Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-784/2023 04.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 23 avqust 2001-ci il tarixli, 09 saylı qərarına əsasən tərtib olunmuş JN-0164 seriyalı, 80800048 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və həmin akt əsasında verilmiş bütün hüquqmüəyyənedici sənədlərin X8 aid hissədə Ərizəçi məxsus olması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bəşirova X10 rayon Aqrar İslahat Komissiyasının 23 avqust 2001-ci il tarixli, 09 saylı qərarına əsasən tərtib olunmuş JN-0164 seriyalı, 80800048 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və həmin akt əsasında verilmiş bütün hüquqmüəyyənedici sənədlərin X8 aid hissədə Ərizəçi məxsus olması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, Ərizəçi onun bacısıdır. Biləsuvar rayon Aqrar islahat Komissiyasının 23 avqust 2001-ci il tarixli, 09 saylı qərarına əsasən onun atası X11 və ailə üzvlərinin mülkiyyətinə Biləsuvar rayonu, Bəydili kəndi ərazisində 1,95 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, habelə həmin torpaq sahələrinə dair dövlət aktı, şəhadətnamə və 04 may 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Həmin dövlət aktında torpaq sahəsinin birgə mülkiyyətçisi qismində B.M.Bəşirov ilə yanaşı onun daha 7 ailə üzvünün, o cümlədən Ərizəçi adı qeyd edilmişdir. Habelə qeyd edilən çıxarışda **********82 reyest nömrəli torpağın 2/16 hissəsində Ərizəçi payı müəyyən edilmişdir, lakin sonuncu həmin torpaq sahəsi üzərindəki mülkiyyət hüququndan istifadə edə bilmir. Belə ki JN-0164 seriyalı, 80800048 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və həmin akt əsasında tərtib olunmuş bütün sənədlərdə Ərizəçi adı X2 qeyd edilmişdir. Buna görə o həmin sənədlərdə yol verilmiş yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı ərazi idarəsinə müraciət etmişlər. Həmin inzibati orqan isə torpağa mülkiyyət hüququna dair sənədlərdə yol verilmiş yanlışlığı aradan qaldırmaqdan imtina edərək, bu barədə məhkəməyə müraciət etməsini ona tövsiyə etmişdir. Buna görə də o hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda, Nümayəndə ərizəçinin xahişinin təmin olunmasını, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 23 avqust 2001-ci il tarixli, 09 saylı qərarına əsasən tərtib olunmuş JN- 0164 seriyalı, 80800048 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və həmin akt əsasında verilmiş bütün hüquqmüəyyənedici sənədlərin X8 aid hissədə Ərizəçi məxsus olması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsinda göstərdi ki, Ərizəçi onun bacısıdır. Biləsuvar rayon Aqrar islahat Komissiyasının 23 avqust 2001-ci il tarixli, 09 saylı qərarına əsasən onun atası X11 və ailə üzvlərinin mülkiyyətinə Biləsuvar rayonu, Bəydili kəndi ərazisində 1,95 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə dövlət aktı tərtib edilmişdir. Həmin dövlət aktında torpaq sahəsinin birgə mülkiyyətçisi qismində B.M.Bəşirov ilə yanaşı onun daha 7 ailə üzvünün, o cümlədən onun və Ərizəçi adı da qeyd edilmişdir. Lakin həmin vaxt torpağa mülkiyyət hüququna dair dövlət aktında bacısı Aytacın adı “Aygün” kimi qeyd edilmişdir. Halbuki, onun Aygün adlı bacısı yoxdur və olmamışdır. Həmin vaxt o və ailə üzvləri savadsızlıqdan bunu əhəmiyyətsiz məsələ hesab edərək, müvafiq düzəlişin edilməsini tələb etməmişlər. Hazırda ərizəçi həmin torpaq sahəsinə ola pay hüququndan istifadə etmək istəsə də, torpağa mülkiyyət hüququna dair Dövlət Aktında sonuncunun adının səhv yazılmasına görəo, bu hüququnu reallaşdıra bilmir. Buna görə də Ərizəçi məhkəməyə müvafiq dövlət aktının ona məxsus olması barədə məhkəməyə ərizə verməyə məcbur olmuşdur. Məhkəmədə şahid X23 qızları - ərizəçinin nümayəndəsi Nümayəndə və şahid Nümayəndə ifadəsi ilə eyni məzmunlu ifadə verərək, bildirdi ki, o, X26 ilə 1981-ci ildən 2016-cı ilədək rəsmi nikahda olmuşdur və həmin nikahdan 6 qızı doğulmuşdur. Onun qızlıq soyadı Kərimova olmuş, o B.M.Bəşirovla rəsmi nikah bağladıqdan sonra ərinin soyadını qəbul etsə də, uzun müddət pasportunu dəyişməmiş və bütün sənədlərdə onun soyadı Kərimova kimi qalmışdır. Ona və digər ailə üzvlərinə Biləsuvar rayon Aqrar islahat Komissiyasının 23 avqust 2001-ci il tarixli, 09 saylı qərarına əsasən Biləsuvar rayonu, Bəydili kəndi ərazisində pay torpağı qismində 1,95 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və habelə həmin torpaq sahələrinə dair dövlət aktı verilmişdir. Lakin torpağa mülkiyyət hüququna dair dövlət aktında onun qızlarından biri – Aytacın adı səhvən Aygün kimi qeyd edilmişdir. Halbuki, onun və B.M.Bəşirovun Aygün adlı qızı olmamışdır və yoxdur. Lakin qızı Ərizəçi adı məhz texniki səhvə görə JN-0164 seriyalı, 80800048 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhvən X2 göstərilmişdir ki, hazırda həmin səhv Aytaca həmin torpaq sahəsi üzərində hüquqlarını həyata keçirməyə mane olur. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 29 iyul 1998-ci il tarixdə doğulmuşdur. İşdə olan JN-0164 seriyalı, 80800048 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 23 avqust 2001-ci il tarixli, 09 saylı qərarına əsasən X11 və onun ailə üzvləri – X9, Nümayəndə, X3, X4, X5, X6 və X7 mülkiyyətinə Biləsuvar rayonu, Bəydili kəndi ərazisində 1,95 hektar ölçüdə torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 04 may 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışdan görünür ki, **********82 reyestr nömrəli, 1,9511 hektar ölçüdə torpaq sahəsi X11, X9, Nümayəndə, X3, X4, Şahid1, X6 və X7 birgə mülkiyyətindədir. Mülki iş materiallarına əlavə edilmiş Biləsuvar rayonu, Bəydili kənd bələdiyyəsi tərəfindən verilmiş 08 may 2023-cü il tarixl aktdan görünür ki, JN-0164 seriyalı, 80800048 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və 04 may 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışda Ərizəçi adı texniki səhv nəticəsində X17 yazılmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 12 may 2023-cü il tarixli, 3-21-3-44/2-B- 0049-35\2023 nömrəli məktubdan görünür ki, JN-0164 seriyalı, 80800048 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışda səhvlərin düzəldilməsindən imtina edilmişdir. İş materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Bəydili kənd inzibati ərazi üzrə nümayəndiliyi tərəfindən Biləsuvar rayon Məhkəməsinə təqdim etmək üçün verilmiş 19 may 2023-cü il tarixli, 5-39-2/2-493-2023 saylı arayışdan görünür ki, X11 X24, Nümayəndə, X12, X18, X19, X20 və X17 tərkibdə ailə üzvləri vardır. Mülki işdə olan Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Bəydili kənd inzibati ərazi üzrə nümayəndiliyi tərəfindən X21 verilmiş 19 may 2023-cü il tarixli, 5-39-2/2-499- 2023 saylı arayışdan görünür ki, X1 Aygün Baxşəli qızı adlı övladı yoxdur və olmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 15 mart 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışda göstərilir ki, **********81 reyestr nömrəli, 0.0864 hektar ölçüdə torpaq sahəsi X13, X14, X27, X15, X25, X28 və X16 ümumi birgə mülkiyyətindədir. Beləliklə, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 23 avqust 2001-ci il tarixli, 09 saylı qərarına əsasən Biləsuvar rayonu, Bəydili kəndi ərazisində yerləşən 1,95 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11 və onun ailə üzvlərinin, o cümlədən Ərizəçi mülkiyyətinə verilmişdir. Həmin şəxslərin qeyd olunan torpaq sahələri üzərində mülkiyyət hüququ müvafiq olaraq JN-0164 seriyalı, 80800048 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunmuşdur. Həmin Dövlət aktı əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 04 may 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış tərtib edilmişdir. Lakin həmin Dövlət Aktında və çıxarışda Ərizəçi adı X2 göstərilmişdir. Buna görə həmin torpaq sahələrinə mülkiyyət hüququna dair dövlət aktına və 04 may 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.1-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 23 avqust 2001-ci il tarixli, 09 saylı qərarına əsasən tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JN-0164 seriyalı, 80800048 kodlu Dövlət Aktının və həmin akt əsasında verilmiş bütün hüquqmüəyyənedici sənədlərin X8 aid hissədə ona məxsus olmasını başqa qaydada təsdiq etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 23 avqust 2001-ci il tarixli, 09 saylı qərarına əsasən tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JN-0164 seriyalı, 80800048 kodlu Dövlət Aktının və həmin akt əsasında verilmiş bütün hüquqmüəyyənedici sənədlərin X8 aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi xahişi təmin edilsin. Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 23 avqust 2001-ci il tarixli, 09 saylı qərarına əsasən tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JN-0164 seriyalı, 80800048 kodlu Dövlət Aktının və həmin Dövlət Aktı əsasında verilmiş bütün hüquqmüəyyənedici sənədlərin X8 aid hissədə Ərizəçi məxsus olması faktları müəyyən edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-784/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-784/2023
04.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver