Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-80/2023 31.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Murtuzov X9 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Biləsuvar rayon Aqrar İslahat komissiyasının 27 dekabr 1997-ci il tarixli 35 nömrəli qərarı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş 0,24 hektar ölçüdə həyətyanı torpaq sahəsi üzrə Torpağın mülkiyyətə verilməsinə dair JN-680F nömrəli Şəhadətnamədə yol verilmiş X11, Ərizəçi1 Alxas qızı, X18, Ərizəçi3 Alxan qızı, X5 yanlışlıqların aradan qaldırılaraq X10, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 kimi göstərilməklə 680F nömrəli (kod ********) torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi3 məhkəmə iclasında ərizəyə uyğun ifadə verərək göstərmişdir ki, Biləsuvar rayon Aqrar İslahat komissiyasının 27 dekabr 1997-ci il tarixli 35 nömrəli qərarı ilə onlara ailə üzvləri daxil olmaqla 0,24 ha həyətyanı torpaq sahəsi ümumi boirgə mülkiyyətlərinə verilmişdir.Bu barədə onlara JN-680F kod 80800048 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə adları və ata adları düzgün yazılmamışdır.Həmin şəhadətnamədə X11-X3, Ərizəçi1 Alxas qızı-Ərizəçi1 kimi, X18- Ərizəçi2 kimi, Ərizəçi3 Alxan qızı-Ərizəçi3 kimi və X15-Ərizəçi4 kimi yazılmalıdır. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Vəlişova X13 rayonu, Bəydili kəndi, M.F.Axundov küçəsi ev 29-da qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Murtuzov X9 rayonu, Bəydili kəndi, M.F.Axundov küçəsi ev 31-də qeydiyyatdadır. Biləsuvar RİHB-nin Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 678 saylı arayışında göstərilir ki, torpağa mülkiyyət hüququna dair Dövlət aktı (JN-680F) tərtib edilərkən aşağıda adı göstərilən mülkiyyətçinin adı səhv yazılmışdır.
1. X7 aid hissədə - X10
2. Ərizəçi1 Alxas qızı-oxunmalıdır Ərizəçi1.
3. Ərizəçi3 Alxan qızı-oxunmalıdır Ərizəçi3.
4. X18-oxunmalıdır Ərizəçi2.
5. X15-oxumnmalıdır Ərizəçi4. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-680F saylı kod 80800048 Dövlət Aktından görünür ki, Biləsuvar rayonu Bəydili kənd sakini X7, Ərizəçi1 Alxas qızına, X16, Ərizəçi3 Alxan qızına, X17 və X8 Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli 35 nömrəli qərarı ilə 0,24 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Dövlət Aktında ərizəçilərin adı Ərizəçi1 Alxas qızı, Ərizəçi3 Alxan qızı, X18 və X4 qeyd edilmişdir. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi1 daşınmaz əmlakın çıxarışında düzəliş edilməsi ilə əlaqədar müraciət etmiş, lakin ərizənin icrasından imtina edilmişdir. MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən Dövlət aktılərdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə işdə olan sənədlərə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Torpağa Mülkiyyət Hüququna dair JN-680F saylı kod 80800048 olan Dövlət X2 aid hissədə - X6, Ərizəçi1 Alxas qızına aid olan hissədə- Ərizəçi1, Ərizəçi3 Alxan qızına aid hissədə- Ərizəçi3, X17 aid hissədə- Ərizəçi2 və X8 aid hissədə- Ərizəçi4 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair (JN-680F nömrəli kod ********) X1 aid hissədə - X6, Ərizəçi1 Alxas qızına aid olan hissədə- Ərizəçi1, Ərizəçi3 Alxan qızına aid hissədə- Ərizəçi3, X17 aid hissədə- Ərizəçi2 və X8 aid hissədə- Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nüsrət Mirzəyev