Məhkəmə qərarları › İş №2(022)-747/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-747/2024

26.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-747/2024 26.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, ərizəçinin nümayəndəsi X15 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə müraciət edərək, X6 adına verilmiş **********70 reyester nömrəsi ilə Çıxarışın ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında tələbini dəqiqləşdirərək göstərmişdir ki, Biləsuvar rayonu Ağalıkənd kəndində yaşayır. Respublikada aqrar islahatlar aparılan zaman Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli 35 saylı qərarı ilə ona və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 2,90 hektar porpaq sahəsi verilmişdir. Buna dair adlarına Dövlət Aktı da tərtib olunmuşdur. X28 adı Ərizəçi olsa da, texniki səhv nəticəsində X3 göstərilmişdir. Halbuki, bu adda onun bacısı və ya digər bir qohumu yoxdur. Sonradan həmin Dövlət Aktına əsasən adlarına daşınmaz əmlakın dövlət reyestrindən **********70 reyster nömrəsi olan Çıxarış da verilmişdir. Həmin Çıxarışda da adı yenə də səhv göstərilmişdir.Ona görə də qeyd olunan yanlışlığın aradan qaldırılması üçün DƏDRX-nin Cəlilabad rayon 8 saylı Ərazi İdarəsinə müraciət etsə də, bundan imtina verilməklə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Odur ki, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının (JN-679, KOD ********) və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********70 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən X2 aid hissədə ona məzsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X19 izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədov X14 rayonu Ağalıkənd kəndində qeydiyyatdadır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X4 adına verilmiş Çıxarışın surətindən görünür ki, Biləsuvar rayonu Ağalıkənd kəndində kənd təsərrüfatı təyinatlı 2.8985 ha torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********70 qeydiyyat nöçmrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il) X12, X16, X18 və X5 ümumi birgə mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-679 KOD 80802018 saylı Dövlət Aktının surətindən görünür ki, Biləsuvar rayonu Ağalıkənd kənd sakini X13, X7, X8 və X9 Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 29 dekabr 1997-ci il tarixli 35 saylı qərarı ilə 2.90 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi daşınmaz əmlakın çıxarışında düzəliş edilməsi ilə əlaqədar müraciət etmiş, lakin ərizənin icrasından imtina edilərək məhkəməyə müraciət etməsi təklif olunmuşdur. İş materiallarında olan Biləsuvar RİHB-nin Ağalıkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndliyinin 23 iyul 2024-cü il tarixli arayışında mərhum X10 ailə üzvləri arasında X16 adlı şəxsin olmadığı, X6 Ağalıkənd kəndində yaşamadığı və hal-hazıda da yaşamadığı göstərilmişdir. MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən Dövlət aktılərdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə işdə olan sənədlərə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının (JN-679, KOD ********) və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********70 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən X1 aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının (JN-679, KOD ********) və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********70 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən X1 aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar