Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-81/2023 17.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, Ərizəçi1 və Ərizəçi2, ərizəçi Teyubova (Quliyeva) Aydan Hikmət qızının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi1, Ərizəçi2 və Teyubova (Quliyeva) Aydan Hikmət qızının Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 17 avqust 2000-ci il tarixli, 09 saylı qərarına əsasən tərtib olunmuş JN-230 seriyalı, 80807028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə Ərizəçi1, X5 aid hissədə Ərizəçi2 və X10 məxsus hissədə isə Teyubova (Quliyeva) Aydan Hikmət qızına məxsus olması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi1, Ərizəçi2 və Teyubova (Quliyeva) X13 rayon Aqrar İslahat Komissiyasının 17 avqust 2000-ci il tarixli, 09 saylı qərarına əsasən tərtib olunmuş JN-230 seriyalı, 80807028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə Ərizəçi1, X5 aid hissədə Ərizəçi2 və X10 məxsus hissədə isə Teyubova (Quliyeva) Aydan Hikmət qızına məxsus olması barədə ərizə ilə məhkəməyə müraciət etmişlərr. Ərizəçi1 məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 17 avqust 2000-ci il tarixli, 09 saylı qərarına əsasən onun atası Nümayəndə və ailə üzvlərinin mülkiyyətinə Biləsuvar rayonu Əliabad kəndi ərazisində 6.37 hektar ölçüdə pay torpaq sahəsi və həmin torpaq sahəsinə mülkiyyət hüququna dar dövlət aktı verilmişdir. Həmin dövlət aktında torpaq sahəsinin birgə mülkiyyətçisi qismində Nümayəndə ilə yanaşı həmin şəxsin daha 5 üzvünün, o cümlədən onun və digər ərizəçilər - anası Ərizəçi2 və bacısı X6 adı qeyd edilmişdir. Onun ailəsi həmin torpaq sahəsində kənd təsərrüfatı əkinləri ilə məşğuldur. Apardığı əkin işlərinə görə onlara subsidiya verilməsi nəzərdə tutulsa da, dövlət aktında onun və digər ərizəçilərinin adlarının düzgün qeyd edilməməsi səbəbindən onlara subsidiya verilməsindən imtina olunur. Belə ki, o, həmin şəhadətnamə Nümayəndə qızı kimi qeyd edilmiş, anası Mərziyənin adı Mərziyyə kimi, bacısı Aydanın adı isə Aytən kimi qeyd edilmişdir. Buna görə onlar torpağa mülkiyyət hüququna dair JN-230 seriyalı, 80807028 kodlu Dövlət Aktında yol verilmiş yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı ərazi idarəsinə müraciət etmişlər. Həmin inzibati orqan isə torpağa mülkiyyət hüququna dair sənəddə yol verilmiş yanlışlığı aradan qaldırmaqdan imtina edərək, bu barədə məhkəməyə müraciət etməsini ona tövsiyə etmişdir. Buna görə də onlar hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Sonda Ərizəçi1 xahişinin təmin olunmasını, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 17 avqust 2000-ci il tarixli, 09 saylı qərarına əsasən tərtib olunmuş JN-230 seriyalı, 80807028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə Ərizəçi1, X5 aid hissədə Ərizəçi2 və X10 məxsus hissədə isə Teyubova (Quliyeva) Aydan Hikmət qızına məxsus olması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi2 və ərizəçi Teyubova (Quliyeva) Aydan Hikmət qızının nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizələrini müdafiə edərək, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 17 avqust 2000-ci il tarixli, 09 saylı qərarına əsasən tərtib olunmuş JN-230 seriyalı, 80807028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə Ərizəçi1, X5 aid hissədə Ərizəçi2 və X10 məxsus hissədə isə Teyubova (Quliyeva) Aydan Hikmət qızına məxsus olması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdilər. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçiləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçilərin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İşdə olan JN-393 seriyalı, 80807028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 17 avqust 2000-ci il tarixli, 09 saylı qərarına əsasən Nümayəndə və ailə üzvləri – X4, X11, X7, X8 və X9 mülkiyyətinə Biləsuvar rayonu Əliabad kəndi ərazisində 6.37 hektar ölçüdə torpaq sahəsi verilmişdir. Mülki işdə olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Əliabad inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 avqust 2022-ci il tarixli, 340-343 saylı arayışlarından görünür ki, Biləsyvar rayonu Əliabad kəndində JN-230 seriyalı, 80807028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktında adları qeyd olunan şəxslər əslində Ərizəçi1, Ərizəçi2 və Teyubova (Quliyeva) Aydan Hikmət qızıdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 27 avqust 2022-ci il tarixli, **********96 saylı arayışından görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-561A seriyalı, 80807028 kodlu dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 17 avqust 2000-ci il tarixli, 09 saylı qərarına əsasən Biləsuvar şəhəri 0,06 hektar həyətyanı torpaq sahəsi və 6.37 hektar ölçüdə pay torpaq sahəsi Nümayəndə və ailə üzvlərinin, o cümlədən Ərizəçi1, Ərizəçi2 və Teyubova (Quliyeva) Aydan Hikmət qızının mülkiyyətinə verilmişdir. Həmin şəxslərin qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququ JNº-558 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunmuşdur. Lakin həmin Dövlət Aktında Ərizəçi1 adı X16, Ərizəçi2 adı X2, Teyubova (Quliyeva) Aydan Hikmət qızının adı isə X3 göstərilmişdir. Buna görə həmin torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət aktına düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.1-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi1, Ərizəçi2 və Teyubova (Quliyeva) Aydan Hikmət qızının Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 17 avqust 2000-ci il tarixli, 09 saylı qərarına əsasən tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JNº-230 seriyalı, 80807028 kodlu Dövlət X1 aid hissədə Ərizəçi1, X5 aid hissədə Ərizəçi2 və X10 məxsus hissədə isə Teyubova (Quliyeva) Aydan Hikmət qızına məxsus olmasını başqa qaydada təsdiq etmək imkanları yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 17 avqust 2000-ci il tarixli, 09 saylı qərarına əsasən tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JNº-230 seriyalı, 80807028 kodlu Dövlət X1 aid hissədə Ərizəçi1, X5 aid hissədə Ərizəçi2 və X10 məxsus hissədə isə Teyubova (Quliyeva) Aydan Hikmət qızına məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi1, Ərizəçi2 və Teyubova (Quliyeva) Aydan Hikmət qızının xahişi təmin edilsin. Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 17 avqust 2000-ci il tarixli, 09 saylı qərarına əsasən tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JNº-230 seriyalı, 80807028 kodlu Dövlət X1 aid hissədə Ərizəçi1, X5 aid hissədə Ərizəçi2 və X10 məxsus hissədə isə Teyubova (Quliyeva) Aydan Hikmət qızına məxsus olması faktları müəyyən edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-81/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-81/2023
17.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver