Məhkəmə qərarları › İş №2(022)-784/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-784/2025

23.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-784/2025 23.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X18 məhkəmə-iclas katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və fərdi yaşayış evindən çıxarılma tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı bildirir ki, Biləsuvar rayonu, Xırmandalı kəndi ünvanda yerləşən evdə yaşayır. Aparılan aqrar islahatları əsasında ona və 5 nəfər ailə üzvləri X19, X8 , X12, X9, X10 olmaqla ümumi birgə mülkiyyətlərinə 0,12 hektar ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir. Bu haqda torpağın mülkiyyətə verilməsinə dair JN 245F saylı şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsini üzərində ev tikmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN245F saylı şəhadətnamədə həmin ev 245FJ kimi qeyd olunmuşdur. Cavabdeh ilə iddiaçının oğlu X8 rəsmi nikaha daxil olmaqla 2012-ci ildə ailə qurmuşlar. Onlar evləndikdən sonra oğlu Elməddin Quliyevin evi yox idi və hazırda da yoxdur. Eİ adətinə uyğun olaraq cavabdeh gəlin kimi ona məxsus və onun yaşadığı Biləsuvar rayonu, Xırmandalı kəndi ünvanda yerləşən evə gəlmişdir. 2018-ci ilin 02 iyul tarixində oğlu Elməddin Quliyevlə hazırda Cavabdeh arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Nikah pozulduqdan sonra Cavabdeh onların evini tərk edib öz ata evinə ünvan 1inə getmişdir. 2017-ci ilin mayından həyətində yeni müasir formada mişar daşından ev tikməyə başlamışdır. 2021-ci ilin əvvəllərində tikintini başa çatdırmışdır. Hazırda iddiaçı evə və torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Həmin illərdə yəni evi tikintisi aparılan vaxtlarda cavabdeh onlar ilə yaşamırdı. Belə ki, həmin illərdə cavabdeh ilə oğlu arasında nikah məhkəmə qaydasında pozulduğundan onlar bir-birindən ayrı, iddiaçının oğlu onun evində, cavabdeh isə ünvan 1ində ata evində yaşayırdı. 2021-ci ilin 11 avqust tarixində oğlu Elməddin ilə cavabdeh Firuzə arasında barışıq oldu və onlar yenidən nikaha girməklə ailə münasibətlərini bərpa etdilər. Cavabdeh onlar ilə sonradan yenə də, evdə digər ailə üzvləri ilə yola getmədi və onlar həyətdə tikdiyi təzə evə köçüb orada yaşamaq istədiklərini bildirdilər və iddiaçı da ailənin yenidən dağılmamasına xatir onların həmin evdə müvəqqəti yaşamasına icazə vermişdir. Lakin sonradan onlar ər-arvad olaraq bir-biri ilə yola getmədilər və nikahın pozulması haqda məhkəməyə müraciət etdilər və aralaında olan nikah məhkəmə qaydasında pozuldu. Cavabdeh ilə Quliyev Elməddin arasında nikah qeydi Biləsuvar Rayon Məhkəməsinin 2(022)-458/2024 saylı 03 oktyabr 2024 tarixli qətnaməsinə əsasən pozulmuşdur. Qeyd etdiyi kimi artıq Cavabdeh ilə oğlu Elməddin Quliyev arasında nikah məhkərnə qaydasında pozulmuşdur. Lakin, cavabdeh iddiaçıya məxsus evi tərk etmir və tərk etməkdən imtina edir. Hazırda yaşadığı ev çiy kərpicdən tikilib, bünövrəsiz və şəraitsizdir. O, təzə tikdiyi evə köçüb orada ailəsi ilə yaşamaq istəyir. İddiaçı bildirir ki, 43 il 6 ay kəndin orta məktəbində müəllim işləmiş və hazırda təqaüdçü və əmək veteranıdır. Bundan başqa əkin işləri və eləcə də, həyət torpağında bağçılıqla məşğul olaraq gəlir əldə edir. Həmin ev onun və həyat yoldaşının qazancı və gəliri hesabına tikilmişdir. Cavabdeh tərəfindən evə heç bir xərc qoyulmamışdır. İddiaçının oğlu Elməddin Quliyev ilə nikah dövründə cavabdehin onlarla münasibəti pis olmuşdur. Nikah məhkəmə qaydasında pozulduqdan sonra münasibətlər tamamilə kəskinləşmişdir. Nikah pozulduqdan sonra cavabdeh onlara qarşı kinli və qəzəblidir. Bu münasibətlərin sonunda hər hansı bir hadisənin olmasından çox narahatdır. Hazırda bir həyətdə birlikdə yaşamaq qeyri mümükündür. İddiaçının tələbi: Cavabdeh iddiaçının mülkiyyətində olan Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması və mediyasiya xərcinə görə 60 (altmış) manat və dövlət rüsumuna görə 40 (qırx) manat pulun cavabdehdən alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaçının tələbinə qarşı yazılı etiraz ərizəsi verərək bildirmişdir ki, o, iddiaçının evinə 2012-ci il tarixdə gəlin getməklə, X8 ilə rəsmi nikaha girməklə ailə qurmuşdur. Həmin evdə rəsmi nikahdan bir övladları dünyaya gəlmişdir. Onlar Xırmandalı kəndində iddiaçının yaşadığı ünvanda özlərinə həmin həyətin torpaq sahəsinin üzərində əlavə olaraq ev inşa etmişlər. Həmin evin tikilməsində onun da iştirakı olmaqla bərabər maddi köməkliyi olmuşdur. Həmin göstərdiyi inşa olunmuş evdə hal-hazırda övladı ilə və həyat yoldaşı Elməddinlə 2024-ci ildə nikah qeydləri pozulana qədər bərabər yaşamışlar. Nikah qeydləri pozulandan sonra Elməddin atasına məxsus həmin həyətdə yaşayır. O, isə yeni inşa olunmuş evdə övladı ilə bərabər yaşayır, hətta cehiz əmlakı da onun yaşadığı evdədir. Bundan sonra iddiaçı iddia ərizəsində göstərmişdir ki, onun valideyni tək yaşayır. İddiaçının göstərdiyi ev balaca bir daxmadan ibarətdir və həmin ev də qardaşına məxsusdur. 2018 ci ildə nikah qeydlərini pozmaqla və ona iddiaçı tərəfindən kompensasiya ödəməklə öz razılığı əsasında evdən çıxaraq kirayədə yaşamışdır. 2021-ci ildə çoxlu xahişlərin ağsaqqal və seyidlərin iştirakı ilə o həmin Xırmandalı kəndinə Elməddinlə yenidən nikaha girməklə ailə münasibətlərini bərpa etmiş və ona ödənilmiş kompensasiya pulunu iddiaçı Bəxtiyara tam olaraq qaytarmaqla bu günə kimi həmin evdə yaşayır. Evə aid butun kommunal xəcləri özü ödəyir. İddiaçı onun xərc çəkdiyi inşa olunmuş evdən çıxarılmasını tələb edir. Həmin evin heçbir mülkiyyət hüququ yoxdur və mülkiyyət hüququ olan və məhkəməyə çıxarış təqdim etdiyi evdə ailə üzvləri ilə bərabər yaşıyır. Cavabdeh isə yeni inşa olunmuş evdə övladı ilə birgə yaşayır. Ona görə də iddia ərizəsinə etiraz olaraq bildirir ki, iddia ərizəsində göstərilən tələblər qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etirazda göstərilənlərə münasibətdə bildirmişdir ki, cavabdeh etiraz ərizəsində qeyd edir ki, onun yaşayış yeri yoxdur. Əliabad kəndi ünvanda olan ev kiçik bir daxmadır. Həmin etiraz ərizəsində qeyd olunalar tamamailə yalandır və qəbuledilməzdir. Beləki tərəfindən Biləsuvar rayon İcra hakimiyyəti Başçısının Əliabad kənd İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyinə verilmiş sorğuya cavab olaraq müəyyən edilmişdir ki, cavabdeh X13 və 4 nəfər ailə üzvləri daxil olmaqla ünvan 1i ünvanda aparılan aqrar isalahat əsasında 0,18 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyətlərinə verilmiş və həmin həyətyanı torpaq sahəsinin üzərində ümumi sahəsi 100 kvadratmetr olan yaşayış evi vardır. Cavabdeh iddia ərizəsinə qarşı verdiyi yazılı etiraz ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid kimi çıxış edən X20 izahatında bildirmişdir ki, 2017-ci ildə İddiaçı evində ustalıq fəaliyyəti ilə məşğul olmuşdur. Həmin ildə Bəxtiyarın evini tikmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Lənkəran 1 sayl Mediasiya Təşkilatı tərəfindən verilmiş 11 iyun 2024-cü il tarixli MŞL/MT014/2024-00767 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçı təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh təyin edilmiş ilkin mediasiya sessiyasına gəlməmişdir. Biləsuvar Rayonu İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi üzrə nümayəndəliyinin 04 oktyabr 2024-cü il tarixli, 5-39-3/2-1393/1 saylı arayışından görünür ki, Quliyev X7 rayonu, Xırmandalı kəndində yaşayır. AZ-İ seriyalı 486277 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 ilə Cavabdeh arasındakı nikah Biləsuvar Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, 19 noyabr 2024-cü il tarixdə nikaha xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 19 noyabr 2024-cü il tarixdə 155 nömrəli akt ilə qeyd aparılmışdır. Biləsuvar rayon Rayon Məhkəməsinin 2(022)-189/2018 saylı, 02 iyul 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X8 ilə Cavabdeh arasında 20 may 2013-cü il tarixdə Biləsuvar Rayonu İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi üzrə nümayəndəliyində bağlanmış və 01 nömrəli kitabın 35-ci səhifəsində qeyd edilmiş nikahları pozulmuş, 31 may 2013-cü ildə anadan olmuş X1 Firuzə Ramiz qızının yanında saxlanılması müəyyən edilmişdir. Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli qərarı ilə verilmiş JN-245F seriyalı, kod 80807018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, torpağın mülkiyyətçiləri İddiaçı və onun ailə üzvləri X19, X8, X12, X9 və X5r. Torpağın ümumi sahəsinin ölçüsü 0.12 hektardır. “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın **********05-10301 nömrəli dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 2 ünvanında 0.12 ha torpaq sahəsində yerləşən 226.9 kvadratmetr sahəsi olan fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdur. 26 noyabr 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 40 (qırx) manat məbləğində dövlət rüsumu ödəmişdir. 11 iyun 2024-cü il tarixli, 19830 nömrəli mədaxil qəbzindən görünür ki, Quliyev X11 1 saylı Mediasiya Təşkilatına 60 (altmış) manat məbləğində ödəniş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun: 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərkətlərindən çəkinməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 65-ci maddəsinin tələbinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır; 111-ci maddəsinin 1 və 2-ci hissələrinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli Qərarının: 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi, onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur. Torpaq sahəsi üzərində istifadə hüququ dedikdə müvafiq qərar (müqavilə) əsasında yalnız torpaq vergisi ödəmək şərti ilə ondan daimi və ya müvəqqəti olaraq əvəzsiz istifadə etmək başa düşülür. “R.Ağalarovun şikayəti üzrə” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Qərarı: Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında olan mübahisə üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçının tələb etməsinə baxmayaraq, cavabdehin iddiaçıya mülkiyyət hüquqları əsasında məxsus olan torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxmaması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1.1.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli qərarı ilə verilmiş JN-245F seriyalı, kod 80807018 nömrəli şəhadətnamə İddiaçı və həmin şəxsin ailə üzvlərinin mübahisə predmeti olan torpaq sahəsinə ümumi mülkiyyət hüququnu təsdiq edir. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş hallarından görünür ki, hazırki mülki iş üzrə Cavabdeh məhkəmə iclasında öz izahatında, hazırki mülki iş üzrə mübahisə predmeti olan evin o, gəlin köçərkən yaşayış üçün yararsız olduğunu, nikahdan sonra isə məhz cavabdehin özünün də köməkliyi ilə həmin evdə təmir işləri aparıldıqdan sonra yaşayış üçün yararlı vəziyyətə gətirildiyini bildirməklə, habelə iddiaçının mübahisəli evə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığını əsas tutaraq, mübahisəli evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən çıxmaqdan imtina etdiyini göstərmişdir. Lakin işdə olan sübutlara müəyyən edilir ki, iddiaçının mübahisəli evə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış (“Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın **********05-10301 nömrəli dövlət reyestrindən çıxarışına əsasən), mübahisəli fərdi yaşayış evi isə iddiaçının özü tərəfindən inşa olunaraq, təmir edilmişdir (evi inşa və təmir etmiş şahidin ifadəsi, iddiaçı tərəfin və cavabdehin izahatı). Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İşdə olan sübutlarla müəyyən edilir ki, Cavabdeh iddiaçının oğlunun keçmiş arvadı olsa da, İddiaçı ailə üzvü hesab edilmir və həmin şəxsin mübahisə predmeti olan evdən istifadə hüququnu təsdiq edən mülkiyyətçi hüquqlarına malik şəxslə bağlanan yazılı razılaşması mövcud deyil. Bununla əlaqədar məhkəmə hesab edir ki, cavabdehin uzun müddət mübahisəli evdə yaşaması həmin şəxsin mübahisə predmeti olan yaşayış evindən istifadə hüququnun yaranmasına səbəb olmur və buna görə də cavabdehin mübahisəli yaşayış evindən istifadə hüququ yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, Cavabdeh ilə iddiaçının oğlu arasında olan nikah Biləsuvar Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuş olsa da, hazırki iş üzrə mübahisə predmeti olan evdə özünün payının müəyyən edilməsi və ya mübahisəli evə istifadə hüquqlarının tanınması barədə məhkəmədə iddia qaldırmamışdır. Bundan başqa, İddiaçı mübahisə predmeti olan evi özünün inşa etdirdiyini onun vəsatəti ilə məhkəmə baxışı zamanı dindirilmiş şahid ifadəsi ilə sübut etsə də, cavabdeh tərəf mübahisəli evin onun da, vəsaiti ilə tikilərək təmir olunduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsaəsən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək, eləcə də, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırki iş üzrə iddia tələbi təmin edilməli, cavabdeh Abasova X15 rayonu, Xırmandalı kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN – 245F seriyalı, kod 80807018 nömrəli şəhadətnamə əsasında İddiaçı, X14, X2, X6, X3 və X4 birgə mülkiyyətinə verilmiş 0,12 hektar ölçüdə torpaq sahəsindən və həmin torpaqda inşa edilmiş “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın **********05-10301 nömrəli dövlət reyestrindən çıxarışına əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında 0.12 ha torpaq sahəsində yerləşən 226.9 kvadratmetr sahəsi olan fərdi yaşayış evindən çıxarılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə Cavabdeh izah edilməlidir ki, o, mübahisə predmeti olan torpaq sahəsini və həmin torpaqda inşa edilmiş fərdi yaşayış evini yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin iddiaçıdan onun xeyrinə tutulması barədə məhkəmədə iddia qaldırmağa haqlıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat, eləcə də Lənkəran 1 saylı Mediasiya Təşkilatına ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Abasova X15 rayonu, Xırmandalı kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN – 245F seriyalı, kod 80807018 nömrəli şəhadətnamə əsasında İddiaçı, X14, X2, X6, X3 və X4 birgə mülkiyyətinə verilmiş 0,12 hektar ölçüdə torpaq sahəsindən və həmin torpaqda inşa edilmiş “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın **********05-10301 nömrəli dövlət reyestrindən çıxarışına əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında 0.12 ha torpaq sahəsində yerləşən 226.9 kvadratmetr sahəsi olan fərdi yaşayış evindən çıxarılsın. Cavabdeh izah edilsin ki, o, “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın **********05-10301 nömrəli dövlət reyestrindən çıxarışına əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında 0.12 ha torpaq sahəsində yerləşən 226.9 kvadratmetr sahəsi olan fərdi yaşayış evini yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat, eləcə də Lənkəran 1 saylı Mediasiya Təşkilatına ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar