon İcra Hakimiyyətinin 17 iyul 1996-cı il tarixli, 719 saylı sərəncamının etibarsız hesab edilməsi. Məhkəmə irəli sürülmüş hər bir tələbə ayrılıqda qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “ünvan 3 ünvanına Cavabdeh1 adına verilmiş vərəsəlik hüququnun etibarsız hesab edilməsi” tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1134-cü, 1159-cu və 337-ci maddəsi təskil edir və bu tələbdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, Cavabdeh1 anası X18 05 noyabr 2010-cu ildə ölmüş, cavabdeh birinci növbə qanuni vərəsə olaraq miras qalmış Biləsuvar şəhəri, H.Əliyev küçəsi, ev 13, mənzil 7 ünvanında yerləşən mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə Biləsuvar Rayon Notariat Ofisinə müraciət etmişdir. Mübahisəli mənzil Biləsuvar Rayon İcra Hakimiyyətinin 17 iyul 1996-cı il tarixli, 719 nömrəli sərəncamı üzrə 122 nömrəli order əsasında X10 verilmişdir. Tələb üzrə mübahisəsiz hal ondan ibarətdir ki, Cavabdeh1 anası X8 birinci növbə qanuni vərəsəsidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 anasından miras qalmış ünvan 10 ünvanında yerləşən mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni müvafiq qaydada, yəni prosedurların tam qanuniliyini nəzərə alaraq əldə etmişdir. Mübahisəli mənzil, Biləsuvar Rayon İcra Hakimiyyətinin 17 iyul 1996-cı il tarixli, 719 nömrəli sərəncamı üzrə 122 nömrəli order əsasında X10 verilmişdir. Bu sərəncam, mülkiyyətə dair əsaslı hüquqi sənəd hesab edilir. Belə ki, order, mülkiyyət hüququnun təşkili, mühafizəsi və müdafiəsi üçün əsaslı hüquqi sənəd hesab edilir. O, mülkiyyət sahibləri arasında hüquqi münasibətlərin qurulmasında, mübahisələrin həllində və müvafiq hüquqi çərçivənin təmin edilməsində mühüm rol oynayır. Mülkiyyət hüququnun tanınması və müdafiəsi, orderin etibarlığına və müvafiq icra hakimiyyətinin verdiyi sərəncama əsaslanır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, mübahisəli mənzil X10 Biləsuvar Rayon İcra Hakimiyyətinin 17 iyul 1996-cı il tarixli, 719 nömrəli sərəncamı əsasında 122 nömrəli orderlə verilmişdir. Həmin orderin ləğvi və ya hüquqi qüvvəsini itirməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, ləğv edilməmiş və ya hüquqi qüvvəsini itirməmiş sənəd hüquq müəyyənedici sənəd hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı əsas hesab olunur. Məhkəmə iddia tələbinin “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri X19 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Biləsuvar şəhəri, H.Əliyev küçəsi, ev 13, mənzil 7 ünvanına aid Cavabdeh1 adına aparılmış qeydiyyatın və hüquqi sənədlərin etibarsız hesab edilməsi və həmin mənzilə dair Cavabdeh1 ilə X11 arasında bağlanmış alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, bu tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-ci maddəsi təskil edir və adı çəkilən tələbdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Bununla bağlı qeyd edilməlidir ki, mülki hüquqi əqdlər, o cümlədən alqı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazi üzrə qeydiyyat tarixindən əmələ gəlir (146.1 və 146.2). Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.4). Məhkəmə araşdırması zamanı əldə olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 mart 2023-cü il tarixli ********** nömrəli çıxarışı Cavabdeh1 anasıdan miras qalan daşınmaz əmlakla bağlı Biləsuvar Rayon İcra Hakimiyyətinin 17 iyul 1996-cı il tarixli, 719 nömrəli sərəncamına əsasən 122 nömrəli order üzrə qeydiyyata alınmışdır. Cavabdeh1 mülkiyyətçi olaraq həmin mənzili 03 aprel 2023-cü il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1. Bu müqavilə əsasında isə Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 02 may 2023-cü il tarixli ********** nömrəli çıxarışı ilə Biləsuvar şəhəri, H.Əliyev küçəsi, ev 13, mənzil 7 ünvanında yerləşən mənzilə dair hüquqlar X3 xüsusi mülkiyyəti olaraq qeydiyyata alınmışdır. Qeyd edilən faktlara əsasən məhkəmə bildirir ki, bağlanmış əqd mülki məcəllənin tələblərinə əsasən icra edilmişdir. Belə ki, Cavabdeh1, Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən 13 mart 2023-cü il tarixli ********** nömrəli çıxarışla anasından miras qalan daşınmaz əmlakın mülkiyyətçisi kimi qeydiyyata alınmışdır. Bu daşınmaz əmlak, Biləsuvar Rayon İcra Hakimiyyətinin 17 iyul 1996-cı il tarixli, 719 nömrəli sərəncamı əsasında 122 nömrəli order əsasında təsdiqlənmişdir. Daha sonra, Cavabdeh1, 03 aprel 2023-cü il tarixli ******* nömrəli daşınmaz əmlak alqı-satqı müqaviləsi əsasında bu mənzili X1. Son nəticədə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 02 may 2023-cü il tarixli ********** nömrəli çıxaşla, Biləsuvar şəhəri, H.Əliyev küçəsi, ev 13, mənzil 7 ünvanındakı daşınmaz əmlakın hüquqları X3 mülkiyyətinə qeydiyyata alınmışdır. Bu proses, Mülki Məcəllənin 146.1 və 146.3 maddələrinə uyğun olaraq həyata keçirilib; bu maddələr daşınmaz əmlakın sahibi olan şəxslərin hüquqlarının yalnız əqdin notariat qaydasında təsdiq edilməsi və dövlət reyestrində qeydiyyatın aparılması ilə etibarlı olduğunu təsdiqləyir. Nəticədə, X3 mülkiyyət hüququ məhkəmə tərəfindən qanuni və etibarlı hesab edilir. Məhkəmə iddia tələbinin “Biləsuvar şəhəri, H.Əliyev küçəsi, ev 13, mənzil 7 ünvanına aid qanunsuz sənədlərin verilməsində iştirak etmiş idarə rəhbərlərinin barəsində xüsusi qərar çıxarılması” hissəsində qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Hazırkı tələb ilə bağlı proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərinin olması üzrə sübutetmə yükününün iddiaçıya aid olduğunu nəzərə alaraq, iddiaçı tərəfin də bununla bağlı hər hansı sübut təqdim etməməsini əsas gətirərək məhkəmə irəli sürülmüş bu tələbin əsaslı olmaması qənaətinə gəlir. Məhkəmə iddia tələbinin “Biləsuvar Rayon İcra Hakimiyyətinin 17 iyul 1996-cı il tarixli, 719 saylı sərəncamının etibarsız hesab edilməsi” hissəsində qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin tələblərindən görünür ki, mübahisələndirilən sərəncam inzibati orqan olan Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən 17 iyul 1996-cı il tarixdə verilmişdir. Həmin sərəncam isə mübahisəli mənzilə dair müəyyən hüquqi nəticələr yaradan inzibati akt hesab olunur. Bu səbəbdən də həmin inzibati aktın etibarsızlığının mübahisələndirilməsi yalnız Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı qaydasında aidiyyatı üzrə müvafiq yurisdiksiya üzrə inzibati məhkəməyə müraciət etməklə həyata keçirilə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsaəsən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı tələb irəli sürülmədiyi üçün məhkəmə hesab edir ki, ödənilmiş məbləğ iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə,
Q Ə T E T D İ:
İddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
HAKİM: Mədinə Rəsulova