Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-853/2023 08.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Nəzərli X15 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, JN-494 kod 80800078 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında səhvən yazılmış X4 Ərizəçi1 kimi oxunması, X5 Ərizəçi2 kimi oxunması və X12 Ərizəçi3 kimi oxunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizəyə dəqiqləşmə verərək göstərmişlər ki, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ailələri ilə bərabər Biləsuvar rayon Nəsimi kəndində yaşayırlar. Onlar Biləsuvar rayon Nəsimi kəndində ailəvi bərabər yaşayarkən Azərbaycan Respublikası Biləsuvar rayon X17 tərəfindən 24 noyabr 1997-ci i! tarixli 30 nömrəli JN-494 kod 80800078 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən onlara 2.54 ha torpaq sahəsi verilmişdir. Qeydiyyat vəsiqəsinin verilməsində qeyd edilən Ərizəçi1 adı səhvən X2 yazılmışdır. Qeydiyyat vəsiqəsinin verilməsində qeyd edilən Ərizəçi2 soyadı, adı və cinsiyyəti səhvən X3 yazılmışdır. Qeydiyyat vəsiqəsinin verilməsində qeyd edilən Ərizəçi3 soyadı səhvən X6 yazılmışdır. Bundan sonra onlara xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin verilən **********41 saylı və xx.xx.2022-ci il tarixdə **********01 nömrəli ərizənin icrasına imtina verilməsi barədə məktub verilmişdir. Bu səbəbdən də həmin Qeydiyyat vəsiqəsində olan yanlışlığına görə mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər.Odur ki, JN-494 Kod 80800078 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçilərin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi3 Vqaar oğlu 8 saylı Cəlilabad ərazi idarəsinə Torpağın mülkiyyətə verilməsinə dair JN-494 nömrəli Dövlət aktında düzəlişlə bağlı müraciət emiş, lakin, onun müraciətindən imtina edimişdir. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-494 saylı kod 80800078 Dövlət Aktından görünür ki, Biləsuvar rayonu Nəsimi kənd sakini X8, X9, X10 və X16 Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli 30 nömrəli qərarı ilə 2.54 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. İş materiallarında olan Biləsubar RİHB-nin Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-39-10/2-66.2023 saylı arayışından görünür ki, Nəzərova X7 rayonu Günəşli kəndində qeydiyyatdadır. İş materiallarında olan Biləsubar RİHB-nin Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-39-10/2-206.2023 saylı arayışından görünür ki, X8 və ailə üzvlərinin mülkiyyətinə JN-494 nömrəli dövlət aktı tərtib olunarkən txniki səhv nəticəsində Ərizəçi2 X3 yazılmışdır. MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən Dövlət aktılərdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə işdə olan sənədlərə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Torpağa Mülkiyyət Hüququna dair JN-494 saylı kod 80800078 olan Dövlət X1 aid olan hissədə- Ərizəçi1, X10 aid hissədə-Ərizəçi2 və X16 aid hissədə-Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-494 saylı kod 80800078 olan Dövlət X1 aid olan hissədə- Ərizəçi1, X10 aid hissədə-Ərizəçi2 və X16 aid hissədə-Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-853/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-853/2023
08.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver