Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-742/2024 15.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, X1 adına verilmiş **********88 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə, işi məhkəmədə baxılmağa hazırlamaq haqqında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı ərazi idarəsinə qarşı X1 adına verilmiş **********88 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin ərizə icraata götürülərək, mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclasına təyin edilmişdir. Mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclasında Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bildirdi ki, o,Sabirabad rayonunda qeydiyyatdadır və orada yaşayır. Lakin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məqsədilə hüquqi yardım almaq üçün müraciət etdiyi həkim ona keyfiyyətli hüquqi yardım göstərməmiş və ərizədə yanlışlığa yol vermişdir. Buna görə də o, ərizəsini dəqiqləşdirərək və əlavə sübutlar toplayaraq, yaşadığı yer üzrə Sabirabad rayon Məhkəməsinə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə müraciət edəcəkdir. Bununla əlaqədar o, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Həmçinin o, məhkəməyə ərizə ilə müraciət etdiyi vaxt dövlət rüsumunu Biləsuvar rayon Məhkəməsinə ödəmişdir və o, Sabirabad rayon Məhkəməsinə ərizə ilə müraciət edəcəyi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Biləsuvar rayon maliyyə şöbəsi tərəfindən ona qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin Ərizəçi iddia ərizəsinin geri qaytarılmasının hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə görə isə Azərbaycan Respublikası MPM-nin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2022-ci il tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 2.1.2 və 2.1.3-cü bəndlərinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqca və ya ərizə baxılmamış saxlanıldıqda, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikcə ödənilmiş dövlət rüsumu onu tutan orqanın müraciəti əsasında dövlət büdcəsindən geri qaytarılır. Dövlət rüsumunun qaytarılması məhkəmələrin məktubu və ya icra və probasiya şöbələrin tələbin könüllü icrası haqqında bildirişi, icraata başlamaq haqqında qərarı ilə təqdim olunan məhkəmə qərarları və ya Ədliyyə Nazirliyinin müraciəti üzrə vergi orqanları tərəfindən tərtib olunan rəylər əsasında həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunu tutan orqanın qeydiyyatda olduğu müvafiq vergi orqanından və həmin məbləğlərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılması maliyyə orqanı tərəfindən təmin edilir. Buna görə də məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı ərazi idarəsinə qarşı X1 adına verilmiş **********88 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi ərzəçinin xahişi ilə geri qaytarıldığına görə Ərizəçi tərəfindən məhkəməyə ərizə verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tam şəkildə Ərizəçi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 114, 114.1.2, 114.2, 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 adına verilmiş **********88 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən 07 may 2024-cü il tarixdə «Azərpoçt» məhhdud məsuliyyətli cəmiyyəti Cəlilabad rayon poçt filialı vasitəsilə Azərbaycan Respublikası Mərkəzi X2 Portalına ********** nömrəli mədaxil qəbzi vasitəsilə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Biləsuvar rayon Məhkəməsinə, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-742/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-742/2024
15.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver