Məhkəmə qərarları › İş №2(022)-80/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-80/2025

13.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-80/2025 13.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə (maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, 26 iyun 2006-cı il tarixdə Biləsuvar Rayonu Nəsimi kəndində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 26 iyun 2006-cı ildə anadan olmuş X10 onun doğma qızıdır. Qızı Fatimə anadan olandan qüsurlu olmuşdur, bu günə kimi F71.1 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə İQ=37% Ağırlaşma F71 orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə diaqnozu altında müalicələr almışdır. Sonrakı dövrlərdə onda özündən getmə halları da müşahidə olunurdu. Azərbaycanda müxtəlif xəstəxanalarda, X3, hətta xarici ölkələrdə müayinə və müalicələr almasına baxmayaraq müsbət istiqamətə doğru heç bir yaxşılaşmalar olmamışdır. Onun xəstəliyi sağalması mümkün olmayan xəstəliklərə aiddir. Onun qızı Fatimənin neçə illərdir ki, ətraf aləmlə münasibəti yoxdur, hərəkətlərinin mənasını dərk etmir, zəruri ehtiyaclarını yalnız onun köməkliyi ilə yerinə yetirilir. Qızının orqanizminin funksiyasının pozulması 70% müəyyən edilmişdir. Əmək qabiliyyətini itirmə faizi 0 dərəcəsi olmaqla əmək qabiliyyətsizdir, müddətsiz olaraq ikinci dərəcəli əlildir. Bütün bunlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair Forma 88 üzrə axtarış üzrə məlumatda qeyd edilmişdir. Həmçinin qızına verilmiş sosial arayışdan da görünür ki, ona sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün 200 manat müavinət, xx.xx.2024-cü il tarixdən isə ümumi xəstəlik üzrə 220 manat müavinət təyin edilmişdir. Fatimə qüsurlu olması səbəbindən müstəqil olaraq öz hüquqlarını həyata keçirə bilmir. Bir ana olaraq onu daim himayəsində saxlasa da, hər hansı bir dövlət qurumuna müraciət etdikdə, onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tövsiyə olunur. Onun Fatimənin qəyyumu təyin edilməməsi səbəbindən Fatiməni təmsil edə bilmir, onun qanunla qorunan mənafeyini dövlət orqanlarında müvafiq formada həyata keçirə bilmir. X6 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə zəruri ehtiyacı vardır. Odur ki, 26 iyun 2006-cı il tarixdə Biləsuvar Rayonu Nəsimi kəndində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Tibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X8 xx.xx.2024-cü il tarixdən müddətsiz ikinci dərəcəli əlillik dərəcəsi verilməklə, "F71.1Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu.D-z: F71.1 orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə İQ=37%.Ağırlaşma F71 orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları" xəstəliyindən əziyyət çəkməsi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X4” Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 76 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs X7 “ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK DAVRANİŞ POZUNTULARİ İLƏ” (F71.1) qeyd olunur. Bunu anamnestik məlumatlar (erkən psixo-fiziki inkişafdan geri qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında “F71.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. D-z: F71.1 Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə İQa 3796. Ağırlaşma F71 Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə” diaqnozu ilə ikinci dərəcəli əlil hesab olunması), hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən passiv, ətrafında baş verən hadisələrə maraq göstərməməsi, verilən sualları anlamaması, mnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olması, emosionaliradi sferasının enməsi, maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Mülki işin materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X9 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, 26 iyun 2006-cı il tarixdə Biləsuvar rayonu Nəsimi kəndində anadan olmuş X10 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 26 iyun 2006-cı il tarixdə Biləsuvar rayonu Nəsimi kəndində anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Hazırkı qətnamə X10 üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar